Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?

26/05/2020 [14:32] - Cəmiyyət (1124)



Bir neçə gün öncə “Akkord” şirkətinin əməkdaşları Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa edilən 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, tənqidçi jurnalist – Kanal13-ün yaradıcısı Anar Orucova məxsus mənzili dəmir alətlə qıraraq kilidi dəyişib və mənzili zəbt ediblər.

Qeyd edək ki, mənzildə A.Orucovun qardaşı, hazırda adı çəkilən kanalın baş redaktoru Əziz Orucov qeydiyyatda idi və həmin mənzildə yaşayırdı.

Qaynarinfo-nun verdiyi xəbərə görə, 27 min manat dəyərində olan mənzil kreditdə olub. Ə.Orucovun bildirdiyinə görə, bu günə qədər mənzil üçün 21 560 AZN ödəniş ediblər. Amma mənzili zəbt edən “Akkord” şirkəti yenidən həmin mənzili 27 min manata satışa çıxarıb.

“Bu illər ərzində həmin mənzildə mən yaşamışam, təmir elətdirmişəm, rəsmi şəkildə bu ünvana qeydiyyata düşmüşəm. Qeydiyyatı isə “Akkord” şirkətinin özü təsdiqləyib. Pandemiya zamanında kənddə qaldığımızdan evdə heç kim olmayıb. Bütün məişət, şəxsi əşyalarımız evin içində ola-ola şirkət əməkdaşları “lomla” kilidi qıraraq, yenisi ilə əvəz ediblər. Bu gün mən öz mənzilimə gedə bilmirəm, əşyalarımın taleyindən bixəbərəm. Kreditin yerdə qalan 5440 manatı ilə bağlı şirkətlə dəfələrlə müzakirələrimiz olub, yaxın zamanda məbləğin tam ödəniləcəyi bildirilib. Lakin bütün bu proseslərdən sonra evin vəhşicəsinə zəbt edilməsinin səbəbi nədir? Əgər bu sifariş deyilsə bəs nədir?” – deyə Ə.Orucov bildirir.

Bəs şirkət əməkdaşları mənzili hansı hüquqi əsasla zəbt ediblər? Şirkət ortada məhkəmə qərarı olduğunu deyir, amma həmin qərarla tanış olduqda çox ciddi ziddiyətlər ortaya çıxır (foto yazıya əlavə olunur):

Deməli, 2007-ci ildə Anar Orucovla “Akkord” şirkəti arasında Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də, 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan mənzilin alınması ilə bağlı müqavilə imzalanıb. Məhkəmə sənədində isə hansısa 2 otaqlı, 69 kv.m-lik mənzil qeyd olunur. Digər bir qanunsuzluğa da diqqət edək. Deməli, 2007-ci ildə bağlanan müqavilənin nömrəsi 4228-dir, hakimin qərarındakı isə 4287 kimi qeyd olunur.

“Hesab edirəm ki, bu sırf əvvəlcədən düşünülmüş, bir sıra şəxslərdən ibarət mütəşəkkil dəstənin cinayəti və özbaşınalığıdır. Bu adamlar ya Zakir Qaralovdan sifariş alaraq biz jurnalistlərdə ölkə başçısına qarşı narazılıq yaratmağa çalışırlar, ya da hansısa anlamadığım başqa məqsədləri var” – Ə.Orucov deyir.

Qeyd edək ki, “Akkord” şirkətlər qrupunun sabiq Baş Prokuror Zakir Qaralova məxsus olduğu bildirilir.

Mövzu ilə bağlı bir neçə gündür mətbuatda yazılar dərc olunsa da, təəssüf ki, “Akkord” şirkəti nə məsələ ilə bağlı, nə də ortadakı ziddiyyətlərlə bağlı rəsmi mövqe açıqlamır.
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
Oktyabrın 27-ə hava proqnozu
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
Xəbər lenti
26/10/2020 [20:57]:
Qığızıstanın keçmiş prezidenti aclıq elan edib
26/10/2020 [20:04]:
Şamaxıda zəlzələ olub
26/10/2020 [19:27]:
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” - Lavrov - Lavrov - Lavrov
26/10/2020 [18:34]:
Dövlət torpaq kadastrı fondunun məlumatlarından istifadə edənlərin sayına artım edilib
26/10/2020 [18:16]:
Azərbaycanda günün COVİD-19 statistikası
26/10/2020 [17:38]:
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır
26/10/2020 [16:49]:
Azərbaycan cüdoçuları reytinq siyahısında irəliləyiblər
26/10/2020 [16:03]:
İlham Əliyev: İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib
26/10/2020 [15:56]:
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
26/10/2020 [14:21]:
Oktyabrın 27-ə hava proqnozu
26/10/2020 [13:51]:
İlham Əliyev: “Bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər”
26/10/2020 [13:32]:
Azərbaycan Prezidenti: “Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?”
26/10/2020 [13:28]:
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını elan etdi
26/10/2020 [12:14]:
Ermənistan atəşkəs rejimini pozmaqda davam edir
26/10/2020 [11:20]:
Baş Prokurorluq ermənilərin mülki əhaliyə hücumları ilə bağlı yeni məlumat yayıb
26/10/2020 [10:03]:
Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”
26/10/2020 [09:11]:
Cəbhədə son vəziyyət: Düşmən Laçın istiqamətindən bölmələrimizi artilleriya atəşinə tutub
26/10/2020 [00:43]:
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər
25/10/2020 [23:37]:
Göygöl rayonunda zəlzələ olub
25/10/2020 [23:19]:
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
25/10/2020 [22:56]:
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
25/10/2020 [22:45]:
“Fənərbaxça” “Trabzonspor"a qalib gəlib
25/10/2020 [22:43]:
İlham Əliyev: Ermənistana havadarlıq edənlər atəşkəs istəyirsə...
25/10/2020 [22:39]:
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
25/10/2020 [21:47]:
Ombudsman: "Beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları müharibəyə cəlb edir"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Düşmən 26 günə 8 uşağı öldürüb, 32-sini yaralayıb - rəsmi
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Zəngilanın daha 13 kəndi və bir qəsəbəsi işğaldan azad olunub - rəsmi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
Prezident: Füzulinin 3, Cəbrayılın 4 kəndin işğaldan azad edilib
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
Prezident işğaldan azad edilən ərazilərdə aktlaşdırma aparmaq tapşırığı verib
ABŞ-ın Azərbaycandakı Səfirliyi terror xəbərdarlığı edib
Ərdoğan Fransa prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin