Kremlin öz rəqiblərinə qarşı yeni dezinformasiya əməliyyatı deşifrə edildi

17/06/2020 [22:41] - Dünya (383)



Rusiya xüsusi xidmət orqanlarının ABŞ və Avropadakı rəqiblərinə qarşı yeni informasiya əməliyyatı ifşa edilib.

“The Washington Post” qəzetinin məlumatına görə, Rusiya kəşfiyyatına aid agentlərin 300-ə yaxın sosial şəbəkə platformalarında saxta hesab, status və bloqlar vasitəsilə Birləşmiş Ştatlar və onun dostlarını bütün dünyada gözdən salmaq planı üzə çıxıb.

Həmin agentlərin ən çox qaraladığı insanların siyahısının Kremlin düşmənləri ilə üst-üstə düşməsi diqqət çəkir. Bunlar Ukrayna hökuməti, Ümumdünya Antidopinq Agentliyi (VADA), müxalif siyasətçi Aleksey Navalnı, Fransa prezidenti Emmanuel Makron, demokrat siyasətçi Hillari Klinton və s. dövlət qurumları və siyasətçilərdir.

Burada Ukrayna liderləri “səriştəsiz”, Hillari Klinton “qatil”, Almanya kansleri Angela Merkel “əyyaş”, Antidopinq agentliyi isə “əczaçılıq firmaları ilə əlbir olan bədnam institut” kimi təsvir edilir.

Bununla bağlı arşadırma ABŞ-ın “Graphika” firması tərəfindən aparılıb. “Graphika” özü dezinformasiya hərəkatının geniş kəşfiyyat şəbəkəsi vasitəsilə hazırlandığını qeyd edir: “Burada əsas hədəf Rusiya rəhbərliyinin xoşuna gəlməyən təşkilat və insanlar arasında ziddiyət yaratmaq olub”,-deyə məqalədə qeyd olunur.

Təhqiqat müəllifləri bunu “Secondary İnfection” (İkinci infeksiya) əməliyyatı adlandırıblar. 

Belə ki, vaxtilə Sovet kəşfiyyatı “Operation Infektion” adlı informasiya əməliyyatı ilə QİÇS xəstəliyinin ABŞ-da süni şəkildə yaradıldığı barədə xarici mətbuata xəbər yayırdı. Daha sonra bu plan Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru (sonradan isə xarici işlər naziri və baş nazir-red.)  Yevgeni Primakov tərəfindən də etiraf edilmişdi.  

“Secondary İnfektion”ın əsas məqsədi “parçala və hökm sür” prinsipi ilə Kremlin tənqidçilərinin arasına xəncər soxmaq olub”,-deyə “Graphika”nın nümayəndəsi Ben Nimmo bildirib.

“Secondary İnfektion” kamaniyasında əsasən yalan xəbər və saxta sənədlərdən istifadə edilib. Bunun üçün sosial şəbəkələrdə sadəcə bir dəfə görünən və daha sonra “yoxa çıxan” yüz minlərlə profillərdən yararlanılıb. Lakin eyni zamanda əsasən xüsusi xidmət strukturlarına bəlli olan rəsmi sənədlər də birdən-birə nümayiş etdirilməyə başlanılıb. Məsələn, ABŞ-ın populyar “Reddit” sosial şəbəkəsində Birləşmiş Ştatlarla Böyük Britaniya arasında ticarət danışıqları ilə bağlı əsl sənədlər dərc edilib: “Bütün bunlar onu göstərir ki, biz  Rusiyanın bu cür müdaxilələri sayəsində “kor ləkələrlə” hələ çox üzləşəcəyik. Ona görə də hamımız 2020-ci il prezident seçkilərinin qorunması üçün  hərtərəfli şəkildə hazırlaşmalıyıq”,-deyə “Graphika” şirkətinin innovasiyalar üzrə direktoru Kanil Fransua qeyd edib.

Musavat.com
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin