Uşaqların həyatı üçün təhlükəli olan bezlər - VİDEO

24/06/2020 [15:36] - Cəmiyyət (227)



Son günlər bir çox valideynlər körpələri üçün alıb, istifadə etdikləri bezlərdən şikayətlənir.

Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramı maraqlı süjet hazırlayıb.

Bu yaxınlarda Şəhanə adlı bir tamaşaçımız bizə göndərdiyi foto isə, hər kəsi mat qoyub.

Şəhanə Orucova (Şikayətçi): “Bezi mən hardasa uje 10 aydır istifadə edirəm, birinci dəfədir belə bir şeyə rast gəlirəm. Bezin içini açdım gördüm taxta, şoka düşdüm, belə bir şey olmamışdı”.

Bəli, yanlış eşitmədiz... Lakin bu nə ilk, nə də son şikayət deyil, elə buna görə də ekspertlər anaları diqqətli olmağa çağırır.

Aytən İsmayılzadə (pediatr): “Məsləhətim budur ki, ucuz deyib, keyfiyyətsiz bir şey almasınlar uşaqlarından ötrü. Çünki uşaq bununla daima təmasda olur və biz onun mənfi təsirlərini həmin dəqiqə görməsəkdə, daha sonrakı vaxtlar, nə vaxtsa üzə çıxa bilər, amma biz bunu bezlə əlaqələndirə bilmərik”.

Pediatrlar məsləhət görür ki, valideynlər etibar etdikləri markalardan alsınlar və əsas məsələ də bezin bahalı olması yox, onun geniş kütlə tərəfindən tanınmasıdır.

Eyyub Hüseynov (Ekspert): “Birinci istehlakçılar fikir verməlidirlər ki, mallar sertifikatlaşdırılmış mallardır ya yox?!”

Aytən İsmayılzadə (pediatr): “Bezlərin də tərkibində maddələr ola bilir. Bu maddələr yavaş-yavaş uşağın qanına keçə bilir. Orada bir istixana mühiti yaranır isti və təmas olur. Bundan başqa həmin o maddələrin hesabına dəridə qıcıqlandırıcı bişməcə xarakterli biz bir şeylər görə bilərik, bu, səpgi ola bilər, qızartı ola bilər”.

Ləman Cəfərova (Allerqoloq): “Paketlənmiş bezlərdən açıq şəkildə satılan bezlər gigiyenik deyil, onlar hər hansı bir mikrobla artıq infeksiyalaşmış ola bilərlər”.

Nazirlər kabinetinin 94 saylı qərarına görə, Azərbaycanın əmtəə bazarında satılan bütün mallar, o cümlədən uşaq bezləri milli dildə markalanmalıdır.

Eyyub Hüseynov (Ekspert): “Azərbaycan dilində üzərində onun istifadə qaydaları və b. göstərilməlidir. Əgər bu istifadə qaydaları milli dildə göstərilməyibsə, almaqdan imtina edilməlidir”.

Körpə dərisi çox həssas və zərif olduğu üçün həmin bezlərin hansı materialdan hazırlandığı çox önəmlidir.

Ləman Cəfərova (Allerqoloq): “Əsasən 3 ana xam maddə istifadə olunur. Bunlardan biri ağacdan alınmış kağız materialı digəri neft məhsullarından alınan polietilen materialıdır və birdə qida da çox istifadə olunan xüsusi bir material var ki, onu daha çox bezin iç qatı, yəni dəriyə təmas edən qatında istifadə edirlər

Aytən İsmayılzadə (pediatr): “Hər halda bunun istehsalı üçün hər hansısa bir maddələrdən, xammaldan istifadı olunur. Bu xammal isə uşaq səhhəti üçün təhlükəsiz olmalıdır. Dünya səviyyəsində sertifikat almış, yəni artıq təsdiqini tapmış bezlərə müraciət etməyimiz daha məqsədəuyğundur”.

Unutmayaq ki, körpələrimizin sağlamlığı bizim əlimizdədir. Ona görədə sonradan peşmançılıq çəkməmək üçün bu mövziya məsuliyyətli yanaşmağımız məsləhətdir.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
19/09/2020 [19:39]:
Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
19/09/2020 [18:24]:
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin