İran İslam Respublikasının (İİR) Azərbaycandakı səfiri Cavad Cahangirzadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və dövlətinə təbriki ünvanlayıb.
Təbrikdə bildirilir ki, Ramazan bayramı dünya müsəlmanları arasında vəhdətin, həmrəyliyin təcəllisi və ictimai bağların möhkəmlənməsidir. Bu böyük bayram günündə İran xalqı Azərbaycan Respublikasının müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir.
C.Cahangirzadə sonda iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edir ki, yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü - “Qarabağın və Qüdsün azad olunması bayramları”nı birlikdə qeyd ediləcək.