Avropada İKT mütəxəssislərinə tələbat artır

21/05/2020 [16:21] - İqtisadiyyat (328)



COVID-19 pandemiyası ilə əlaqədar, demək olar ki, bütün Avropada tətbiq edilmiş lokdaun nəticəsində işəgötürənlərin İKT mütəxəssislərinə tələbatı kəskin şəkildə artıb.

Bütün sahələrə aid təşkilatlarda və istehsalatlarda rəqəmsal idarəetmə rejiminə keçidi təmin etməyin nə dərəcədə vacib olması məhz indi aşkar görünür.

AZƏRTAC AFR milli əmək bazarının statistikasına istinadla xəbər verir ki, hələ koronavirus böhranından əvvəl Almaniya iqtisadiyyatında yüz mindən çox İKT mütəxəssisinə ehtiyac vardı, indi isə onlara tələbat bir neçə dəfə artıb.

Buna görə təəccüblü deyil ki, son həftələrdə məhz bu ixsisasa malik olan insanlar üçün yeni vakansiyalar yaranıb. Əgər yaya qədər vəziyyət aydınlaşsa və karantinin yumşaldılması üzrə tədbirlər davam etdirilsə, onda əmək bazarı əvvəlki mövqeyə qayıda bilər. Bu isə, öz növbəsində, informasiya texnologiyaları mütəxəssislərinə və mühəndislərə tələbatın daha da artmasına gətirib çıxaracaq.

Əmək bazarını öyrənən sosioloqlar öz tədqiqatlarının nəticələrini qruplaşdırıblar. Əmək bazarında iş haqqında bütün təkliflərin təhlili nəticəsində məlum olub ki, orta hesabla hər on təklifdən biri məhz İKT ilə bağlıdır. Bu sahədə vakansiyaların üçdə bir hissəsi proqram təminatı istehsalçılarına, proqramçılara və İKT arxitekturası üzrə mütəxəssislərə ünvanlanıb. İnformatik-iqtisadçılar üçün vakansiyaların sayı da artıb: şirkətlərə İKT sahəsində dərin biliklərə malik olmaqla bərabər, iqtisadiyyatdan və istehsal proseslərindən baş çıxaran kadrlar lazımdır. İşəgötürənlər sistem administratorlarını (yəni serverlərin işini izləyən mütəxəssisləri), həmçinin İKT üzrə məsləhətçiləri və məlumat analitiklərini də işə dəvət edirlər.

İşçilər axtarışı barədə elanlarda müşahidə olunan daha bir maraqlı məqam diqqəti cəlb edir ki, işəgötürənlərin çoxu işçilər tərəfindən ərizələr verilməsi müddətlərini uzadıblar. Bu o deməkdir ki, pandemiyaya qədər elan edilmiş vakansiyalarda “təcili tələb olunur” qeyd-şərti olmadığına baxmayaraq, bu vakansiyaların çoxu hələ açıq qalır. İndi artıq işə qəbul təxminən bu ilin yay-payız aylarına planlaşdırılır. Deməli, iş axtarışı öz aktuallığını itirməyib.

Bu məsələnin daha bir xüsusiyyəti ondan ibarətdir ki, işəgötürənlər işçi qəbulunun rəqəmsal formatına keçirlər. Bu o deməkdir ki, indi namizədlər SKAYP vasitəsilə müsahibələrə və müasir texnologiyalar vasitəsilə kommunikasiyalara da hazır olmalıdırlar.

Hər halda, yeni əməkdaşlar axtarışı koronavirusa görə dayanmayıb, bəzi ixtisaslara tələbat isə dəfələrlə artıb. Hərçənd, pandemiyanın ilk həftələrində istehsalatların çox dayandırılmış, satış əlaqələri qırılmış, müəssisələr bağlanmışdı. O vaxt çoxları ehtiyat edirdilər ki, pandemiyanın növbəti qurbanı əmək bazarı olacaq. Lakin Almaniya şirkətləri hətta lokdaun dövründə də yeni əməkdaşlar cəlb edilməsi prosesini dayandırmayıblar.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
19/09/2020 [19:39]:
Külək güclənib, Xəzərdə dalğanın hündürlüyü 2.7 metrə çatıb - FAKTİKİ HAVA
19/09/2020 [18:24]:
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin