Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir

01/06/2020 [16:26] - İqtisadiyyat (482)



Dünyanın ən böyük təyyarələrindən olan Airbus A380 (bundan sonra A380 kimi qeyd edəcəyik) artıq hava məkanına vida deyir. Halbuki, bu təyyarəni hazırlayanların ümidləri, gözləntiləri başqa idi. Hesab edilirdi ki, eyni anda daha çox sərnişin daşımaqla bu təyyarə daha çox gəlir gətirəcək və eyni zamanda satılan biletlərin də qiyməti aşağı olacaq.

Lakin gözləntilər baş vermədi. Əslində bu, normal haldır. Çünki  hava yolları şirkətləri iqtisadi proseslərə o qədər həssasdır ki, adi bir böhran  belə, şirkətləri müflis edə bilir. Eyni zamanda 600 sərnişini tapıb, təyyarəyə mindirdiyin anda əlbəttə ki, daha çox qazanırsan. Lakin bu müştəriləri tapmadınsa, təyyarə sadəcə olaraq bahalı oyuncaq halına gəlir. A380 da məhz bu taleyi yaşadı. Eyni zamanda bu iri təyyarənin xərcləri də hava yolu şirkətləri üçün əhəmiyyətli dərəcədə ağır idi. Bu qədər sərnişinə xidmət göstərmək, təyyarənin enə biləcəyi zolaq və digər bu kimi məsələlərin hamısı maliyyətlər hesabına başa gələn hallardır. A380 hər bir meydana enə bilmirdi. Təyyarənin qanadları çox geniş olduğu üçün zolaqlara eniş zamanı əlavə problemlər yaradırdı. Buna görə də son zamanlar dövlət hava limanlarına bu təyyarələrin enişinə də icazə verilmirdi. 

Ötən il Airbus Group-un baş direktoru Tom Enders açıqlama verərək  A380 model təyyarəsinin son dəfə 2021-ci ildə istehsal ediləcəyi və təhvil veriləcəyi, istehsalın dayandırılacağı, 3500 iş yerinin bu qərardan təsirlənəcəyi bildirildi. O, bu qərarın onlar üçün ağır olduğunu bildirsə də, başqa yollarının olmadığını qeyd etdi. 

Lakin buna qədər də yuxarıda qeyd etdiyimiz səbəblərdən dolayı problemlər yaşandı. Belə ki, hava yolu şirkətləri anladılar ki, A380 sadəcə olaraq əlavə xərc deməkdir. Airbus A350,  Boing-787-nin bazara daxil olması ilə hava yolu şirkətləri öz seçimlərini etdilər. Qeyd edilən təyyarələr iri gövdəli olmaqla yanaşı, həm də A380 kimi kaprizli deyildilər. Bütün bunların fonunda A380 şirkətlərin prestij üçün aldıqları təyyarədən irəli gedə bilmədi.

Yuxarıda qeyd etdiyimiz açıqlamada 2021-ci ildə istehsalın dayanacağı bildirilir. Lakin bu zamana qədər şirkətlərin aldıqları təyyarələr hələ də onlarda qalmaqdadır. Ona görə ümidlər var idi ki, A380 hələ bir müddət də göy üzündə görünəcək. Lakin koronavirus pandemiyasının dünyanı əhatə etməsi, baş verən iqtisadi böhranlar, hava şikətlərinə də təsir etdi və artıq şirkətlər A380-ni havaya qaldırmaqdan imtina ediblər. Yəni olan-qalan ümidlər də öldü...

Onsuz da A380 təyyarələri bir çox şirkətlər üçün topun ağzında olan uçaq idi. Yəni ilk iqtisadi təhlükədə şirkətlər A380-dən imtina etməyi düşünürdülər ki, belə də etdilər. 

A380  ömrünün 13-cü ilində hava məkanı ilə vidalaşdı. Nə üçün illədir havada olan Boeing-747 hələ də uçuşuna davam etdiyi halda, A380 belə bir taleyi yaşadı?

Boeing 747-400 авиакомпании Россия экстренно развернулся над ...

"Boeing-747"-nin sirlərinə nəzər salaq: Boeing-747 ilk uçuşunu 1966-ci ildə etdi və 1970-ci ildən bu günə qədər sərnişin daşıyır. Hazırkı pandemiya dövründə Boeing-747-lər də təhlükədədir. Onların da fəaliyyəti dayandırıla bilər. Lakin belə olsa belə bu, Boeing-747-nin  50 ildən çoxdur ki, göy üzündə olduğu gerçəyini dəyişdirmir. Boeing-747-nin bu qədər uzunömürlü olması, şübhəsiz ki, ortaya çıxdığı zamanla əlaqəlidir. Boeing-747 dünyanın ilk geniş gövdəli təyyarəsi idi. İstehsal edildiyi ilk illərdə bir çox mütəxəssislər bu təyyarələrin sərnişindaşımada uğur əldə etməyəcəyini bildirirdilər. Lakin onlar yanıldılar. 1970, 1980, hətta 1990-cı illərdə Boeing-747 rəqibsiz idi. Həmin dövrdə olan təyyarələrin bir qismi çox böyük qəzalar yaşamışdılar. Bu məqam da Boeing-747-yə müraciət edənlərin sayını artırırdı. 1990-cı illərin əvvəllərində Airbus-A340, Airbus-767-lər çıxana qədər artıq Boeing-747-nin istehsalı mini keçmişdi. Boeing-747 ilə A380 nə qədər rəqib olaraq göstərilsə də, əslində onlar fərqli idi. 

Əslində Boeing-in də A380 kimi çox böyük təyyarə layihəsi vardı. Lakin sonradan  onlar bundan imtina etdilər.   Yəni Boeing əslində heç zaman A380-nin bazarına girmədi. Boeing-747 geniş bir təyyarədir. Bu, danılmazdır. Ancaq A380 başqa bir kateqoriya hesab edilir. Üstəlik də Boeing-747 yükdaşımalar üçün nəzərdə tutulan sinifdəndir. Bu təyyarə ilk dəfə hazırlanan zaman sərnişindaşımada çox uzun ömrü olmayacağı düşünülürdü. Ona görə də təyyarə dizayn edilən, hazırlanan zaman daha çox yükdaşımalar üçün nəzərdə tutuldu. A380-nin də belə bir versiyası layihələndirildi. Lakin sonradan bu layihə sadəcə kağız üzərində qaldı. Bundan sonra bir möcüzə olmasa A380-nin havaya yenidən qalxması ehtimal edilmir...


Musavat.com
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:57]:
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin