BMT dezinformasiyaya qarşı qlobal təşəbbüsə başlayır

22/05/2020 [13:10] - Cəmiyyət (201)



Birləşmiş Millətlər Təşkilatı COVID-19-la əlaqədar artmaqda olan dezinformasiyaya qarşı mübarizə aparmaq üçün etibarlı, dəqiq məlumatların həcmini çoxaltmaqla ‘Verifed’ (Yoxlanmış) adlı qlobal kampaniyaya başlayıb.

İstiqlal.az xəbər verir ki, təşəbbüsü təqdim edən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, virtual məkanları yalan, qorxu və nifrət dolu məlumatları nəql edənlərə təslim etmək olmaz: " Dezinformasiya onlayn məkanda, ünsiyyət proqramları və insanların bir-birinə ötürməsi nəticəsində geniş yayılmaqdadır. Bu kimi məlumatların müəllifləri, cəlbedici məhsullardan və yayma metodlarından istifadə edirlər. Buna qarşı mübarizə aparmaq üçün alimlər və Birləşmiş Millətlər Təşkilatı kimi təsisatlar insanları etibarlı və dəqiq məlumatlarla təmin etməlidirlər".

BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin idarə etdiyi “Verified” təşəbbüsü üç mövzu ətrafında məlumat verəcək: həyatları xilas etmək üçün - elm; yerli və qlobal əməkdaşlığı təşviq etmək üçün – həmrəylik; və təsirə məruz qalmış əhaliyə dəstək olmaq üçün – həllər. Təşəbbüs həmçinin iqlim böhranının həllinə, eləcədə yoxsulluq, bərabərsizlik və aclığın səbəblərini aradan qaldırmağa yönələn bərpa proqramlarını da təşviq edəcək.
Təşəbbüs, dünyadakı insanları, onların ailələri və icmalarını düzgün informasiya ilə təmin etmək üçün əsaslandırılmış məzmun paylaşmaq istiqamətində "informasiya könüllüləri" olmağa çağırır. Rəqəmsal məkanda öncül rol oynayan könüllülərə hər gün səhv məlumatı birbaşa təkzib edən ya da informasiya boşluğunu dolduran və sosial media üçün uyğunlaşdırılmış, habelə məzmun baxımından yoxlanılmış xəbərlər göndəriləcək.

Qlobal Kommunikasiyalar Departamenti COVID-19-la əlaqəli nifrət və zərərli ifadələrin kökünü kəsmək üçün sosial media platformaları ilə işləyəcək, eləcə də etibarlı məzmunu yaymaq üçün BMT agentlikləri, BMT-nin ölkə üzrə idarə heyətləri, ictimai rəyə təsir gücünə malik insanlar, vətəndaş cəmiyyəti, biznes və media təşkilatları ilə tərəfdaşlıq edəcək.
Qlobal Kommunikasiyalar üzrə Baş katibin müavini Melissa Fleminq deyib ki, bir çox ölkələrdə rəqəmsal kanallar üzərindən yayılan yanlış məlumatlar ictimai səhiyyə tədbirlərinə mane olur və iğtişaşların ehtimalını artırır: "Böhrandan nativizm (şovinizm) meyllərini artırmaq və ya azlıq qruplarını hədəfləmək üçün istifadə etmək cəhdlərinə dair daxil olan məlumatlar narahatlıq doğurur. Belə hallar cəmiyyətlərdəki gərginlik böyüdükcə
və iqtisadi və sosial çətinliklər artdıqca daha da dərinləşə bilər. Verified təşəbbüsü, eyni zamanda, yerli səviyyədə humanizm yanaşmalarını, qaçqın və miqrantların töhfələrini nəzərə alan və qlobal əməkdaşlığa xidmət edən ümid yaradan məzmundan istifadə edərək sözügedən meylləri həll etmək üçün çalışacaq". 

Təşəbbüs dünyanın aparıcı sosial səfərbərlik təşkilatlarından biri olan Purpose ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Təşəbbüsü IKEA Fondu və Luminate də dəstəkləyir.

IKEA Fondunun proqramlar üzrə baş nümayəndəsi Patrisia Atkinson bildirib: “COVID-19 pandemiyası ictimai səhiyyə sahəsində misli görünməmiş qlobal böhrandır. IKEA Fondu hər bir şəxsin ailəsini və yaxınlarını etibarlı qoruması üçün tələb olunan tutarlı elmi dəlil və məsləhətlərə çıxışı təmin etmək məqsədi daşıyan Verified təşəbbüsünü dəstəkləməkdən qürür duyur.”

Luminate şirkətinin İdarəedici direktoru Nişant Lalvani bunları söyləyib: "COVID-19 dəqiq, etibarlı məlumatlara çıxış imkanının qorxu və dözümlülük, parçalanma və birlik, hətta həyat və ölüm arasındakı fərqi əks etdirdiyini xatırladır. Dünya əhalisini və icmaları qorumaq üçün etibarlı, elmə əsaslanan məlumatları sürətlə yayaraq koronavirus 'infodemiyası' ilə mübarizə işinə töhfə verən Verified təşəbbüsünü dəstəkləmək bizim üçün şərəfli vəzifədir.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
11/07/2020 [20:32]:
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
11/07/2020 [18:42]:
NASA və Yaponiya Ayı birgə tədqiq edəcək
11/07/2020 [17:57]:
ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır
11/07/2020 [16:41]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:40]:
IEA ABŞ-da neft hasilatının artacağını proqnozlaşdırır
11/07/2020 [16:28]:
İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib
11/07/2020 [15:49]:
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
11/07/2020 [15:33]:
Yaş corab geyinməyin faydaları - VİDEO
11/07/2020 [15:02]:
Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib
11/07/2020 [15:01]:
Prezident bu icra başçısını işdən çıxardı - Sərəncam
11/07/2020 [14:51]:
10 minə yaxın məhkum azad ediləcək
11/07/2020 [13:30]:
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
11/07/2020 [12:46]:
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə salıb
11/07/2020 [12:14]:
Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?
11/07/2020 [11:44]:
Liviya limanlarla neft ixracını bərpa edir
11/07/2020 [11:14]:
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir
11/07/2020 [10:47]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
11/07/2020 [10:19]:
“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər...”
11/07/2020 [10:00]:
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10/07/2020 [23:57]:
"Keşlə" anqolalı hücumçusu ilə müqaviləni yeniləyib
10/07/2020 [22:39]:
TAP kəmərinin İtaliya hissəsinə qazın vurulmasına avqustda başlanacaq
10/07/2020 [21:47]:
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
10/07/2020 [21:38]:
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin