"Heç bir təzyiqdən qorxmadan torpaqlarımızı azad etməliyik..."

21/05/2020 [07:42] - Siyasət (293)



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:

- Qüdrət bəy, MM-in sonuncu iclasında Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin keçirdiyi təlimlərdən  video fraqmentlərin görüntülərinin yayımlanmasının zəruriliyi barədə danışmışdınız. Bu barədə ictimaiyyətə bir az geniş məlumat verə bilərsinizmi?

- Təlimlərdən video görüntülərin yayımlanması ordunun xalq qaşısında hesabatlılığı deməkdir. Həm xalqımız həm düşmənlər görməlidir ki, hərbi qulluqçularımızın hazırlıq səviyyəsi necədir. Yoxsa texnikanın, dronların, təyyarələrin, artileriyya qurğularının nümayişi ordunun tam gücünü ehtiva etmir. Həmin müasir silahlardan hansı bacarıqla istifadə olunması çox önəmlidir. Ona görə də təlimlər real döyüş vəziyyətinə yaxın şəraitdə keçirilməlidir. Hərbçilərin qulaqları  partlayış səslərinə öyrənməli, hədəflərin dəqiqliklə vurulması təlimlər zamanı yoxlanılmalıdır. Bizə göstərilən kadrlardan ordunun döyüşə hazırlıq səviyyəsini müəyyən etmək mümkün deyil. Nazir durub, texnika qarajdan çıxır, yaxud sıra ilə düzlənib hərəkət edir, təyyarələr, dronlar uçur. Bu heç nə demir özlüyündə. Sovet dövründə televiziyada hər bazar günü Sovet Ordusunun təlimləri haqqında video reportajlar göstərilirdi. Mən uşaq ikən həmin təlimlərə baxıb qürur hissi keçirirdim. Bizim ordunun rəhbərliyi o köhnə kadrlara baxsa yaxşı olar.

- Qüdrət bəy, Qarabağımızın tacı olan Şuşada ermənilər qondarma rejimin başçısına tac qoyma mərasimi keçirmək istəyirlər. Bəzi ictimai-siyasi fəallar bunun qarşısını almağı tələb edirlər. Bu nə dərəcədə realdır?

- Şuşanın bombalanması müharibənin başlanması deməkdir. Buna qədər isə müəyyən işlər görülməlidir. Mən deyəndə ki, xalqımız hazırda müharibə istəmir, bəziləri dərhal deyir ki, xalqı müharibəyə hazırlamaq iqtidarın işidir. Mən isə deyirəm ki, bu bütün ictimai-siyasi qüvvələrin işidir. Radikallar öz təbliğat imkanlarını iqtidarı və onlar kimi düşünməyən digər siyasi qüvvələri gözdən salmağa yox, xalqı müharibəyə hazırlamaq istiqamətində səfərbər etsəydi, digər siyasi qüvvələri də  məsədyönlü şəkildə daxili mübarizəyə  cəlb etməsəydi indi müharibə ilə bağlı ictimai fikir tam başqa idi. İqtidar isə istəməsə belə xalqın iradəsi ilə hesablaşmalı olardı. Amma 5-ci kalon dediyimiz radikallar bilirlər ki, onlar müharibə deyən kimi xarici dəstəkdən məhrum olacaqlar. Ona görə Əli Kərimli Brüsselə son səfəri zamanı avropalılara deyirdi ki, indiki iqtidar sülh üçün təhlükədir.

- Müharibəyə başlayana qədər müəyyən işlər görülməlidir  deyəndə nələri nəzərdə tutursunuz?

- Əvvəla xalqı inandırmalıyıq ki, sülh yolu ilə Qarabağı azad etmək mümkün deyil. Bundan başqa Rusiya ilə danışıb onu problemin həllinə razı salmağa çalışmalıyıq. Qonşu İranla bu istiqamətdə ciddi danışıqlar aparmalıyıq. Tam əsasda peşəkar ordu qurmalıyıq. Təcili olaraq bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatda proteksionizmə son qoyulmalı, ölkədən kapitalın qaçışının qarşısını almaq və xarici investisiya cəlb etmək üçün mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır.

 Xarici siyasətlə əlaqədar Ermənistana və dünya birliyinə sözdə yox, əməldə Qarabağın işğalı ilə barışmayacağımızı nümayiş etdirmək üçün Bakıda milyonluq mitinq təşkil olunmalı, Ermənistanın atəşkəs rejimindın istifadə edib torpaqlarımızı işğal altında saxlayıb məskunlaşdırdığını  əsas götürərək danışıqlar prosesindən çıxmamaq şərtilə atəşkəs haqqında Bişkek protokolundan çıxdığımızı bəyan etməliyik. Onu da bəyan etməliyik ki, əgər bundan sonra da Minsk qrupu Ermənistana təzyiq etməsə həmin qrupdan da imtina edəcəyik. Həqiqətən də bir müddətdən sonra da Minsk qrupundan çıxdığımızı bəyan etməliyik. Heç bir siyasi təzyiqdən, şantajdan  qorxmamalıyıq.Bütün itkiləri göz önünə alıb torpaqlarımızı azad etməliyik.

Qüdrət bəy atəşkəs haqqında razılaşmadan imtina etsək Ermənistan danışıqlardan imtina etməzmi?

Çox az inandırıcıdır.Amma edirlər, qoy onlar danışıqlardan imtina etsinlər.Müharibəyə başlamazdan öncə biz bunları etməliyik ki,dünya birliyi görsün ki,biz son ana qədər çalışdıq ki,sülh yolu ilə ərazi bütövlüyümüzü bərpa edək ,amma alınmadı.Heç kim Ermənistana təzyiq etmədi.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [10:43]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
05/06/2020 [22:41]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin