Birliyimiz sayəsində dünyanı cənginə alan pandemiyaya qalib gələcəyik

09/07/2020 [17:34] - Cəmiyyət (382)



Dünya Covid-19 ilə mübarizəyə davam edir. Bu mübarizə  siyasi, iqtisadi və demoqrafik vəziyyətin dəyişməsinə səbəb oldu. Siyasi vəziyyətin dəyişməsi, ölkələr arasında münasibətlərin yaranmasına, onların bir-birlərinə yardım etməsinə səbəb olur. Məlumdur ki, virusa qarşı görülən tədbirlər birbaşa iqtisadiyyatın bir çox sahələrinə məsələn, turizm, səhiyyə və.s təsir edir. Ona görə də dünya iqtisadiyyatı tamamilə tənəzzülə uğraması təhlükəsi ilə qarşı-qarşıyadır. Demoqrafik vəziyyətin dəyişməsi isə ölüm hallarının sayının artması ilə əlaqədardır.

Azərbaycan da Covid-19 ilə mübarizəyə davam edən ölkələr siyahısındandır. Sərtləşdirilmiş karantin rejimi davam edir, çünki dövlətimiz üçün ən önəmlisi insanların sağlamlığı, daha sonra isə dövlətin iqtisadiyyatıdır. Covid-19-un artmasını nəzərə alaraq dövlətimiz lazımi tədbirlərə davam edir. Prezident İlham Əliyevin verdiyi məlumata əsasən, 800 çarpayılıq xəstəxana istifadəyə verilmişdir, 1-1,5 ay ərzində isə 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Virusun geniş yayılmadığı zamanlarda 10 yeni modul tipli xəstəxana inşa edilmişdisə, hal-hazırda daha 10 yeni tipli modul xəstəxananın inşa edilməsinə göstəriş verilmişdir. Nəzərə almaq lazımdır ki, hazıda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxananın 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilmişdir. 

Pandemiya dövründə hər kəs qaydalara riayət etməlidir. Hüquq-mühafizə orqanları qaydaların riayət olunmasına ciddi nəzarət edirlər. Vətəndaşların riayət etməsi əsasdır, çünki dövlətin verdiyi qərarlar və vətəndaşların bunlara əməl etməsi ilə birləşdikdə nəticə almaq mümkün olacaqdır. Vətəndaşlar dövlət ilə əməkdaşlıq etməli, ona kömək olmalıdırlar. 

Dövlətimizin iqtisadiyyatı düzgün, ciddi əsaslarla qurulduğuna görə, pandemiya dövrünün gətirdiyi çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayda cəmi 1.7 % tənəzzülə uğramışdır. Buna baxmayaraq iqtisadi tədbirlərin görülməsinə davam edilir. Məcburi köçkün və şəhid ailələri mənzil ilə təmin olunacaqlar. 85 min ailə ünvanlı sosial yardım alacaqdır. 
BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş  xüsusi sessiyasının keçirilməsinə Azərbaycanın böyük təşəbbüsü vardı. Belə çətin bir dövrdə Azərbaycan prezidentinin etdiyi bu beynəlxalq təşəbbüs mühüm səciyyə daşıyır. Məlumdur ki, bütün dünya koronavirus ilə mübarizəyə daxil olmuşdur və dünya dövlətləri bu ağır vəziyyətdən çıxış yolunu birgə tapmaqda maraqlıdırlar, lakin özünütəcrid və özünəqapanma siyasəti manedir. Görünür ki, tək mübarizə nəticə vermir. Azərbaycan prezidenti bütün bu özünütəcrid və özünəqapanma meyillərinə son deyərək bütün dünya dövlətlərini bu təhlükə ilə birgə mübarizə etməyə, çıxış yollarını birgə tapmağa səsləmişdir. Bu təşəbbüs digər dünya ölkələri tərəfindən də dəstəkləndi və müsbət qarşılandı, lakin sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan oldu. Bu etiraz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yenidən gündəmə gəlməsinin verdiyi narahatlıq səbəbindən Ermənistanın yenidən təcrid edilmiş vəziyyətdə qalmasına səbəb oldu.
Dünya dövlətlərinin bir ordu kimi birləşməsi, birlikdə qurulan düzgün strategiya nəticəsində bu COVİD-19 düşmənini dəf etmək, ona qalib gəlmək mümkün olacaqdır. Tez və yaxud gec dəf etmək isə biz insanların əlindədir. Çətin anlarda bir-birimizə və dövlətə dəstək olmaq, yardım etmək, karantin rejiminin qayda-qanunlarına riayət etmək bizim borcumuzdur. 

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi Əhmədzadə Leyla

Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [16:34]:
Azərbaycanda daha 3 712 nəfər koronavirusa yoluxub - 35 nəfər ölüb
27/11/2020 [15:46]:
Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq
27/11/2020 [15:09]:
Allahverdi Bağırovun zabit qızları 27 illik işğaldan sonra atalarının məzarı başında
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin