3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir

06/07/2020 [19:00] - İqtisadiyyat (1123)




Meksika, ABŞ və Kanada arasında T-MEC adlandırılan yeni ticarət sazişi 1 iyul 2020-ci il tarixində qüvvəyə minib.
İstiqlal.az xəbər verir ki, bu yeni saziş Şimali Amerikanın Azad Ticarət Sazişində (NAFTA [1994]) təyin olunanları yeniləyir, iqtisadiyyat və ticarət baxımından dünyanın ən dinamik regionlarından olan Şimali Amerikanın ticarət inkişafında yeni səhifə açır. Region dünya əhalisinin 6.5 faiz təşkil edir (493 milyon nəfər), dünya ÜDM-un 18.3 faiz (26 milyard ABŞ dolları) ilə ikinci ən böyük iqtisadiyyatdır və 2019-cu ildə ümumi ticarətdə 15,9 faiz iştirakı ilə dünya üzrə ikinci ixracatçıdır.
Qeyd edilməlidir ki, Meksika iqtisadiyyatını gücləndirə biləcək ixracat platformasının qurulmasına yönələn iqtisadiyyat və ticarətin açılışı prosesinə Meksika 80-ci illərin ortalarında başlamışdır. Bu siyasətin əsası 1986-ci ildə Meksikanın GATT-a daxil olması ilə başlamış, 1 yanvar 1994-ci il tarixində Şimali Amerikanın Azad Ticarət Sazişinin qüvvəyə minməsi ilə güclənmişdir. 26 il ərzində NAFTA Meksikanın qlobal istehsalat zəncirlərinə daxil olması üçün açar alət olub; bundan əlavə, ölkəni avanqard ixracat platforması kimi təqdim etmək üçün zəruri elementə çevrilib.
1993-2019 illər müddəti ərzində Meksikanın dünya ilə xarici ticarəti 8 dəfəyədək artmışdır, bu isə dünya və Meksika istehlakçıları üçün rahatlıq və keyfiyyət, daha yaxşı qiymətlər və məhsul çeşidi deməkdir. Nəticədə iş yerləri sayının artması, həmçinin avtomobil və elekrik məişət cihazları kimi müxtəlif sahələrdə əlavə dəyər yer almışdır.
Ümümdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru vəzifəsinə Meksikanın namizədi cənab Xesus Seadenin T-MEC üzrə danışıqlarda oynadığı əhəmiyyətli rolunu qeyd etmək lazımdır. Təzəlikcə cənab Seade T-MEC üzrə danışıqlarda rəhbər vəzifəsini icra etmişdir. Çox mürəkkəb şəraitdə ABŞ və Kanada Hökümətləri ilə razılığa nail oldu. Qeyri-adi bir vəziyyətdə, lazımi konsensusların ərsəyə gəlməsi üçün müxtəlif siyasi qüvvələr arasında salınması gərək olan körpülərin tikilməsinə bilavasitə töhfə vermişdir. Xesus Seade siyasət, sahibkarlıq, əmək və həmkarlar sahəsindəki müxtəlif iştirakçılar üçün ümumi mövqe və əlverişli şəraitlərə gələrək, üç ölkə arasında ticarət barədə fərqli siyasi baxışların və iqtisadi dinamikaların bir araya gəlməsinə nail oldu.
Yeni T-MEC müasir və proqresiv bir sazişdir. Uğurunun böyük hissəsi köhnə NAFTA-da fəaliyyət göstərə bilməyən və hər hansı yaxşı ticarət sazişinin təməl daşı olan mübahisələrin həlli mexanizmini bərpa etməyə dair cənab Seadenin təcrübəsinə söykənir. T-MEC onun aydın qaydalara və hamının xeyrinə əsaslanan konsensusları yaratmaqla, inkişaf etmiş güclü ölkələrin qarşısında orta gəlirli ölkənin maraqlarını müdafiə etməyə dair bacarığını göstərir.
T-MEC COVİD-19 pandemiyasının çağırışları və fəsadları qarşısında inkişaf və artımın nəhəng çağırışları ilə üz-üzə gəlmək üçün vacib bir zamanda meydana çıxır. Onun qüvvəyə minməsi iqtisadi bərpaya, regional inkişafa və dünya iqtisadi dayanıqlığın gücləndirilməsinə yönəlmiş əzici bir addımdır.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin