Mayın 18-dən karantində bu yumşalmalar olacaq - Rəsmi açıqlama

15/05/2020 [16:00] - Gündəm (2113)



Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.

İstiqlal.az xəbər verir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

• yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

• bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;

• restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.  

Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

• muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;

• 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: 

• yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

• xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; 

• bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; 

• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

• ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

• dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

• toy məclislərinin təşkilinin qadağan olunması;

• bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

• tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

• ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

• əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

• muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

• nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

• ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; 

• Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; 

• tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; 

• idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• massaj və hamam xidmətlərinin göstərilməsi;

Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. 

Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir. 
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [11:16]:
“Toyota” Çində yeni şirkət yaradır
07/06/2020 [10:43]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin