Odlar Yurdu Universitetinin informatika fakultəsinin 1-ci kurs tələbəsi Bağırova Fatimə təhsil haqqının qalıq 500 manat borcunu ödəyə bilmədiyi üçün iyunun 12-də keçiriləcək imtahana buraxılmayacaq. Uşağın hər iki valideyni dünyasını dəyişib və nənəsinin himayəsindədir. Bu barədə hüquq müdafiəçisi Günel Səfərova məlumat paylaşıb.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat, özəl klinikası ("Oksigen"), bankı ("Muğanbank) və çoxsaylı biznes obyektləri olan Əhməd Vəliyevdir.
Dəstək olmaq istəyənlər G.Səfərova ilə əlaqə saxlaya bilərlər.