Hökumət koronovirusa yoluxmuş insanları cəmiyyətdən təcrid edəcək

14/05/2020 [14:21] - Dünya (444)



Danimarka hökuməti koronovirusa yoluxmuş insanları müəyyən edərək onları cəmiyyətdən təcrid edəcək.

AZƏRTAC Danimarka mediasına istinadən xəbər verir ki, Kopenhagendə keçirilən xüsusi mətbuat konfransında ölkənin Baş naziri Mette Frederiksen səhiyyə orqanlarının koronavirusa yoluxmuş insanları və onlarla əlaqədə olan şəxsləri müəyyən edib təcrid etmək istədiyini elan edib.

"Bir insanın testlərdən keçirildiyi və virusun daşıyıcısı olduğu təstiqləndikdən sonra, müvafiq qurumlar dərhal yoluxan şəxslə təmasda olan insanları axtarmağa başlayacaqlar ki, infeksiya zəncirini tez qırsınlar",- deyə Mette Frederiksen bildirib.

Artıq Danimarka hökuməti yerli bələdiyyələrdən otellərdə, yataqxanalarda və yay düşərgələrində otaqlar icarəyə götürmələrini və virusa yoluxması təsdiq edilən şəxslərin oralarda yerləşdirilməsi haqda müvafiq müraciət edib. Virus daşıyıcılarının bu yerlərə yerləşdirilməsi onların yaşadıqları evlərə qayıdaraq, ailələrini təhlükə altına atmaması və ailə üzvilərinin cəmiyyətdə sərbəst hərəkət etmək haqqından məhrum olunmaması səbəbindən həyata keçiriləcək.

Danimarkanın Səhiyyə naziri Magnus Heunike jurnalistlərə açıqlamasında bildirib ki, insanlar könüllü olaraq karantin rejiminə keçməkdən imtina etdiyi halda, onlara qarşı bəzi tədbirlər də görülə bilər. “İstisna edə bilmərəm ki, hakimiyyətin təlimatlara əməl etməyən və yeni infeksiya zəncirləri qurma riskini yaradan insanlara qarşı güc istifadə olunacaq”.

Qeyd edək ki, hazırda Danimarkanın səhiyyə orqanları gündə 10.000-ə qədər koronavirus testləri keçirir. Ancaq hökumətin vədlərinə əsasən, tezliklə testlərin sayı daha da artırılacaq.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
21/09/2020 [10:00]:
İran ABŞ-ı öhdəliklərinə əməl etməyə çağırıb
21/09/2020 [00:19]:
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
20/09/2020 [23:59]:
Vyanada bal mövsümü ləğv edilib
20/09/2020 [21:24]:
Azərbaycan bu il 68 mln. dollarlıq gübrə idxal edib
20/09/2020 [20:58]:
İkinci dəfə virusa yoluxmaq mümkündürmü?
20/09/2020 [18:43]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [17:24]:
Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır
20/09/2020 [17:12]:
"Bakcell" neftçiləri təbrik etdi
20/09/2020 [17:00]:
İlham Əliyev: "Ölkəmizin uğurlu inkişafında neftçilərin çox boyük rolu vardır"
20/09/2020 [16:52]:
ABŞ Kanada ilə sərhədləri açmağa hazırlaşır
20/09/2020 [15:43]:
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
20/09/2020 [15:25]:
Daha 154 nəfər COVİD-19-dan sağalıb
20/09/2020 [14:40]:
Gəzinti cavan qalmağa kömək edirmi? - Gündə 10 min addım...
20/09/2020 [13:36]:
BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib
20/09/2020 [12:34]:
Azərbaycan tütün məmulatlarının idxalını azaldıb
20/09/2020 [12:10]:
İnsanların yarısında COVID-19-a qarşı anadangəlmə immunitet ola bilər
20/09/2020 [11:41]:
Nazir: "İranda virusdan ölənlərin sayı 45 minə yüksələcək"
20/09/2020 [11:14]:
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
20/09/2020 [10:27]:
Bağlanmış 4 bankın əmanətçilərinə 532 milyon manata yaxın vəsait ödənilib
20/09/2020 [10:00]:
Yenidən koronavirusla bağlı məhdudiyyətlər tətbiq olunacaq
20/09/2020 [09:51]:
"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür
19/09/2020 [23:59]:
Rusiya 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək
19/09/2020 [21:40]:
Hansı bədən temperaturu normal hesab edilməlidir?
19/09/2020 [20:45]:
Tural Gəncəliyev: "Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır"
19/09/2020 [20:39]:
Boris Conson koronavirusun ikinci dalğasının yaxınlaşdığını bildirib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
XİN: Ermənistanın Xarici İşlər nazirinin danışığı cəfəngiyatdan başqa bir şey deyil
Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq
Neymara 7 oyunluq cəza verilə bilər
Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
“Qalatasaray” klubu Bakıya gəlib
DÇ-2022-nin 3 stadionunda Çempionlar Liqasının oyunları keçiriləcək
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Messi "Barselona"nın 3 oyununu buraxa bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin