Könüllülər kadr potensialımızı gücləndirməlidir

15/05/2020 [14:10] - Köşə (20678)



Azərbaycan prezidenti İlham Əliyevin qərarıyla 2020-ci il “könüllülər ili” elan olunub. Zamanında verilmiş qərar idi. Son illər gənclər ölkənin idarə olunmasında mühüm rol oynayır, yeni yaradılan strukturlarda fəallıqlarını artırır. Məsələn, dünyada müsbət nümunəyə çevrilən və dövlət başçısının da haqlı olaraq vurğuladığı Azərbaycan brendi kimi ad qazanan ASAN xidməti sırf gənclərdən formalaşan qurumdur. Prezidentin təşəbbüsü və birbaşa iştirakı ilə yaradılan bu qurum könüllülər hərəkatının formalaşmasında da mühüm rol oynayıb. 

Cənab prezidentin və və birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına uyğun olaraq, müxtəlif könüllü təşkilatlar və hərəkatlar tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini gücləndirir. Bu da zərurərdən irəli gələn qərardır. Azərbaycanda müxtəlif könüllülər hərəkatları sürətlə artır və dövlətin gücünə güc qatır. Bu sırada  “ASAN Könüllüləri” Gənclər Təşkilatını, “Regional İnkişaf” İctimai Birliyini, “BİR Tələbə-Könüllü” Proqramını, “Könüllü DOST” Proqramını, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyinı, “Nəqliyyat Könüllüləri” Proqramını, Bakı Şəhər Halqası Könüllülərini, “Miqrasiya Könüllüsü” İctimai Birliyini, “Könüllü gömrükçü” Dəstəsini, “Turizm Könüllüləri” İctimai Birliyini, “Diplomatiya Könüllüləri” Qrupunu, “Ekokönüllüləri” Qrupunu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramını, “SƏLİS Könüllüləri” İctimai Birliyinı, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyini, “AFFA və Avro-2020” Könüllülər Proqramını və “Gənc Könüllülər” Hərəkatı Mərkəzini vurğulamaq olar. Bu təşkilatların işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.  
Dünyanı bürüyən kononarivus epidemiyası dövründə Azərbaycanda yaranan və fəaliyyət göstərən könüllülər təşkilatlarının üzərinə xüsusu vəzifə düşür. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda Mərkəz tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.

Könüllülərin “Böyüklərimizi qoruyaq!” təşəbbüsü də diqqət çəkir. Bu nəcib deviz altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərirlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak edib. 

Bir başqa aksiya olan  “Könüllü Qonşu” təşəbbüsü çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylaşılıb, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilib. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər. 
Könüllülərin qanvermə aksiyalarında iştirakı da təqdirəqaliyqir. Koronavirus epidemiyasının başladığı ilk günlərdə talassemiya və hemifoliya xəstəliklərindən əziyyət çəkənlər üçün daha çətin idi. Çünki, epidemiya ilə əlaqədar olaraq ilk günlər ciddi karantin rejimi tətbiq edilirdi və bu hal istər-istəməz qan verənlərin sayını azaltmışdı. Bu vəziyyətdə Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə talassemiya və hemifoliya xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə dəstək artırıldı, qanvermə aksiyasına qoşulanların sayını artırmaq üçün aksiyalar həyata keçirildi. Qanvermə aksiyası ölkəboyu geniş vüsət aldı. Nəticədə vəziyyət sabitləşdi.  

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi də qan qıtlığından əziyyət çəkən vətəndaşlarımızı unutmadı. Mərkəzin mövcud layihəsi çərçivəsində ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı təşkil olundu. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start verdi. Bu nəcib aksiya çərçivəsində könüllülər Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etdilər. 

Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

Milli Məclis və rəhbəri olduğum Gənclər və İdman Komitəsi Azərbaycanda formalaşan könüllülər hərəkatını fəaliyyətini yüksək qiymətləndiməklə yanaşı bu işə öz töhvəsini verməkdə səylərini əsirgəmir. 

Birincisi, komitəmiz parlamentdə könüllülərlə işin təkmilləşdirilməsi məqsədilə “Parlament könüllüsü” layihəsini hazırlayıb. Bu layihədə könüllülərin seçim qaydalarının və onlarla bağlanacaq müqavilələrin formasının hazırlanması və təsdiqi əksini tapacaq. Bu layihəyə ona görə ehtiyac duyuruq ki, könüllülər hərəkatının qanuverici bazası gücləndirilsin.    

İkincisi, Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” və “Könüllülər fəaliyyəti haqqında” qanuna zəruri dəyişiklikləri müzakirə çıxarmağı planlaşdırırıq. Dövlət başçısı parlamentdəki son çıxışında mövcud qanunların təkmilləşdirilməsi və icrası vacibliyini bildirmişdi. Həqiqətən qanunlarımızın həyata vəsiqə qazanmasını istəyiriksə, onların təkmilləşdirməsi və zərurət yaranarsa yenilərinin qəbulu vacibdir. Qanunlar yerlərdə icra edilməli, öz növbəsində millət vəkilləri onların icrasına nəzarəti artırmalıdırlar. Elə buna görədir ki, prezident millət vəkillərinin seçiciləri ilə əlaqələrinin gücləndirilməsini də istəyir. Çünki, məhz seçiciləri ilə təmasları yoğunlaşdırmalı olan millət vəkilləri qəbul etdikləri qanunların necə yerinə yetirilməsini müəyyənləşdirə bilərlər. Bu baxımdan Milli Məclisin Gənclər və İdman Komitəsi gənclər və könüllülər siyasəti ilə bağlı qanunların yerlərdə icrasına nəzarəti gücləndirəcək.  

Üçüncüsü, təklif edirik ki, millət vəkillərini də könüllü köməkçilər institutu formalaşsın. Həmin köməkçilərin və digər bu təşəbbüsə qoşulanların hazırlanması məqsədilə Könüllülər Akademiyasının formalaşması məqbul olardı. Həmin Akademiyada peşəkar səviyyədə hazırlanan könüllülər sonrakı fəaliyyətlərində dövlətimizin gücləndirilməsində və inkişafında xüsusi rol oynayardılar. Bu şəraitdə yetişdirilən gənclər növbəti mərhələdə dövlətimizin kadr potensialını gücləndirmək iqtidarına olacaqlar. Azərbaycan prezidentinin korrupsiyaya qarşı amansız mübarizə apardığı indiki mərhələdə dövlətinə, vətəninə və millətinə xidmət etmək istəyən gənclərə ehtiyacımız var. 

Adil Əliyev, 
Milli Məclisin sədr müavini

Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Daha 9 kənd işğaldan azad edilib
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
Ceyhun Bayramov Cenevrəyə gedib
Xəbər lenti
30/10/2020 [16:24]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:22]:
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
30/10/2020 [15:34]:
Baş prokuror “Human Rights Watch”a cavab verib
30/10/2020 [15:15]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
30/10/2020 [15:01]:
Daha 9 kənd işğaldan azad edilib
30/10/2020 [14:13]:
İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
30/10/2020 [13:03]:
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
30/10/2020 [12:16]:
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:36]:
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
30/10/2020 [10:42]:
Ceyhun Bayramov Cenevrəyə gedib
30/10/2020 [09:54]:
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”
29/10/2020 [23:16]:
Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
29/10/2020 [22:31]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [22:29]:
Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
29/10/2020 [21:56]:
Bakı polisi nəzarət tədbirlərini gücləndirdi
29/10/2020 [21:04]:
İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır
29/10/2020 [20:29]:
İzmirin küçələri bayrağımızla bəzədildi: “Azərbaycan, yanındayıq!”
29/10/2020 [19:48]:
Səfirlik: Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər müəyyən olunub
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin