3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb

06/07/2020 [19:29] - Dünya (1119)



Keçən həftə səhər saatlarında Cammu və Kəşmirin Sopore qəsəbəsində Mərkəzi Ehtiyat Polis Qüvvələrinə (CRPF) edilən terror hücumunda babası öldürülən üç yaşlı bir uşaq sağ qalıb.

İstiqlal.az xarici mətbuata istinadən xəbər verir ki, terroristlər patrul qrupuna atəş açdıqları zaman bir Polis Qüvvələrinin əsgəri də vəzifəsini yerinə yetirərkən öldürülüb. Videolarda ürək ağrıdan görüntülərdən uşağın babasının, atəşə tutulan mülki vətəndaşın qana bürünmüş cəsədinin yanında oturduğu görünür. Polisdən verilən məlumata görə, oğlan polislər tərəfindən tutulanda qorxudan keyləşmiş idi. Bir videoda uşağın polis mikroavtobusunda peçenye və şokolad verilən zaman ağladığı göstərilir.

Kəşmir polisi, polis tərəfindən xilas edilən uşağın aparıldığı fotoşəkili tviterdə belə paylaşıb. "Cammu və Kəşmir polisi, Sopordakı terror hadisəsi zamanı üç yaşlı uşağı güllələrdən xilas etdi." 
Uşaq, Srinaqardan təxminən 50 km məsafədə Baramulla mahalında olan Sopore qəsəbəsində güllə yağışına tutulan zaman Maruti avtomobilində babası ilə Srinaqardan Handvaraya gedirdi.
Polis, bir məsciddə gizlənən terrorçuların avtobusdan düşən patrul komandasına atəş açdıqlarını söylədi. Polis Ehtiyat Qüvvələri cavab atəşi açsa da, terrorçular qaçmağı bacarıb.
Ehtiyat Qüvvələrinin məlumatına görə, uşağın babası maşını dayandıraraq təhlükəsiz bir yerə qaçmağa cəhd etsə də terrorçular tərəfindən atəşə tutulub. Oğlan daha sonra yaxınlıqda olan bir polis tərəfindən xilas edilib.

"Biz əraziyə çatanda gördüklərimizi narahatedici idi. Bizim prioritetimiz uşağı təxliyə etmək idi. Terroristlər bizə atəş açdıqları üçün bu çox çətin idi" deyə polis məmuru Əzim Xan ANI xəbər agentliyinə bildirib.

Polis, oğlanın ailəsinin babanı Polis Ehtiyat Qüvvələrinin öldürməsi ilə bağlı iddialarını sərt şəkildə təkzib etdi. "Mən onlardan hadisə yerində olub-olmadığını soruşmaq istəyirəm. Kimin atəş açdığını gördülərmi" deyə Kəşmir Polis Baş Müfəttişi Vijay Kumar soruşub.

Ötən həftə Anantnaqdaki Polis Qüvvələrinə edilən terror hücumu zamanı altı yaşlı bir uşaq öldürülmüşdü.

Balaca Nihaan Bhat güllə ilə vurulduqda park edilmiş avtomobildə yatırdı. Polis terrorçunun velosiped sürdüyünü və Polis Ehtiyat Qüvvələri patruluna tapançadan atəş açdığını söylədi. Bir polis öldürüldü. Uşağın öldürülməsi geniş qəzəb və qınaq yaratdı.

Anantnaq hücumunda iştirak etdiyi düşünülən terrorçunun dünən təhlükəsizlik qüvvələri ilə qarşılaşdıqdan sonra qaçdığı bildirilir. Polis kənddə onunla birlikdə gizlənən digər iki terrorçunun öldürüldüyünü bildirib.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin