Anurag Srivastava: "Sərhəd bölgələrində sülhün və əmin-amanlığın qorunmasında qərarlıyıq"

10/07/2020 [17:30] - Dünya (322)



"Hindistan qoşunları sərhəd idarəçiliyinə hər zaman çox məsuliyyətlə yanaşıb və eyni zamanda qüvvələrimiz Hindistanın suverenliyini və təhlükəsizliyini təmin etməkdə çox əqidəlidir".

İstiqlal.az xəbər verir ki, bunu həftəlik virtual media brifinqində ölkənin xarici işlər nazirliyinin rəsmi sözçüsü Anurag Srivastava indistan-Çin sərhəd probleminə dair bəyanatı açıqlayarkən bildirib.
Rəsmi nümayəndə ötən həftə Hindistanın milli təhlükəsizlik müşaviri Şri Acit Doval və Çinin dövlət məsləhətçisi və xarici işlər naziri Vanq Yi ilə telefon danışdığında Hindistan-Çin sərhəd ərazisinin Qərb hissəsindəki son hadisələr haqqında səmimi və dərin fikir mübadiləsi apardığını xatırladıb. 

İkitərəfli telefon söhbətində milli təhlükəsizlik müşaviri Qalvan vadisi də daxil olmaqla faktiki nəzarət xətti boyunca baş verən son hadisələrə dair Hindistanın mövqeyini qəti şəkildə diqqətə çatdırıb. 
Hər iki xüsusi nümayəndə söhbət əsnasında sərhəd bölgələrində sülh və əmin-amanlığın ümumilikdə ikitərəfli əlaqələrin inkişafı üçün vacib olduğu fikrində razılığa gəlib. Bununla əlaqədar olaraq tərəflər həmçinin, sülh və əmin-amanlığın tam bərpası üçün ikitərəfli müqavilələrə və protokollara uyğun olaraq faktiki nəzarət xətti boyunca qoşunların ən qısa zamanda tamamilə çıxarılmasının və Hindistan-Çin sərhəd ərazisində gərginliyin aradan qaldırılmasının təmin edilməsinin zəruriliyi barədə fikir mübadiləsi aparıb. Qeyd olunan ikitərəfli müqavilələrin əsas müddəaları tərəflərin faktiki nəzarət xəttinə ciddi şəkildə hörmət və riayət etməsini nəzərdə tutur. Hər iki xüsusi nümayəndə həmçinin, gələcəkdə də sərhəd bölgəsində sülh və əmin-amanlığı poza biləcək hər hansı bir hadisənin qarşısının alınması üçün tərəflərin birgə fəaliyyət göstərməsinə dair razılığa gəlib.

Xüsusi nümayəndələr tərəfindən razılaşdırıldığı üzrə hər iki tərəfin diplomatik və hərbi rəsmiləri, qoşunların geri çəkilməsi və gərginliyin aradan qaldırılması prosesinin həyata keçirilməsi istiqamətində görüşlərini davam etdirəcək. Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizmi (WMCC) çərçivəsində növbəti görüşünün yaxın vaxtlarda baş tutacağı gözlənilir.

Rəsmi nümayəndə deyib ki, qoşunların geri çəkilməsi və gərginliyin aradan qaldırıması prosesi və onun nəticələri barədə bəzi qeyri-dəqiq və məlumatsız şərhlər var: "İcazə verin xatırladım ki, son bir neçə həftə ərzində Hindistan-Çin sərhəd ərazisnin Qərb hissəsindəki mövcud vəziyyətin müxtəlif aspektləri üzrə Hökumətin mövqeyini qəti şəkildə ifadə edən bir neçə bəyanat verdik. Bu bəyanatlar, Çinin Qalvan vadisi bölgəsinə son iddialarının şişirdilmiş və əsassız olması, sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün əsas olan faktiki nəzarət xəttinə ciddi şəkildə riayət və hörmət edilməsi və heç bir tərəfin onu dəyişdirmək üçün birtərəfli addım atmamalı olduğu istiqamətində mövqeyimizi ifadə edir. Sərhəd bölgələrində sülhün və əmin-amanlığın qorunmasının və fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsinin zəruriliyi fikrində də əminik və eyni zamanda da, Hindistanın suverenliyi və ərazi bütövlüyünün təmin olunmasında qərarlıyıq".
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin