Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir

22/05/2020 [10:31] - Gündəm (1434)



Dünyada koronavirus pandemiyasına qarşı vaksin tapılmadığı üçün hələ də yoluxma və ölüm halları artmaqda davam edir. Ötən həftələrdə koronavirusa ən çox yoluxmanın ABŞ, İspaniya, İtaliya, İngiltərə və Fransa kimi ölkələrdə olduğu açıqlanırdı. Lakin hazırda durum fərqlidir. Yenə də dünyada koronavirusa yoluxma sayına görə siyahının başında ABŞ gəlir. 

Lakin ABŞ-dan sonra gələn ölkə İspaniya deyil, artıq Rusiyadır. Rusiyadan sonra isə Braziliya yer alıb. Son sutka ərzində Braziliyada yoluxma sayı ABŞ-dan çox da fərqlənməyib. Belə ki, mayın 20-də ABŞ-da 22 min 140 nəfər, Braziliyada isə 21 min 472 nəfər koronavirusa yoluxub. Ümumilikdə hazırda virusun dalğası Cənubi Amerikada dalğalanır…

Musavat.com xarici mətbuata istinadən Cənubi Amerikada yoluxmaya görə ilk 5 ölkənin statistikasını təqdim edir.

Cənubi Amerikada siyahının başında Braziliya yer alıb. Bu ölkədə yuxarıda da qeyd etdiyimiz kimi, yoluxma sürətlə artmaqda davam edir. Son saatlarda 21 min 472 nəfər yoluxub, 911 nəfər isə bu virusdan ölüb. Braziliya dünya üzrə yoluxmaya görə tərtib edilən cədvəldə sürətlə irəliləyir və bu cür davam edərsə, yaxın saatlarda Rusiyanı da yoluxma sayına görə geridə qoyub, ABŞ-dan sonra ikinci yerə yüksələ bilər. Ümumilikdə Braziliyada 293 min 357 nəfər koronavirusa yoluxub, 18 min 894 nəfər isə ölüb. 

Cənubi Amerikada ikinci yerdə Peru gəlir. Peruda dünən 4 min 537 nəfər yoluxub, 110 nəfər isə dünyasını dəyişib. Ümumilikdə Peruda bu zamana qədər 104 min 20 nəfər koronavirusa yoluxan, 3 min 24 nəfər isə bu virusdan ölən var. 

Üçüncü sırada yer alan Çilidə son saatlarda 4 min 38 nəfər yoluxub, 35 nəfər ölüb. Dördüncü olan Ekvadorda isə son saatlarda 703 nəfər yoluxub, 49 nəfər ölüb. Beşinci sırada yer alan Kolumbiyada 752 nəfər yoluxub, 17 nəfər dünyasını dəyişib.

Dünyada hazırda 5 milyon 113 min 706 nəfər koronavirusa yoluxan, 330 min 361 nəfər bu virusdan dünyasını dəyişən var. Son məlumata görə, dünyada 2 milyon 39 min 698 nəfər koronavirusdan müalicə alaraq sağalıb. Hazırda müalicə alanlar isə 2 milyon 743 min 647 nəfərdir ki, onlardan da 45 min 694 nəfərinin vəziyyəti ağırdır.


Musavat.com
Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
Azərbaycanda pensiyalar artacaq
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib
Oqtay Şirəliyev vaksinasiyadan sonra danışdı
Xəbər lenti
18/01/2021 [17:58]:
Şəhidlərin yeni siyahısı açıqlanıb - 2 855 nəfər dəfn edilib, 50 nəfər itkindir
18/01/2021 [17:02]:
Azərbaycanda pensiyalar artacaq
18/01/2021 [16:22]:
"Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var" - İlham Əliyev
18/01/2021 [15:23]:
“UEFA-nın qərarı əsl dəlilikdir” – Berti Foqt
18/01/2021 [14:36]:
"Qarabağın status məsələsi üçtərəfli bəyanata şüurlu şəkildə salınmayıb" - Lavrov
18/01/2021 [13:45]:
Dünyada vaksinasiya genişlənir - Yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib
18/01/2021 [12:59]:
Neft bazarında canlanma ehtimalı
18/01/2021 [12:04]:
Qarabağda Mədəniyyət Muzeyi yaradılacaq
18/01/2021 [11:13]:
Oqtay Şirəliyev vaksinasiyadan sonra danışdı
18/01/2021 [10:37]:
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
18/01/2021 [09:34]:
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib
17/01/2021 [23:46]:
Budapeştdə Azərbaycan qazı ilə bağlı bəyanat verdilər
17/01/2021 [21:34]:
Azərbaycanlı rejissor vəfat edib
17/01/2021 [20:13]:
Murovdağın məşhur Ömər aşırımında yenidən azan səsləndirilir
17/01/2021 [18:52]:
Rusiyada mədən çöküb - ölən var
17/01/2021 [17:02]:
Azərbaycanda son sutkada 322 nəfər yoluxub- 11 nəfər vəfat edib
17/01/2021 [16:51]:
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
17/01/2021 [15:26]:
Təhsil nazirinin iştirakı ilə brifinq təşkil ediləcək
17/01/2021 [15:17]:
Dünyanın ən geniş vaksinasiya proqramına bu ölkədə başladı
17/01/2021 [14:44]:
TÜRKSOY-un və Türk Şurasının nümayəndə heyəti Ağdama səfər edib
17/01/2021 [13:51]:
Azərbaycan millisinin məşqçisi Rusiya klubunda
17/01/2021 [12:37]:
Anar Eyvazov: MN-də yaradılmış komissiyanrın “veteran adı” vermək səlahiyyəti yoxdur...
17/01/2021 [11:27]:
Dələduzlar kart məlumatlarını necə ələ keçirirlər? - təfsilat
17/01/2021 [10:34]:
Dünyada koronavirus qurbanlarının sayı 2 milyonu ötdü
17/01/2021 [09:48]:
Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyət haqda
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Şamaxıda zəlzələ oldu
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Vətən müharibəsində 2841 nəfər şəhid olub, 64 nəfər itkin düşüb - yenilənib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin