Səfir: "İkitərəfli münasibətlərinin inkişafı üçün Azərbaycan tərəfi ilə birgə işləməyə hazıram"

29/05/2020 [17:00] - Siyasət (338)



Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı Səfiri Mohamed Alqubaisi Respublika Günü münasibəti ilə ölkə başçısını və Azərbaycan xalqını təbrik edib.

İstiqlal.az saytına daxil olan təbrikdə deyilir ki, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu yada salmaq hər zaman qürurvericidir: "Ölkələrimiz arasında ortaq cəhətlər çoxdur: ölkə ərazisinin ölçüsü (hər iki ölkənin ərazisi 80 min kv km-dən çox), əhalinin sayı (hər ikisi 10 milyona yaxın) təxminən eynidir. Ölkələrimizin coğrafi mövqeyi də bizi bir-birimizə daha da yaxınlaşdırır.

Beynəlxalq əlaqələrin hazırkı mərhələsində ticarət və siyasi maraqlar daha üstün tutulsa da, BƏƏ və Azərbaycanın ikitərəfli əlaqələri bu maraqlardan qat-qat qiymətlidir. Hər şeydən əvvəl bu münasibətlər qarşılıqlı qardaşlıq niyyəti, xalqlarımıza ən yaxşı arzularla, güclü mənəvi dəyərlər üzərində qurulur".  
Azərbaycan hər il 28 may tarixində Respublika Gününü qeyd edir və BƏƏ rəhbərliyi öz səmimi arzu və təbriklərini Prezident İlham Əliyevə çatdırır. Hər iki ölkənin gəncləri hər zaman xalqlarımızın dövlətlərimizi qurmaq üçün verdikləri dəyərləri xatırlamalıdırlar. Ölkələrimizin bir-birinə verdiyi dəstəyi gələcək nəsillər də bir-birinə ötürməlidirlər.

Səfir xüsusilə vurğulayır ki, BƏƏ regionda öz tərəfdaşı Azərbaycan kimi böyük bir respublikanın mövcudluğunu yüksək qiymətləndirir: "İkitərəfli münasibətlərimizi getdikcə daha da inkişaf etdirmək, millətimizə daha çox fayda gətirmək üçün axtarışlarımız davamlıdır. Dövlət başçılarımızın və hökumət nümayəndələrinin qarşılıqlı yüksək səviyyəli səyləri və təşəbbüsləri nəticəsində bu münasibətlər ilbəil inkişaf edir. Bunu xüsusilə turizm sektorunda müşahidə edə bilərik. Ümid edirəm ki, pandemiyadan sonrakı dövrdə bu göstəricilər daha yüksək olacaqdır. Səfir olaraq həmişə BƏƏ-Azərbaycan ikitərəfli münasibətlərinin bütün sahələrdə inkişafı üçün Azərbaycan tərəfi ilə birgə işləməyə hazıram.
Fürsətdən istifadə edərək,  Prezident İlham Əliyevə, Azərbaycan Parlamentinə, Hökumətinə, Respublika Günü münasibətilə bütün Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi, bütün dünyanı bürüyən bir pandemiya şəraitində təhlükəsizlik və cansağlığı diləyirəm. Ümid edirəm ki, hazırkı böhran tezliklə qurtaracaq və qardaş xalqlarımız bir-birlərini ziyarət etməyə davam edəcəklər".
Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
19/09/2020 [19:39]:
Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
19/09/2020 [18:24]:
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin