Pandemiyaya qarşı mübarizədə yeni addımlar

09/07/2020 [12:51] - Cəmiyyət (212)



Koronavirus pandemiyasının bütün dünyada yaratdığı problemlərin  mənfi fəsadları hələ uzun müddət hiss olunacaq. Belə bir ağır və çıxılmaz vəziyyətdə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. 

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raportunda
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalının 10 korpusdan ibarət olmasını və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkanların mövcdluğunu qeyd etmişdi. Açılışda çıxış edən Prezident İlham Əliyev Covid-19 pandemiyasının yayılmasını nəzərə alaraq dövlətin lazımi tədbirləri davam etdirməsini, daha 5 modul tipli xəstəxananın inşa olunacağını qeyd etmişdi. 
Pandemiyanın ilk günlərindən ölkədə hökumət tərəfindən çox önəmli addımlar atılmış, fevral ayında cəmi altı laboratoriya mövcud idisə, hal-hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib. Beləliklə də, laboratoriyaların sayı 44-ə çatacaqdır. Ölkə başçısı eyni zamanda qeyd etmişdi ki, yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. 
Prezident İlham Əliyevin siyasətinin əsasını hər zaman vətəndaş amili təşkil etmişdir. Bu səbəbdən də o, öz çıxışında “Mən bir daha demək istəyirəm ki, seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır.”  deyərək bildirmişdi.
 Azərbaycan pandemiya ilə mübarizədə 30-dan çox ölkələrə humanitar yardım göstərərək öz yardımsevərliyini və xeyirxahlığını bir daha sübut etmiş oldu. Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur. 

Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayonu 

Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
Azərbaycan Fransaya nota verdi
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
Xəbər lenti
27/11/2020 [14:18]:
Noyabrın 28-ə hava proqnozu
27/11/2020 [13:40]:
Fuad Nağıyev: “Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq”
27/11/2020 [13:32]:
Ermənistandan Zod qızıl yatağı barədə açıqlama: “Azərbaycanın nəzarətindədir”
27/11/2020 [13:20]:
Koreya Səfirliyindən Məcburi Köçkünlərə Dəstək Tədbiri
27/11/2020 [12:23]:
Rusiyalı politoloq: “Fransa Qarabağ münaqişəsinin həlli prosesindən çoxdan çıxıb”
27/11/2020 [11:37]:
İsrailli ekspert: "Kəlbəcərdəki dini abidələrin erməni kilsəsinə dəxli yoxdur"
27/11/2020 [10:48]:
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
27/11/2020 [09:56]:
"Qarabağ" klubu Ağdama gedəcək
27/11/2020 [00:34]:
İşxan Saqatelyan: - Ermənistanda hakimiyyət yoxdur
26/11/2020 [23:47]:
Azərbaycanla Belarus arasında birbaşa aviareyslər bərpa edilir
26/11/2020 [23:02]:
Qüdrət Həsənquliyev amnistiya təklif edir - movqe
26/11/2020 [22:34]:
Türkiyə və İranın Azərbaycandakı səfirləri görüşüb
26/11/2020 [21:53]:
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
26/11/2020 [21:06]:
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü
26/11/2020 [20:21]:
Azərbaycan Fransaya nota verdi
26/11/2020 [19:32]:
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
26/11/2020 [18:56]:
Azərbaycanda gündəlik yoluxma sayı 3705-ə çatdı
26/11/2020 [18:19]:
Millət vəkili gələn ilin dövlət büdcəsi layihəsindəki əsas prioritet istiqamətləri açıqlayıb
26/11/2020 [18:10]:
Qızıl sərmayə əhəmiyyətini itirir?
26/11/2020 [17:48]:
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
26/11/2020 [17:11]:
Çavuşoğlu və NATO Baş katibi Qarabağı müzakirə etdi
26/11/2020 [16:38]:
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
26/11/2020 [16:17]:
Noyabrın 27-ə hava proqnozu
26/11/2020 [15:44]:
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
26/11/2020 [15:01]:
“Gənc könüllülərin diaspor fəaliyyətində iştirakının təbliğ olunması” layihəsi başa çatdırıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Fransa ilə bütün əlaqələrin kəsilməsi müzakirəyə çıxarılmalıdır
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Şəfiqə Məmmədova: “Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır”
"Taqovı"da vandallıq - hansı dövlət qurumu məsuliyyət daşıyır?
Oktyabr ayı üzrə bütün müavinət və təqaüdlər ödənildi - rəsmi
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Bu gündən özəl sektorda çalışanların sayı 30 faizədək azaldılacaq - rəsmi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin