İsrail Azərbaycana elə bir silah verdi ki: LORA İrəvanı darmadağın edə bilər

14/06/2020 [22:49] - Siyasət (354)



Azərbaycanın Müdafiə naziri Zakir Həsənov ötən ilin bu vaxtlarında jurnalistlərə verdiyi açıqlamada maraqlı bir məqama toxunmuşdu. Onun açıqlamasından az əvvəl ermənilər bildirmişdilər ki, onlar təmas xəttinə yaxın ərazilərdəki hərbi hissələrə baş çəkən Zakir Həsənovu məhv edə bilərmişlər. Ancaq bunu etməyiblər. Bu iddiaya münasibət bildirən nazir sual etmişdi ki, ermənilər onu hansı silahla təhdid edə bilərdilər? O, təmas xəttindən 38 km. kənarda olub. Onların isə heç 35 km. vuran silahı belə yoxdur. Bizdə isə var...

Bu məqamı təsadüfən xatırlatmadım.

Bu gün İsrailin “The Jerusalem Post” nəşri yazıb ki, iyunun 2-də İsrailin Aerokosmika sənayesi ("Aerospace İndustrie" aviasiya və kosmik fəza texnikasını birləşdirən bir sahədir. E.H.) rəsmən elan edib ki, İsraildə LORA (Long-Range Artillery Weapon Sistem. Uzaqmənzilli Artilleriya Sistemi) uğurla bütün sınaqdan keçib.

İsrail nəşri bildirir: "Bəzi xarici media orqanları yazıb ki, bu silah hələ 2018-ci ildə Azərbaycana göndərilib. Yəni 2020-ci ildə sınaqdan çıxan artilleriya sisteminin ilk partiyaları ölkəmizə göndərilib. Ən önəmlisi isə odur ki, bu silah yalnız Azərbaycana satılıb. Başqa bir ölkədə LORA silahı yoxdur".

Bəs LORA-nın parametrləri haqqında nə deyə bilərik?

Lora missile launcher.jpg

Bu məsələyə aydınlıq gətirmək üçün Qərb mənbələrinə nəzər saldıq. Məlum oldu ki, İsrail Müdafiə Nazirliyi bu silahı ötən ay ölkənin Aralıq dənizindəki sahilində də sınaqdan keçirib.

Kvaziballistik raket kimi tanınan LORA-nın çəkisi 1.6 tondur. Uzunluğu 5 metr, topun diametri 625 mm.dir. 600 kq. həcmində partlayıcı maddə daşıya bilir. 90-430 km. aralıqda olan hədəfi 10 metr dəqiqliklə vura bilir. Sürəti (hipersonic) səs sürətindən 5 dəfə (artıq da ola bilər) çoxdur. LORA həm gəmidən, həm də qurudan atəş açmaq qabiliyyətinə malikdir.

Onu da xatırlatmaqda fayda var ki, Bakı ilə İrəvan arasındakı məsafə 458 km.dir. Yəni bu raket sistemi ilə Azərbaycanın müxtəlif nöqtələrindən Ermənistanın paytaxtını rahat şəkildə vurmaq olar.

Bir daha Müdafiə naziri Zakir Həsənovun 2019-cu ilin bu vaxtlarında səsləndirdiyi bəyanata qayıdıram.

Cənab nazir “Azərbaycanda 35 kilometri vura biləcək silah var”, deyəndə, bəlkə də, LORA-nı nəzərdə tuturmuş...

Ona da diqqət etmək lazımdır ki, “The Jerusalem Post” LORA-nın Azərbaycana 2018-ci ildə verildiyini birmənalı şəkildə təsdiqləmir. Təbii ki, belə məlumatların təsdiqi və ya rəsmiləşməsi ortaya əlavə problemlər çıxara bilər.

Bir şeyə də diqqət edək. Son vaxtlar Ermənistan mediası yazır ki, Ermənistanın Tehrandakı səfirliyi qarşısında nümayişlər keçirilib. Toplaşanlar Ermənistanın İsraildə səfirlik açmasına etiraz ediblər. Bəllidir ki, Azərbaycan və Türkiyə tərəfindən sərhədləri bağlı olan Ermənistanın İranla da sərhəddinin bağlanması bu ölkəni məhvə sürükləyə bilər. O da sirr deyil ki, İran Ermənistanın ayaqda qalması üçün mümkün olduğundan da artığını edib. Ona görə də Ermənistanın İsraildə səfirlik açmaq istəyi İranda ciddi narazılıqla qarşılanır.

Orası da var ki, İsrail ilə Azərbaycan arasında olan ikitərəfli münasibətlər ən üst səviyyədədir.

Israel and Azerbaijan - An unbreakable strategic partnership ...

Elmar Məmmədyarov Qüdsdə əbədi alovu yenidən yandırır

Və bu, Azərbaycana, xüsusən, hərbi sahədə ciddi üstünlüklər verir. Azərbaycanın birdəfəyə İsraildən 5 milyard dollarlıq silah alması da yaddaşlardan silinməyib. O da təbiidir ki, Ermənistan bu münasibətləri əngəlləməyə çalışır. Çünki Azərbaycanın İsrail tərəfindən ən müasir silahlarla təchiz edilməsi Ermənistanın dövlət maraqlarına zərbədir. Bu məqsədlə də Ermənistan İsrailə yaxınlaşmağa cəhd göstərir. Ancaq İran buna imkan vermək fikrində deyil.

Onu da qeyd edək ki, İsrail ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə olsa da, Azərbaycanın İsraildə səfirliyi yoxdur. Etiraf olunmasa da, İran amili buna imkan vermir.

“The Jerusalem Post” nəşri bildirir: "Qərb mediası sual edir ki, necə ola bilər ki, sınaqdan çıxmayan dəhşətli bir silahı İsrail Ermənistanla müharibə şəraitində olan bir ölkəyə verir. Bəlkə, İsrail bu silahın Azərbaycan-Ermənistan müharibəsində sınaqdan keçirmək istəyirmiş?"

Qəzet vurğulayır ki, Azərbaycan yeganə ölkədir ki, bu silahı alıb, çünki İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır. Bu ölkələr arasında hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir. Hökumətlərarası münasibətlər də ən yüksək səviyyədədir və qarşılıqlı inama söykənir, həm də bu ölkələr arasında davamlı dialoq mövcuddur.

Qəzet qeyd edir ki, İsraildə böyük Azərbaycan icması var. Onlar yerli cəmiyyətə yüksək səviyyədə inteqrasiya olunublar və bu ölkədə Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Məqalədə deyilir: “Bugünkü Azərbaycan Ordusu güclü və müasirdir, əla silahlarla təchiz edilib. Güclü nizam-intizama və döyüş ruhuna malikdir. Bu ordu ən yüksək standartlara cavab verir. Onu da unutmayaq ki, kim daha öncül hərbi texniki vasitələrə malikdirsə, onlar döyüş zamanı uğurlu hərbi əməliyyatları əminliklə həyata keçirə bilirlər".

"Avrasiyada İsrailə Azərbaycandan daha yaxın bir ölkə yoxdur. Bu yaxın əlaqələrin kökündə dayanan səbəb isə odur ki, iki onillikdən artıqdır ki, bu ölkələr dostluq münasibətindədir. Bu münasibətlərin formalaşmasına Azərbaycanda yerli əhali ilə orada yaşayan yəhudi icması arasındakı xoş münasibətlərin mövcud olması da ciddi təsir göstərir”.

Məqalədə deyilir: “Bu gün Azərbaycan güclü müstəqil dövlətdir. Cənubi Qafqazda geosiyasi və geoiqtisadi sahənin inkişafında lider ölkədir. Azərbaycan rəsmi Ankara və Tehrandan asılı olmayan çoxşaxəli xarici siyasət yeridir. Geosiyasi maneələrə baxmayaraq, İsrail və Azərbaycan güclü və sarsılmaz münasibətlər qura biliblər”.

Qəzet yazır: “2016-cı ilin dekabrında İsrail Baş Naziri Benyamin Netanyahu Bakıya rəsmi səfər etdi. O, İsrail-Azərbaycan münasibətlərindən danışarkən dedi: “Bizim dünyaya göstərə biləcəyimiz bir şey də var. Bu dünyanın hər yerində o qədər dözümsüzlük (qeyri-tolerantlıq), zülmət görürük ki. Və Azərbaycan bir nümunədir ki, müsəlmanlarla yəhudilər arasındakı münasibətlər hər yerdə necə ola bilər və necə olmalıdır”.

Azərbaycan sadəcə İsrailin müsəlman dünyasındakı strateji müttəfiqi deyil, həm də dinlərarası və etnik qruplar arası gözəl münasibətlərə nümunə bir ölkədir. Yəhudilərə ehtiram göstərilən bu ölkənin prezidenti İlham Əliyevin göstərişi ilə paytaxtda iki sinaqoq açılıb və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Azərbaycanda yerləşir. İsrail və ABŞ-dan sonra yəhudilərin kompakt yaşadığı bir yer var, o da Azərbaycanın payına düşür və ora Qırmız Qəsəbə kimi tanınır...
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
19/09/2020 [19:39]:
Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
19/09/2020 [18:24]:
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin