Sahil Mühafizə Xidmətinin vəzifə şəxslərinin həbsi ölkədə başladılmış korrupsiyaya qarşı mübarizə siyasəti çərçıvəsində həyata keçirilib. Bu barədə istiqlal.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Partiya sədri bildirib ki, bu həbs bir daha göstərdi ki, korrupsiyaya qarşı mübarizə real xarakter daşıyır və dövlət həyatının bütün sahələrini əhatə edir. Korrupsiya dövlət fəaliyyətinin bütün sahələrinə ziyan vurur. Ölkənin sərhədlərinin qorunmasına məsul olan qurumlarda korrupsiyanın olması isə birbaşa milli təhlükəsizliyimizə təhdiddir - deyə Əlibəyli bildirib.