Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli

06/06/2020 [10:56] - Siyasət (171)



Həftəsonu daha sərt qadağaların müəyyən olunması vaxtında atılan addımdır. Bu barədə istiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə,  karonavirus pandemeyasının ilk vaxtlarında karantin rejiminin tətbiq olunması, həyata keçirilən tədbirlər nəticəsində vəziyyət nəzarət altında saxlanılırdı, Azərbaycanda xəstəliyə yoluxmaların və ölənlərin sayı digər ölkələrlə müqayisədə aşağı idi:  "Lakin son dövlər karantin rejimindən mərhələli çıxmaq siyasəti çərçivəsində qadağaların bir hissəsinin ləğv olunması əhalidə xəstəliyin ötüb keçdiyi barədə təəssürat yaradıb və özünüqoruma instiktinin azalmasına, karantin rejiminin tələblərinin tez-tez pozulmasına səbəb olub. Bu da öz növbəsində pandemiyanın yeni dalğasının inkişafı üçün münbit şərait yaratdı və xəstəliyə yoluxanların sayının dəfələrlə artması ilə nəticələndi. Bu səbəbdən yeni qadağaların tətbiqi zəruridir. Hazırda şənbə və bazar günləri küçəyə çıxmağın qadağan olunması bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə xeyli müddətdir ki, tətbiq olunur. Bu addım insanlar arasında kontaktları minimuma endirir, yoluxmuş şəxslərin başqalarını yoluxdurmaq riskini azaldır. Bu baxımdan son qadağaları vacib hesab edirəm".

Partiya sədri vurğulayıb ki,  karantin rejiminin daha sərt qadağaları bir sıra iqtisadi, sosial və məişət problemlərinin yaranması, insanlarda müəyyən narazılıqların baş verməsi ilə müşaiyət oluna bilər: "Lakin nəzərə alanda ki, həftənin cəmi 2 günündə tətbiq olunan bu qadağalar, son nəticədə insanların sağlamlığının qorunmasına, karonavirusun fəsadlarının minimuma endirilməsinə yönəldilib, ölkənin daha böyük fəlakətlə üzbəüz qalmamasına hesablanıb, onda qadağalara dözümlü yanaşmalı, özünütəcrid və sosial izolyasiya qaydalarına və karantin rejiminin digər tələblərinə ciddi əməl etməliyik. Hakimiyyət strukturları isə həftəsonu yeni qadağaların yarada biləcəyi əlavə problemlərin həlli mexanizmini düşünməlidirlər".
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin