Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..

31/05/2020 [11:50] - Siyasət (861)



Məlumdur ki, ABŞ Konqresi hələ prezident B.Klintonun dövründə Yerusəlimlə bağlı qərar qəbul etmiş və onu İsrailin bölünməz paytaxtı elan etmişdi.

Amma nə prezident B.Klintonun özü, nə də ki, onun sonrakı prezident həmkarları bu qərarı elan qetməyə cəsarət etmədi və yalnız prezident D.Tramp bunu etdi və hətta ölkəsinin İsraildəki səfirliyini Təl-Əvivdən Yerusəlimə köşürdü.

Amma Trampa da bu asan başa gəlmədi və qərar böyük müqavimətlə qarşılandı. Məsələ BMT-də müzakirəyə çıxarılanda ABŞ prezidentinin bu qərarını cəmi iki-üç dövlət müdafiə etdi. Məsələ bundadır ki, əl-Qüds eyni vaxtda dünyanın üç böyük dini üçün müqəddəs şəhər sayılır, eləcə də xristianlıq və xristianlar üçün.

Odur ki, xristian dövlətləri də bu “əbədi şəhərə” –Yerusəlimə iddialıdırlar və onun gələcək statusuna biganə deyillər. Məhz bu səbəbdən – müsəlmanlara sevgidən deyil, öz maraqları baxımından onlar ABŞ prezidentinin qərarını dəstəkləmədilər.

Amma Tramp da çox tərs adamdır və odur ki, səfirlik köçürüləndən dərhal sonra o, bildirdi ki, yaxın vaxtlarda ərəb-İsrail münaqişəsinin həlli üçün möhtəşəm plan təqdim edəcək.

Demək lazımdır ki, sözünün üstündə durdu: ötən il yayda amerikalı diplomatlar ərəb - İsrail münaqişəsini birdəfəlik çözəcək plan haqqında danışmağa başladılar. Amma ərəb dövlətləri, xüsusən də Fələstin lideri plana qarşı çıxdı və onu kəsin tənqid etdi, çünki plan təkcə Yerusəlimin deyil, Fələstinin digər ərazilərinin də anneksiyasını nəzədə tuturdu.

Sonra isə, məlum olduğu kimi, pandemiya başladı və dünya ölkələrinin başı onunla mübarizəyə qarışdı.

Amma bu günlərdə amerikalılar və İsrail diplomatları yenidən D.Trampın planı haqda danışmağa başladılar. Fələstin Administrasiyasının lideri Mahmud Abbas özünü Rusiya prezidentinə yetirdi və ondan İsrail – Fələstin məsələsilə bağlı xüsusi konfrans keçirməyi xahiş elədi. Eləcə də Türkiyə prezidenti R.T.Ərdoğan xüsusi, özü də çox kəskin bir bəyanatla çıxış etdi. Təəccüblüsü budur ki, ərəb dövlətlərini bəyanatlarını hələ də eşitmirik. Xatırladaq ki, Yürusəlimlə bağlı qərar qəbul olunan vaxt da onlar ümumi etitaz fonundan elə də seçilmirdilər və bu bir daha onu deməyə əsas verir ki, ərəb monarxları ABŞ-la münasibətlərini korlamaq istəmirlər.

O ki qaldı bütün bu məsələlərə bizim Azəraycanın münasibətinə, rəsmi Bakı da ABŞ prezidentinin qərarının əleyhinə çıxmışdı və bu təkcə islam ölkələrilə həmrəyliyin əlaməti deyildi.

Ekran Alıntısı1.JPG (60 KB)

Yox, məsələ bundadır ki, Fələstin məsələsi və o cümlədən də Yerusəlimin gələcək statusu ilə bağlı BMT –nin xüsusi qərarları var. Amerikalılar isə faktiki olaraq bu qərarları pozmağa, onları tamamilə  iqnorə etməyə cəhd edirlər. Odur ki, sual yaranır: əgər Fələstinlə bağlı BMT qərarları pozulursa, onların üstündən xətt çəkilirsə, təminat varmı bunu nə vaxtsa, məsələn, Qarabağ problemilə bağlı etməyəcəklər? Çox adamları narahat edən budur ki, Yaxın Şərq məsələsində ABŞ-ın həyata keçirdiyi siyasət özünəməxsus presedent və bir növ BMT qərarlarına münasibətdə domino-effekti rolunu oynaya bilər. Təsadüfi deyil ki, elə bu günlərdə ermənilər növbəti “sxodka”ları üçün Şuşanı seçəndə hamı ilk növbədə bunu soruşurdu. Odur ki, Azərbaycanın mövqeyini bu cür təqdim etmək olar: rəsmi Bakı beynəlxalq hüququn və BMT-nin prinsip və tələblərinin yanındadır.

Amma burada incə bir məqam var. Bizim İsraillə çox yaxşı münasibətlərimiz var, amma buna baxmayaraq bu ölkədə səfirliyimiz hələ də yoxdur. N.Paşinyan hakimiyyətə gələndən sonra ermənilər İsraillə ciddi maraqlanmağa başlayıblar və işarə edirlər ki, bu ölkədə öz səfirliklərini açmağı düşünürlər. Xatırladaq ki, rəsmi Bakı da bir neçə dəfə bəyan edib ki, İsraildə səfirliyin açılması ən yaxın vaxtların işidi, di gəl, bu bəyanatlar çin olmayıb. Düşünürük ki, məsələ haqqında çox ciddi şəkildə fikirləşməyin əsl vaxtıdır.

Aydındır ki, ortada “İran amili” var və o, da məlumdur ki, Tehran bir neçə də açıq mətnlə İrəvanı tələsik qərardan çəkinməyə və İsraildə səfirlik açmaq məsələsini daha yaxşı götür-qoy etməyə çağırıb. Əlbəttə, biz bilmirik ki, İrəvanın son qərarı nə olacaq, amma bildiyimiz budur ki, biz xarici siyasətimizi və onun istiqamətlərini Tehranla razılaşdırmaq kimi bir öhdəlik götürməmişik.

“Amerikalıların Yaxın Şərqlə bağlı bəzi qərarları digər münaqişələr, o cümlədən də Dağlıq Qarabağ problemi üçün presedent ola bilərmi” sualına gəldikdə isə, qeyd edək ki, təcrübəli politoloqlar heç vaxt yox demir, çünki siyasəti digər qanunlar idarə edir. Burada əsas məsələlərdən biri də insan amilidir və aydındır ki, bəzi hadisələr bəzən ona görə baş vermir ki, bunu adamlar və ya xaqlar istəmir.

Baxın, biz daim deyirik ki, zaman bizim xeyrimizə işləyir. Amma burada bir suala cavab vermirik: Zamanla nə baş verəcəkdir ki, o, bizim xeyrimizə işləyəcək? Hazırda ən azı Minsk Qrupunun üç həmsədrinin hər üçünün Dağlıq Qarabağ məsələsini bir-iki gündə həll etmək imkanı var. Amma onlar bunu etmir və yaxud da edə bilmirlər. Belə vəziyyətdə zaman nəyi dəyişəcək? Daha düzgünü bu olmazdımı ki, məsələni təkcə zamanın öhdəsinə buraxmayaq, özümüz də nəsə edək...
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:57]:
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin