Prezident yeni icra başçıları təyin edib

21/05/2020 [13:40] - Siyasət (257)



Prezident yeni icra başçıları təyin edib.

İstiqlal.az xəbər verir ki, sərəncama əsasən, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, S. Orucov YAP Gənclər Birliyinin sədridir.

1984- cü il təvəllüdlü S. Orucov Naxçıvan Muxtar Respublikasında anadan olub.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, daha sonra elə həmin universitetdə magistratura oxuyub.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 

O, 2010-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Qeyd edək ki, S. Orucov sabiq deputat və rektor Şəmsəddin Hacıyevin kürəkənidir.

Dövlət başçısının digər sərəncamına əsasən, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Bu gün təyinat alan 1967-ci il təvəllüdlü Rzayev Elçin Adil oğlu 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib. 

Ondan əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib. 

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb. 

Xatırladaq ki, İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev bu ayın əvvəlində vəzifəsindən azad edilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Evindən və iş yerindən milyonlarla məbləğdə nağd pul vəsaitləri aşkarlanıb. Haqqında Səbail rayon məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.


İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
05/06/2020 [22:41]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
05/06/2020 [21:28]:
“Bentley” ixtisarlara başlayır
05/06/2020 [20:43]:
Azor adaları 2020-ci ildə Avropada ən təhlükəsiz yerlərdən biri sayılır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
“Təklif. Elçilik” tamaşası onlayn göstərilib
"Real" yay transferlərindən məhrum ola bilər
Futbolçunun evindən külli miqdarda oğurluq edildi
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin