Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi

21/05/2020 [17:32] - Gündəm (446)



Pandemiyadan zərər çəkmiş sahələrə dövlət büdcəsindən 533 milyon manatdan çox maliyyə dəstəyi göstərilib. Bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq nəzərdə tutulmuş sahələr üzrə dövlət büdcəsindən maliyyə vəsaitlərinin ayrılması davam etdirilir.

19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 mln. 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub.

Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir. O cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 mln. 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 mln. 637 min manat vəsaitin ayrılması icra olunub. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 mln. manat ödənilib.
Ümumilikdə, qeyd edilən istiqamətlər üzrə İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında 159 mln. 757 min manat həcmində vəsait ödənilib.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 mln. manat vəsaitin köçürülməsi başa çatdırılıb, həmçinin işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 mln. manat vəsait ayrılıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu məqsədlər üçün nəzərdə tutulmuş büdcə xərclərinin 244 mln. manatlıq hissəsi Maliyyə Nazirliyi tərəfindən tam təmin edilib.

Tədbirlər Planında nəzərdə tutulduğu kimi, iqtisadiyyatın həyati vacib sərnişindaşıma sahəsinə də maliyyə dəstəyi göstərilir. Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması və hava yolları şirkətlərinin gəlirlərinin böyük ölçüdə azalması ilə əlaqədar dünyanın istisnasız olaraq bütün aviaşirkətləri kimi “Azərbaycan Hava Yolları”da böyük zərərlə qarşılaşıb. Artıq bir sıra aviaşirkətlər müflis elan edilib, əksəryəti isə dövlətləri tərəfindən dəstəklənirlər. Dövlət dəstəyi tədbirləri çərçivəsində respublikamızın ən iri aviaşirkəti olan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 86 mln. 900 min vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əməkhaqqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan kreditor borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənilməsinə yönəldilib.

Sərnişindaşıma sahələrdən biri olan “Bakı Metropoliteni” QSC-yə isə dövlət büdcəsindən 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib və ictimai nəqliyyatın ən mühüm sahəsi olan metroya dəstək tədbirləri davam etdiriləcəkdir.

Eyni zamanda Tədbirlər Planında nəzərdə tutulduğu kimi, İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 mln. manat vəsait köçürülüb.
Tədbirlər Planında nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinin xətti ilə Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 323 sahibkarlıq subyektində çalışan 4134 muzdlu işçinin əmək haqqının ödənilməsi üçün 1 mln. 603 min manat, 6282 fərdi (mikro) sahibkara isə maliyyə yardımının edilməsi üçün 2 mln. 298 min manat maliyyə dəstəyinin göstərilməsi təmin edilir. Həmçinin, dövlət büdcəsindən işsiz kimi qeydiyyata alınan şəxslərə dövlət dəstəyinin göstərilməsi məqsədilə 3 mln. 610 min manat, Naxçıvan Beynəlxalq Hava Limanının əmək haqqı və digər əməliyyat xərclərinin qarşılanması, habelə şəhərlərarası və şəhərdaxili nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə maliyyə yardımının göstərilməsi üçün 1 mln. 242 min manat Muxtar Respublikanın Nazirlər Kabinetinə köçürülüb.

Pandemiyadan zərər çəkmiş bütün sahələrdə maliyyə dəstəyi və güzəştlər üzrə maliyyələşmə işləri Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Daha 9 kənd işğaldan azad edilib
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
Ceyhun Bayramov Cenevrəyə gedib
Xəbər lenti
30/10/2020 [16:24]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:22]:
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
30/10/2020 [15:34]:
Baş prokuror “Human Rights Watch”a cavab verib
30/10/2020 [15:15]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
30/10/2020 [15:01]:
Daha 9 kənd işğaldan azad edilib
30/10/2020 [14:13]:
İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
30/10/2020 [13:03]:
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
30/10/2020 [12:16]:
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:36]:
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
30/10/2020 [10:42]:
Ceyhun Bayramov Cenevrəyə gedib
30/10/2020 [09:54]:
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”
29/10/2020 [23:16]:
Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
29/10/2020 [22:31]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [22:29]:
Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
29/10/2020 [21:56]:
Bakı polisi nəzarət tədbirlərini gücləndirdi
29/10/2020 [21:04]:
İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır
29/10/2020 [20:29]:
İzmirin küçələri bayrağımızla bəzədildi: “Azərbaycan, yanındayıq!”
29/10/2020 [19:48]:
Səfirlik: Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər müəyyən olunub
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin