Brazilyada koronavirus kabusu: ilginc faktlar

26/05/2020 [18:52] - Gündəm (260)



Hələ ki, vaksini tapılmayan koronavirus (Covid-19) infeksiyasına dünyada yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 5 milyon 500 nəfərdən çoxdur. Daha dəqiq desək, bu saata qədər dünyada 5 milyon 559 min 788 nəfər koronavirusa yoluxub, 348 min 420 nəfər isə bu virusdan dünyasını dəyişib. İndiyə qədər dünyada müalicə alaraq koronavirusdan sağalanların sayı 2 milyon 333 min 710 nəfərdir.

Dünya üzrə ən çox yoluxma ABŞ-dadır. İndiyə qədər bu ölkədə 1 milyon 698 min 311 min nəfər koronavirusa yoluxub, 99 min 646 nəfər isə bu virusdan dünyasını dəyişib.

ABŞ-la digər ölkələrin arasında həm ölüm, həm də yoluxma sayında ciddi fərq olsa da,ABŞ-dan sonra  ikinci yerdə gələn Brazilyada da yoluxma sayı sürətlə artır. Son günlər Brazilyada koronavirusa yoluxma ilə bərabər, ölüm sayında da ciddi artımlar qeydə alınır. Məsələn, ötən gün bu ölkədə 16 min 220 nəfər yoluxma, 703 nəfər isə ölüm qeydə alınıb.

Ən qəribəsi odur ki, bu ölkədə ölənlərin əksəriyyəti gənc və orta yaşlı insanlardır. Açıqlanan məlumatlardan belə aydın olur ki, Brazilyada gənclər arasında koronavirusa yoluxma halları artan xətt üzrə davam edir.

Halbuki, koronavirus barəsində danışan tibb  sahəsi üzrə alimlər bildirirdilər ki, bu virus yaşlılar üçün daha risklidir. Buna görə də əksər ölkələrdə yaşlı insanların küçəyə çıxmasına qadağa qoyulmuşdu.  

Epidemiyanın ən çox Sao Pauolo şəhərində yayıldığı bildirilir. 210 milyon əhalisi olan ölkədə gündəlik koronavirusdan minə yaxın ölüm baş verir və rəsmilər bildirirlər ki, onlar artıq ölənləri dəfn etməyə belə çətinlik çəkirlər.

Baxmayaraq ki, ABŞ-da da koronavirusa yoluxma tüğyan edir, ancaq Birləşmiş Ştatlar özünü Brazilyadan qorumaq üçün qərarlar qəbul edib. Belə ki,  ABŞ Prezidenti Donald Tramp  Braziliyaya son 14 gün ərzində səfər etmiş əcnəbilərin Birləşmiş Ştatlara daxil olmasını qadağan edib.
Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Keyli Makinani öz açıqlamasında deyib.

“Bu gün prezident ölkəmizin mühafizəsi üçün qəti addımlar ataraq, ABŞ-a gəlmək üçün müraciət etməzdən əvvəl 14 gün müddətində Braziliyada olan xarici vətəndaşların girişini dayandırdı. Bugünkü aksiya Braziliyada olan əcnəbilərin ölkəmizdə əlavə virus mənbəyinə çevrilməməsinə zəmanət verəcək. Bu yeni məhdudlaşdırıcı tədbirlər ABŞ-la Braziliya arasında ticarət dövriyyəsinə təsir etməyəcək”, - Makinaninin açıqlamasında belə deyilir.

Braziliyada komendant saatlarını ciddiyə almayan və sağlamlığının qeydinə qalmayan prezident Jair Bolsonaro əhali tərəfindən qınağa tuş gəlib. İnsanlar xəstəliyin yayılmasında onu günahkar bilirlər.

Onu da bildirək ki, Jair Bolsonaro bundan öncə də "pis iqtisadiyyat virusdan daha təhlükəlidir" fikirləri ilə gündəmə gəlmişdi.
Dünyada bəzi araşdırmaçı qruplar tərəfində iddialar var ki, ölkədə yoluxma sayı rəsmi açıqlanandan xeyli yüksəkdir. Lakin bu iddialar kornkret faktlarla sübuta yetirilməyib...

Bununla belə koronavirusun yeni mərkəzinin Brazilya olduğu açıq şəkildə görünür. Proqnozlaşdırılır ki, Brazilyada yoluxma və ölüm sayı hələ bir müddət də artan xətt üzrə davam edəcək...


Musavat.com
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
19/09/2020 [19:39]:
Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
19/09/2020 [18:24]:
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin