Karantin rejiminin müddəti uzadılmalıdırmı?

30/06/2020 [22:31] - Gündəm (127)



Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşir. Əvvəlki təcrübəyə əsasən demək olar ki, karantin rejiminin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür.

Milli Məclisin deputatı İlham Məmmədov “Report”a bildirib ki, koronavirus pandemiyası bəşəriyyəti ölüm-dirim mübarizəsi arasında qoyub: 

"Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri də pandemiyanın heç də azlamadığını və müsbət dinamikanın zəif olduğunu bildirib. Bütün bunları nəzərə alaraq, ölkədəki epidemioloji vəziyyət, virusun yayılması ilə mübarizə Nazirlər Kabineti yanında Operativ Qərargahın təhlilləri əsasında aparılır. Gün ərzində yayılmanın epidemioloji vəziyyəti, yayılma zəncirinin hansı səviyyədə olması müəyyənləşdirilir və buna uyğun qərar veriləcək. Bu gün tətbiq edilən sərt karanatin rejiminin yumşaq keçirilməsi üçün insanlara şərait də yaradıldı. Ancaq acınacaqlı vəziyyət baş verdi. İnsanlar yumşalmalardan istifadə edərək yoluxma saynın daha da artmasına rəvac verdilər. Bütün bunların nəticəsində bu gün karantin rejiminin davam edib-etməməsi məsələsi gündəmə gəlib. Əgər dinamikada artım varsa, onun üçün qabaqlayıcı tədbirlər tətbiq olunmalıdır. Ancaq o hansı formada keçiriləcək? Çünki insanların zəruri tələbləri, iş şəraiti, xidmət sahələri nəzərə alınaraq bir qərar vermək olar. Ayın 5-nə kimi vaxtımız var. Arzu edək ki, yayılma dinamikası azalsın".


Deputat qeyd edib ki, insanların fərdi məsuliyyəti çox önəm daşıyır:

"Bu gün tətbiq edilən cərimələr və onun qaldırlmasının məqsədi insanlara maddi ziyan vurmaq deyil. Məqsəd insanlara işin nə qədər ciddi olmasını çatdırmaqdır. Məsuliyyətli olmalarına çağırışdır".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, görülən tədbirlər öz nəticəsini verir: 

"Amma bununla belə 500 rəqəmi çox böyükdür. Müqayisə üçün deyim ki, əhalisi Azərbaycandan 8 dəfə çox olan Almaniyada gündəlik yoluxma sayı cəmi 700 nəfərdir. Yəni biz bu rəqəmi azaltmaq üçün çox böyük işlər görməliyik. Karantin rejiminin ilkin nəticələri iki həftə sonra bilinəcək. Ümid edirəm ki, müəyyən nəticələr olacaq. Ancaq bunun üçün məhdudiyyətlərə və qaydalara əməl etmək lazımdır. Yəni maska taxmalı, sosial məsafə gözlənilməli, gigiyenik qaydalara riayət etməli və eyni zamanda koronavirusun təhlükəli bir xəstəlik olduğunu bilməliyik”.

Deputat məsələnin həllində ikitərəfli yanaşmanın olmasını bildirib:

“Bir tərəfdən dövlətin bu məsələyə diqqət və qayğısını göstəməli, digər tərəfdən isə hər bir vətəndaş bu işdə məsuliyyətini dərk etməlidir. Koronavirus hiylə qəbul etmir, o insanlara fərq qoymur. Kim ki, səhv buraxdı onu tutur. Digər tərəfdən də evdə bir nəfərin xəstələnməsi bütün ailənin, yaxınların xəstələnməsidir. Buna görə də dövlətin qoyduğu karanti qaydalarına riayət etmək hər kəsin borcudur. Ümumilikdə Azərbaycan bu günə kimi dünyada olan bütün təcrübələrdən yararlanıb. İstər karantin rejimi olsun, istər həftəsonu qadağaları və cərimələrin artırılması olsun. Ancaq qaydalara riayət etməklə xəstəliyə qalib gələ bilərik. Biz bunu bacararıq”.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin