Naxçıvanın yeni Baş naziri məlum oldu

23/05/2020 [14:07] - Siyasət (273)



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun muxtar respublikanın Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Ali Məclisin qərarını imzalayıb.

İstiqlal.az xəbər verir ki, qərarara əsasən, Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib. 

Qeyd edək ki, bu gün altıncı çağırış Ali Məclisin ikinci sessiyası keçirilib. Sessiyada muxtar respublikanın Baş nazirinin təyin edilməsi məsələsinə də baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu məsələ ilə əlaqədar deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olub. 

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirini vəzifəyə təyin edilməsi üçün Azərbaycan Prezidenti tərəfindən təqdim olunan şəxsin - Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edib.

Təklif səsə qoyulub və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib. 

Xatırladaq ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, Vasif Talıbov bu gün S.Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
07/08/2020 [15:36]:
Afrikada COVID-19-a yoluxanların sayı 1 milyona yaxınlaşıb
07/08/2020 [14:22]:
Dünyada ərzaq məhsullarının qiyməti bahalaşır
07/08/2020 [13:20]:
Nazirlik: Son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi 238 mln. manat təşkil edib
07/08/2020 [12:55]:
SOCAR-ın zavodunda yanğın - Yaralılar var
07/08/2020 [12:50]:
Qazaxıstanda epidemioloji vəziyyət yaxşılaşır
07/08/2020 [12:37]:
98 yaşlı klub müflis olub dağıldı
07/08/2020 [12:17]:
Koronavirusdan sonra daha bir ölümcül virus yayılmağa başladı
07/08/2020 [11:48]:
Azərbaycan koronavirus səbəbindən avrokuboklardan imtina edib
07/08/2020 [11:15]:
Belarusu qarışdırmaq istəyən “vaqnerçilər” Ukraynaya verilə bilər
07/08/2020 [10:35]:
Sosial təminat növləri üzrə 2 milyon 300 min şəxsə ödəniş edilib
07/08/2020 [10:00]:
COVID-19-a yoluxanların sayı 19 milyonu keçib
06/08/2020 [23:58]:
DYP hüquqi və fiziki şəxslərə müraciət edib
06/08/2020 [21:31]:
ABŞ və Avropa ölkələrinin birgə təlimlərində Yaponiya da iştirak edəcək
06/08/2020 [20:52]:
Yarış zamanı qəzaya uğrayan idmançı komaya düşüb
06/08/2020 [20:10]:
Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb
06/08/2020 [18:26]:
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər
06/08/2020 [17:53]:
Baş Nazirdən yumşalma anonsu
06/08/2020 [17:23]:
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 59,1 milyon dollar olub
06/08/2020 [17:02]:
Yoluxanların sayı 150-dən aşağı düşdü
06/08/2020 [16:43]:
"Roma” klubu 591 milyona satılıb
06/08/2020 [16:41]:
Prezident karantin rejiminin yumşaldılmasından danışdı
06/08/2020 [16:40]:
“Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”- PREZİDENT
06/08/2020 [16:33]:
Prezident: "Karantin rejimi hamımızı yorur"
06/08/2020 [15:16]:
Azərbaycanda "Facebook" auditoriyasının fəallığı artıb
06/08/2020 [15:08]:
Yenilənən büdcə hazırki iqtisadi situasiyaya adekvatdır -Təhlil
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi 10% artıb
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olunub
“Yol əhvalatı”nın “Mustafa”sı: “90-cı illərdən filmlərə çəkilmirəm, parkda nəzarətçi işləyirəm”
"Moody's" beş Azərbaycan bankının reytinqinə yenidən baxıb
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
Yubilyar kino xadimləri təbrik edilib
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
Baş nazirdən sərt karantinlə bağlı əlavə tədbirlər barədə QƏRAR
2000 il əvvəl zeytun yağı haqda bunlar yazılıb - İNANILMAZ FAKTLAR
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin