Nüfuzlu “China Daily” qəzeti bir səhifəsini Azərbaycana həsr edib

26/06/2020 [21:47] - Mədəniyyət (564)



Çinin ölkədə və xaricdə çoxsaylı oxucusu olan ingilisdilli “China Daily” qəzetinin 25 iyun nömrəsinin “Tətil-səyahət” səhifəsi bütünlüklə Azərbaycana həsr olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycana həsr olunan səhifədə ölkəmizin turizm potensialı, mədəniyyəti, adət-ənənələri, coğrafi mövqeyi, gəzməli-görməli yerlərindən söz açılıb.

Qəzetin ölkəmizdə səfərdə olmuş əməkdaşı Ren Çi qeyd edir ki, Avropa və Asiyanın tarixi imperiyalarının irsinə sahib olan "Odlar yurdu" hazırda neftlə zəngin, Formula-1 və futbol üzrə Avropa liqasının oyunlarına ev sahibliyi edən bir ölkədir. Şərqi Avropa və qərbi Asiyanın yolayrıcında, Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən Azərbaycandakı Azıx mağarası və Quruçay mədəniyyəti, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Qobustan qoruğundakı qaya rəsmləri bu diyarın dünyada ən qədim insan məskənlərindən biri olduğunu təsdiqləyir.

Qeyd olunur ki, Azərbaycan landşaft zənginliyinə malik ölkədir. Turistlər elə paytaxtdan başlayaraq ölkənin cazibəsini hiss edirlər. Bakı həm zəngin mədəniyyətə, həm də beynəlxalq repertuara söykənən tədbirlərin geniş spektrini təklif edən bir çox imkanlara malikdir. Onlar arasında məşhur memar Zaha Hadidin dizayn etdiyi Heydər Əliyev Mərkəzi, habelə Müasir İncəsənət Muzeyi, Milli Tarix Muzeyini və s. göstərmək olar.

Müəllif Azərbaycan Milli Xalça Muzeyi haqqında geniş məlumat verərək qeyd edir ki, bu məkan nadir xüsusiyyətinə görə xarici turistlərin mütləq baş çəkməli olduğu yerlərdən biridir. Binası bükülmüş xalçaya oxşayan muzeydə Azərbaycanın müxtəlif dövrlərə və toxuma texnikalarına aid xalça və digər toxuma nümunələri sərgilənir. Bakının mədəni müxtəlifliyindən söz açan müəllif Azərbaycan paytaxtının həm də coğrafi xüsusiyyətlərinə görə diqqət çəkdiyini yazır. Belə ki, Bakı dəniz səviyyəsindən 28 metr aşağıda yerləşən paytaxt olmaqla yanaşı, həm də dəniz səviyyəsindən aşağıda yerləşən ən böyük şəhərdir. Bakının ən qədim və sakit məhəlləsi olan “Köhnə şəhər” və ya İçərişəhər qum daşından ibarət dar küçələrin labirintidir. Tarixi İpək yolu dövründə İçərişəhər Çin ilə Avropa arasındakı marşrutun əsas nöqtələrindən biri olub.

Jurnalist Ren Çi yazır ki, İçərişəhərdə gəzəndə XII əsrdə inşa edilən binalara toxunarkən, 3 mavi göydələnin ("Alov qüllələri") daxil olduğu şəhərin modern hissəsinin uzaqda olmadığını görürsən. Bəlkə də Bakının ən böyük təzadı ondan ibarətdir ki, siz onun futuristik görməli yerlərinə baxanda əslində onun keçmişinə də nəzər salırsınız.

Məqalədə UNESCO-nun Dünya İrs Siyahısında olan Şəki Xanlarının Sarayından da söz açılıb. Bundan başqa, səhifədə Azərbaycanın şərabçılıq ənənələrindən bəhs edən məqalə də yerləşdirilib.

Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin