Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır

04/06/2020 [19:39] - İqtisadiyyat (380)



Azərbaycan Turizm Bürosu tərəfindən dünyada yaranmış cari vəziyyət nəzərə alınaraq Azərbaycan haqqında məlumatlılığın saxlanılması və genişləndirilməsi məqsədilə keçirilən onlayn vebinarlar və görüşlər davam etdirilir.

İstiqlal.az xəbər verir ki, may ayı ərzində Azərbaycan Turizm Bürosu tərəfindən Hindistan, Çin, Cənubi Koreya, BƏƏ, İsrail, Rusiya, Belarus, Ukrayna, Polşa, Almaniya, Avstriya, İsveçrə və bir sıra digər Avropa ölkələrindən olan turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə 30 vebinar təşkil edilib. Beynəlxalq turizm şirkətləri üçün ölkənin turizm məhsulları, yeni marşrutlar, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, istirahət mərkəzləri  barəsində məlumatların verildiyi vebinarlara 1300-dən çox iştirakçı qatılıb.
  
Qeyd edək ki, Azərbaycanın turizm imkanları haqqında olan vebinarlara yüksək maraq göstərildiyindən iyun ayı üçün yeni vebinarlar təşkil olunacaq.

Bundan əlavə, xarici bazarlarda olan turizm tərəfdaşları ilə 54 onlayn görüş təşkil olunub.
Almaniya, Avstriya, İsveçrə, Böyük Britaniya, İtaliya, Niderland, Polşa, Hindistan, Çin, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Oman, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan kimi 17 ölkədən olan tur operatorlar və turizm şirkətləri ilə dünya turizm sənayesində olan cari vəziyyət, gələcək əlaqələr, post-pandemiya dövründə atılacaq ilkin addımlar və digər mövzular müzakirə olunub. 
 
Eyni zamanda beynəlxalq turizm sənayesinin nümayəndələrinə Azərbaycanın təqdim etdiyi turizm imkanları barədə təlimlər keçilirməsi məqsədini daşıyan Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) üzərindən fəaliyyət də davam etdirilir.  

Platforma vasitəsilə Almaniya, Avstriya, Belçika, İtaliya, Niderland və bir çox Avropa ölkələri, BƏƏ, Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələri, Hindistan, Şri-lanka, Yaponiya kimi Asiya ölkələri, İsrail, Pakistan və bir sıra Yaxın Şərq ölkələri, Rusiya, Gürcüstan, İran və Azərbaycan da daxil olmaqla indiyədək 32 ölkədən 472 nəfər qeydiyyatdan keçərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb və müvafiq sertifikat əldə ediblər.

Təlimlər Azərbaycan haqqında ümumi məlumat, müalicəvi turizm məhsulları, qastronomiya, şərab turları, alman irsi, yəhudi irsi, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, həmçinin ölkənin mədəni irsi kimi bir neçə moduldan ibarət olmaqla müxtəlif mövzuları əhatə edir.
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:57]:
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin