Baş nazir: "Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır"

09/07/2020 [16:43] - Dünya (367)



"Hindistan dünyanın ən açıq iqtisadiyyatlarından biridir və bütün transmilli şirkətləri Hindistanda iş qurmağa dəvət edirik". 

İstiqlal.az xəbər verir ki, bunu ölkənin Baş nazir Şri Narendra Modi Qlobal Hindistan həftəsinin açılışında video-konfrans zamanı deyib.

Mövcud böhran dövrünə toxunan Baş nazir, Hindistanın qlobal dirçəlişdə aparıcı rol oynayacağını söyləyib. O bildirib ki, bu iki amillə sıx bağlıdır. Birincisi Hindistanlı məharətidir, ikincisi isə Hindistanın islahat və bərpa bacarığıdır. Baş nazir, Hindistanın məharətli qüvvəsinin, xüsusilə də Hindistan texnologiya sənayesi və mütəxəssislərinin verdiyi töhfənin bütün dünyada son dərəcə tanındığını əlavə edib. 

Baş nazir Hindistanı, töhfə verməyə can atan talant güc mərkəzi olaraq xarakterizə edib. O əlavə edib ki, hindistanlılar təbiətən islahatçılardır və tarix Hindistanın hər problemin, istər sosial, istərsə də iqtisadi olsun, öhdəsindən gəldiyini göstərib. 

O, Hindistanın dirçəlişi haqqında danışarkən bunları nəzərdə tutduğunu bildirib: Qayğı ilə dirçəliş, rəhmlə dirçəliş, həm ətraf mühit, həm də iqtisadiyyat üçün dayanıqlı dirçəliş.
Baş nazir son altı il ərzində əldə olunan ümumi maliyyə daxilolmaları, rekord sayda mənzil və infrastruktur tikintisi, ticarətin asanlaşdırılması, əmtəə və xidmət vergisi də daxil olmaqla geniş vergi islahatları kimi nailiyyətləri sadalayıb.

Baş nazir, iqtisadi bərpanın göstəricilərinin artıq məğlubedilməz Hindistan ruhunun təsiri ilə görülə biləcəyini söyləyib.

O, bu gün texnologiyanın hökumətin insanlara, o cümlədən milyonlarla insana pulsuz məişət qazı, bank hesablarında nağd pul, pulsuz qida dənli bitkiləri və digər şeylər də daxil olmaqla birbaşa yardım göstərməsinə dəstək olduğunu nəzərə çatdırıb.

Baş nazir,  Hindistanı çoxlu imkanlar və fürsətlər ölkəsi olaraq xarakterizə edib.
Kənd təsərrüfatı sektorunda başladılan müxtəlif islahatları təsvir edərək Baş nazir, bu sahənin dünya sənayesi üçün çox cəlbedici bir investisiya fürsəti yaratdığını söyləyib. Baş nazir son islahatların mikro, kiçik və orta sahibkarlıq sektoruna təkan verdiyini və bu sektorun da böyük sənayeyə töhfə verəcəyini bildirib. O,müdafiə və kosmik sektorda da investisiya imkanlarının olduğunu qeyd edib.
Baş nazir, pandemiyanın Hindistanın əczaçılıq sənayesinin yalnız Hindistan üçün deyil, bütün dünya üçün faydalı olduğunu bir daha göstərdiyini vurğulayıb. Hindistanın əczaçılıq sənayesi xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün dərmanların qiymətinin azaldılmasında aparıcı rol oynayıb.
Baş nazir, öz-özünü təmin edən Hindistanın qapalı və ya dünyaya bağlı olmaq olmadığını, müstəqil ayaqda duran və özü istehsal edən olmaq olduğunu söyləyib.

"Bu islahatlar aparan, icra edən və dəyişən bir Hindistandır. Bu, yeni iqtisadi imkanlar təklif edən bir Hindistandır. Bu, inkişafa insan mərkəzli və hərtərəfli yanaşma tətbiq edən Hindistandır. Hindistan hər birinizi gözləyir".

Baş nazir, Forumun hind klassik musiqisinin gözəlliyini dünyaya çatdıran Pandit Ravi Şankarın anadan olmasının 100 illik yubileyini qeyd etməsindən məmnun olduğunu bildirib. O həmçinin, Namaste-nin salamlaşma forması olaraq qloballaşmasını da vurğulayıb. O, Hindistanın qlobal rifah və firavanlığın təkmilləşdirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib.
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin