Hindistanın Bakıdakı Səfirliyi Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə 2 fərqli müsabiqə elan edir.
İstiqlal.az xəbər verir ki, “Yoga Contest” adlanan birinci müsabiqədə 1 dəqiqəlik yoqa video çarxını çəkib admin.baku@mea.gov.in elektron poçt ünvanına göndərməklə iştirak etmək olar. Müsabiqədə seçilən ən yaxşı 3 video çarx mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün son tarix 18 iyundur.
“Yoga Poster Contest” adlanan ikinci müsabiqədə siz öz yoqa şəklinizi çəkib admin.baku@mea.gov.in elektron poçt ünvanına göndərməklə iştirak edə bilərsiniz. Müsabiqədə seçilən ən yaxşı 3 şəkil mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək üçün son tarix 18 iyundur.