Beş il Azərbaycanda

21/05/2020 [17:53] - Cəmiyyət (397)



Mayın 21-də Meksikanın Azərbaycandakı ilk Fövqəladə və Səlahiyyətli Səfirinin Bakı şəhərinə gəlməsinin növbəti ili tamam olur. 

İstiqlal.az xəbər verir ki, 1 oktyabr 2014-cü il tarixində Bakıda açılan Meksika Səfirliyi son beş il ərzində ikitərəfli münasibətlərin gücləndirilməsi, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı və, xüsusilə, hər iki xalq arasında tanıtıma həvəslə təkan verib.

Nəticədə, iqtisadi və ticari sahələrdən təhsil, mədəniyyət və turizm kimi müxtəlif sahələrədək əməkdaşlıq uğurlarının beşilliyini qeyd edə bilərik. Göstərilmiş səylər coğrafi məsafə və dil fərqliliyi kimi maneələri dəf edərək, Meksika və Azərbaycan xalqları arasında yaxınlaşmaya imkan yaradıb.
Ticarət sahəsində nümunəvi artım əldə olundu. Ticari missiyalar, təşviqat tədbirləri, səfərlər, meksikalı və azərbaycanlı ixracatçılar və idxalçılar üçün görüşlərin təşkilinə təkan verilmişdir. Bu, son illər ərzində qeydə alınan mühüm ikitərəfli ticarət artımında əks olunub. 23 il (1992-2014) ərzində ikitərəfli ticarətin orta illik göstəricisi 2.3 milyon dollar olduğu təqdirdə, son beş il ərzində bu göstərici 28.2 (2015-2019) milyon dollara yüksəlib. Bununla belə, 2019-cu ildə ikitərəfli ticarətdə rekord göstərici – 52.4 milyon dollar qeydə alınıb. Bu dinamikanın saxlanıldığı təqdirdə 2020-ci ildə ticarətin 80 milyon dollardan çox ola biləcəyi təxmin olunur. Bu isə o deməkdir ki, tarix boyu Meksika ilə Azərbaycan arasında baş tutmuş ümumi ticarət mübadiləsinin 72 faiz son beş ilə aiddir.

Turizm sahəsinə gəldikdə, 2014-2019-cu illər ərzində Azərbaycana səfər edən meksikalıların sayı 141.14 faiz artıb, və daha çox azərbaycanlılar Meksikaya səyahət edib.

Son illər ərzində, həmçinin, ikitərəfli hüquqi baza da möhkəmlənib. 22 fevral 2020-ci il tarixində qüvvəyə minən Meksika və Azərbaycan Hökümətləri arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş 2017-ci ildə imzalanıb. Eyni zamanda, 2019-cu ilin dekabr ayında Meksika ilə Azərbaycan arasında akademik-diplomatik əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Əlavə sazişlər üzrə danışıqlar isə başa çatmaq üzrədir.

Bu beş il ərzində rəqs, musiqi, təsviri incəsənət, milli mətbəx, kino və ədəbiyyat kimi sahələri əhatə edən müxtəlif mədəni tədbirlər həyata keçirilmişdir. Əsasən növbəti iki beynəlxalq sərgi qeyd olunur: 1) Görkəmli meksikalı həykəltəraş Xorxe Marinin “Varlığın canlanması” sərgisi – bir ilə qədər Heydər Əliyev Mərkəzində nümayiş olunaraq, ziyarətçi sayı ilə rekorda imza atmışdır. Bununla belə, sərgilənmiş əsərlərdən bəziləri daimi kolleksiya üçün əldə edilib; 2) Bakı şəhərinin Gənclik metrostansiyasının qalereyasında hal-hazırda nümayişi davam etdirilən “Dieqo və Frida. Yolun yarısında bir təbəssüm” adlı sərgi. Musiqi dünya şöhrətli meksikalı müsiqiçilər tərəfindən təqdim olunub. Onların arasında zərb alətləri ifaçıları Xavyer Nandayapa və Mirna Yam, skripkaçı Eduardo Bortollotti yer alır. Klassik əsərlər pianoçu Arxentina Duran tərəfindən Beynəlxalq Muğam Mərkəzində məharətlə ifa olunmuşdur. 2019-cu ildə yazıçı David Toskananın səfəri ilə Meksika ədəbiyyatını Bakıya səyahəti başlayıb.

Yalnız Meksika mədəniyyəti deyil, eyni zamana Latın Amerikası mədəniyyəti və ölkəmizin tərkibində olan rəsmi və qeyri-rəsmi qrupların mədəniyyətini tanıtmaq üçün Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq etməkdən Səfirlik şərəf duyub. Azərbaycan Dillər Universitetinin rəhbərliyinin səmimi dəvəti əsasında və adıçəkilən təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində ikitərəfli Əməkdaşlıq Sazişi çərçivəsində hazırda Səfirlik ADU-nun Tərcümə fakultəsində Latın Amerikası Mədəniyyəti və Sivilizasiyası fənni üzrə tədris kursunu aparır. Həmçinin, İndoneziya, Koreya və Türkiyə səfirlərinin iştirakı ilə ADA Universitetində keçirilmiş ilk MİKTA konfransı da yer alır.
Digər tərəfdən, Səfirliyin tədbirləri yalnız Bakı şəhəri ilə məhdudlaşmamış, mədəni və milli mətbəx nümunələri həmçinin Azərbaycanın bölgələrinə də aparılmışdır. Onların arasında Gəncə, Qəbələ, Mingəçevir, Şamaxı, Sumqayıt və Xaçmaz şəhərləri var.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin