Bu Gün Beynəlxalq Çay günüdür

23/05/2020 [10:39] - Cəmiyyət (900)



"Gürcüstan və Azərbaycanda çay istehsalçıları üçün imkanlar artmaqda davam edir".

 İstiqlal.az xəbər verir ki,  Beynəlxalq Çay günü ilə əlaqədar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan və Gürcüstanda çay istehsalına dair hazırladığı məlumatda belə deyilir.
Çayın becərildiyi ölkələr barədə düşünəndə Gürcüstan və Azərbaycan dərhal ağıla gəlməyə bilər. Lakin, bu ölkələrin çay istehsalına dair on doqquzuncu əsrə dayanan dərin bir tarixçəsi mövcuddur. Bu ölkələr 1980 - ci illərədək Sovet İttifaqında çay istehsalının böyük bir hissəsini təmin edirdilər. Hazırda gürcü və azərbaycanlı istehlakçılar daha ucuz və keyfiyyətli idxal məhsullarına üstünlük verdikləri üçün hər iki ölkənin istehsal gücü 1980-ci illərdə olan istehsalın 2 faizini belə təşkil etmir.
Son illərdə hər iki ölkə çay sektorunu canlandırmaq,  çayın becərilməsi üçün əlverişli şərait yaratmaq və təbii çay ehtiyatını artırmaq üçün addımlar atmaqda davam edir.  Özəl və dövlət sektorunun düzgün dəstəyi ilə Gürcüstan və Azərbaycanda çay sənayesində canlanma müşahidə edilə bilər. Bu ölkələrin çay istehsalçıları daima dinamik olan beynəlxalq çay bazarlarına çıxış əldə edərək xüsusi, yaşıl və orqanik çay növlərini istehlakçılara təqdim etməklə öz yerlərini tuta bilərlər.

Bu kimi məsələlər bu gün baş tutmuş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının İnvestisiya Mərkəzinin Beynəlxalq Çay Gününə həsr olunmuş onlayn tədbirində qeyd olunub.

Çay – sahədən fincana qədər...

 “Çay kolları bir əsr və daha çox müddət boyunca yaşayır və xüsusi qayğı ilə təkrar istehsala qaytarıla bilər, məhz hal-hazırda Gürcüstan və Azərbaycanda tətbiq olunduğu kimi” deyə Con Snell bildirib.
“Hər iki ölkədə yeni çay plantasiyaları qurularaq əsrarəngiz  çay yarpaqları istehsal edilməyə başlandı və bütün bunlar bizi 1900-cu ildə baş tutan Paris Ekspo sərgisinə Lao Jin Jao adlı gürcü çayının qızıl medal qazandığı bir zamana geri apardı“- deyə o əlavə edib.

Con Snell - çay üzrə mütəxəssis, tədbir boyu onlayn dequstasiyaya rəhbərlik edərək bir çay fincanında nələrə diqqət etdiyini izah etdib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edərək, potensial investorları mövcud imkanlar və risklər barədə məlumatlandırmaq üçün Gürcüstan və Azərbaycanda mövcud olan çay sektoru barədə tədqiqat aparıb. 

Tədqiqat istehlak, istehsal və ticarət istiqamətləri də daxil olmaqla bu sektora dair hərtərəfli məlumat verir. Bundan əlavə təqdiqatda iqlim dəyişikliyini nəzərə alınaraq bu sahənin qaydaları və ekoloji dayanıqlılığı araşdırılır, həmçinin, çay yetişdirmə və istehsal prosesində potensial gəlir və imkanları da müəyyənləşdirilir.

Tezliklə yekunlaşacaq tədqiqatda, hər iki ölkə üzrə çay sənayesini inkişaf etdirmək, o cümlədən təsərrüfat sahələrində və fabriklərdə fəaliyyətlərin təkmilləşdirilərək çayın keyfiyyətini yüksəltmək üçün bir sıra tövsiyyələr yer alıb.

İnkişaf perspektivləri

Snellə görə, hər iki ölkədə çay toxumlarının ehtiyatı yetərincədir və bununla ölkələr kifayət qədər keyfiyyətli çay istehsal edə bilər. Altı aylıq yetişmə müddəti boyunca, çay yarpaqları dolğunlaşmağa doğru gedir və Hindistanda Darjeeling əyalətinə xas olan məşhur  birinci və ikinci çay yarpaqlarına oxşayan məhsul ilə təmin edir.
Çay məhsullarının uzun müddət aşağı rütubətli yerdə saxlanılması, zərərvericilərin qarşısını alır və beləliklə çay becərənlərə pestisidlərdən narahat olmamağa və daha asan təbii çay istehsal etməyə şərait yaradır.

Zəngin və bənzərsiz irsi və daima inkişaf edən coğrafi təcrübəsi olan Gürcüstan xüsusilə ixrac bazarı üçün təbii və müxtəlif növ çay növləri üzərində çalışa bilər.
2008-ci ildən çay istehlakının 50 faiz artması azərbaycanlıların çay içməyi sevən bir millət olduğunu təsdiq edir. İctimaiyyətə Azərbaycan çayının xüsusiliyinə dair məlumat vermək daxili tələbatın ödənilməsinə kömək edə bilər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının investisiyalar üzrə direktoru Mohamed Manssouri bildirdi ki araşdırmalara əsasən dayanıqlı və inklüziv inkişaf üçün kənd təsərrüfatı sahəsinə düzgün sərmayelər qoyulmalıdır.

“Çayın keyfiyyətinin yüksəldilməsi eyni zamanda istehsal xərclərinin azaldılması Gürcü və Azərbaycan çaylarının yerli və xarici bazarlarda  rəqabətliliyinin artmasına səbəb ola bilər. Bunlar kiçik çay təsərrüfatı və müəssisələrinə daha çox gəlirli bazarlara çıxmaq imkanı yaradacaq” - o vurğulayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankında Aqrobiznes bölməsinin direktoru Natalya Jukova hər iki ölkənin - Azərbaycan və Gürcüstanın - Avropa Birliyi və keçmiş Sovet İttifaqı ölkələri kimi böyük çay bazarlarına çıxışının üstünlüyünü qeyd edib: 

"Beynəlxalq çay bazarları uzun və ya ağ çay yarpağı kimi fərqli keyfiyyətli çay məhsullarına maraq nümayiş etdirməklə inkişaf etməyə davam edir. Keyfiyyət və səmərəliliyi artırmaqla bütün təchizat zəncirini şaxələndirərək Gürcüstan və Azərbaycan çay məhsullarını dünyaya təqdim edə bilər və biz bunun inkişafı üçün dəstək göstərməyə hazırıq.”
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
04/06/2020 [22:48]:
Avropa Gimnastikası qitə çempionatını Bakıya həvalə edib
04/06/2020 [21:42]:
Ermənistanda pasiyentlərin vəziyyəti ağırdır
04/06/2020 [20:34]:
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04/06/2020 [19:39]:
Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır
04/06/2020 [19:20]:
Latviya Səfiri parlamentdə olub
04/06/2020 [18:49]:
ƏSA Teatrından yeni tamaşa - “Balaca Şahzadə”
04/06/2020 [17:48]:
“Sabah” paraqvaylı hücumçu ilə müqavilə bağlayıb
04/06/2020 [17:22]:
Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB
04/06/2020 [17:20]:
Ramin Bayramlı: "Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər"
04/06/2020 [17:15]:
Operativ Qərargah: "Vətəndaşlar lazımi ehtiyaclarını indidən təmin etsinlər"
04/06/2020 [17:12]:
TƏBİB sədri: "Həftəsonları qadağanın tətbiqi yetərli deyil"
04/06/2020 [17:10]:
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq
04/06/2020 [17:05]:
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
04/06/2020 [16:42]:
"Lukoil" "OPEC+" razılaşması çərçivəsində neft hasilatını azaldıb
04/06/2020 [15:28]:
Dondurma deyə yediyimiz kimyəvi maddələr: Təhlükə sezonu başladı
04/06/2020 [14:33]:
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
04/06/2020 [14:06]:
Operativ Qərargah: Xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb
04/06/2020 [14:01]:
Əli Əsədov əhaliyə müraciət edib
04/06/2020 [13:57]:
Bu il Meksikadan Azərbaycana ixracın həcmi 225.49 faiz artıb
04/06/2020 [13:48]:
UEFA “Trabzonspor”u Avropa yarışlarından kənarlaşdırıb
04/06/2020 [13:16]:
“Yuğ” teatrı iyun repertuarını açıqlayıb
04/06/2020 [12:45]:
Polşada prezident seçkilərinin vaxtı müəyyənləşib
04/06/2020 [12:14]:
Konqoda Ebola epidemiyası başlanıb
04/06/2020 [11:43]:
Azərbaycanda tibbi maskalar üçün xammal istehsalına başlanıb
04/06/2020 [11:12]:
KİV: "OPEC+" çərçivəsində mövcud kvotanın saxlanılmasına dair razılıq əldə edilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
“Təklif. Elçilik” tamaşası onlayn göstərilib
"Real" yay transferlərindən məhrum ola bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin