Koronavirus dünyada işsiz sayını sürətlə artırır

13/05/2020 [17:37] - Gündəm (403)



Ekspert: “Azərbaycanda da bu prosesin baş verməsi qaçılmazdır”
Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhran ABŞ-da işsizlik səviyyəsini kəskin şəkildə artırıb. Hökumətin mart ayından etibarən 5 trilyon dollara yaxın həcmdə dəstək tədbirləri həyata keçirməsinə baxmayaraq, işsizlik müavinəti üçün müraciətlərin sayı hər həftə bir neçə milyon artır. Son açıqlanan rəsmi məlumatlara görə, ölkədə rəsmi işsizlik səviyyəsi 14,7 faizə qalxıb, 20 milyondan yuxarı insan işsiz qalıb. Lakin Ağ Ev rəsmiləri bu rəqəmin 25 faizə çatacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, koronavirus pandemiyasının yaratdığı böhran şəraitində işsizliyin artmasının qarşısını almaq məqsədilə Azərbaycanda da işverənlərə dəstək paketi hazırlanıb həyata keçirilir. Bu paketə əsasən pandemiyanın təsirlərinə məruz qalmış sahələrdə fəaliyyət göstərən müəssisələrin əmək haqqı fondunun 100-50 faizi dövlət tərəfindən ödənilir. Lakin açıqlanan rəqəmlər göstərir ki, pandemiya Azərbaycanda da işsizlərin sayının artmasına gətirib çıxarır. Belə ki, bu ilin mart ayının 1-nə olan rəsmi məlumata görə, Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsizlərin sayı 90 min 779 nəfər olub. İşsiz şəxslərdən cəmi 501 nəfəri işsizlikdən sığorta ödənişi alıb. İşsizliyə görə sığorta ödənişinin orta aylıq məbləği 338,9 manat təşkil edib. Ölkə üzrə ən çox işsiz şəxs Bakı şəhərində olub - 27 min 454 nəfər.

Bu ilin aprel ayının 1-nə olan göstəricilərə görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 10 min nəfər artmaqla 100,8 min nəfər təşkil edib. Maraqlıdır ki, bu artımın mütləq əksəriyyəti regionlarda baş verib. Belə ki, Bakı şəhərində işsizlərin sayı mart ayı ərzində cəmi 508 nəfər artaraq 27 min 962 nəfərə çatıb. Ümumi işsizlərin 36,9 faizini qadınlar təşkil edib. Aprel ayında işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 30 manata yaxın azalmaqla 309 manat təşkil edib.

Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən bu ilin əvvəlindən Azərbaycanda əmək müqavilələrinin sayı 105 min artıb. Bu artımın  94 minə yaxını özəl sektorun payına düşür. Ekspertlərə görə, bu artım hökumətin əmək haqqı fonduna yardım elan etməsindən sonra sahibkarların ondan bəhrələnmək üçün mövcud iş yerlərini rəsmiləşdirmələri nəticəsində baş verib. Yəni əmək müqavilələrinin artımı yeni iş yerlərinin hesabına deyil, mövcud olanların uçota salınması hesabına qeydə alınıb.

Azərbaycanda pandemiyanın pik nöqtəsi..." -

Pərviz Heydərov

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, qlobal böhrana görə işsizlik səviyyəsi yalnız ABŞ-da deyil, bütün dünyada artır: “Hazırda dünya iqtisadiyyatı kəskin böhran içərisindədir. İstehsal sahələrinin dayanması, iqtisadi aktivliyin sıfır həddinə düşməsi dünya iqtisadiyyatının bütün aparıcı ölkələrində işsizliyi kəskin artırır. Məsələn, neftin dünya bazar qiymətlərinin aşağı düşməsi ilə əlaqədar istehsalçı ölkələrdə energetika sektorunda işsizlik daha yüksək sürətlə çoxalır. ABŞ hökuməti bu prosesin qarşısıalınmaz hala gəlməsindən ehtiyatlanaraq koronavirusa görə qadağaların mümkün qədər tez aradan qaldırılmasına, iqtisadi aktivliyin bərpa olunmasına çalışır. Məhdudiyyətlər götürülsə belə, iqtisadi bərpanın ləng gedəcəyi gözlənilir ki, bunun da nəticəsində işsizlik artımı dünyada hələ avqust-sentyabra qədər davam edəcək”.

Azərbaycana gəlincə, ekspert qeyd edir ki, ölkəmizdə real işsizlik səviyyəsi ilə qeydiyyata alınan arasında fərqlər olduğu hər kəsə məlumdur: “190 manat birdəfəlik ödəmə təyinatı mexanizmi acınacaqlı bir vəziyyəti ortaya çıxartdı: məlum oldu ki, Azərbaycanda real işsiz sayı rəsmi qeydə alınandan təsəvvür olunmayacaq qədər çoxdur. Ümumiyyətlə, indi də ölkədə işsiz sayının reallıqda nə qədər olduğunu söyləmək çətindir. Bəziləri 190 manat müavinət verilən 600 min nəfərin hamısının işsiz kimi qəbul olunmasını təklif edirlər. Lakin bu, düzgün yanaşma deyil. Çünki o yardımı alanların içərisində qeyri-rəsmi məşğul olanlar, müxtəlif özünüməşğul şəxslər də var. Yəni bu müavinəti almaq hələ işsiz olmaq demək deyil. Koronavirusla bağlı vəziyyət belə deməyə əsas verir ki, ölkədə işsizlərin sayı 200 min nəfər civarındadır”.

Ekspert hesab edir ki, karantin rejimi nəticəsində bu sayın artması qaçılmazdır: “Əmək haqqına yardım 2 aylıq müddəti əhatə edir. Bu yardım bitəndən sonra postpandemiya dövrünün yaratdığı yeni tələblər şəraitində işsizlərin sayının artması baş verəcək. Çünki iqtisadiyyatın bərpası bir anda baş verəcək proses deyil. Xüsusilə pandemiyadan ən çox zərər çəkmiş sahələrdə bu proses aylarla vaxt tələb edəcək. Bu isə istər-istəməz ixtisarlara səbəb olacaq. Hökumət, əlbəttə, bunu nəzərə alır, proqnozlaşdırma aparılır. Buna görə də ictimai iş yerlərinin sayı artırılır, özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir, həmçinin ünvanlı sosial yardım proqramına cəlb olunanların da sayı artırılır. Yəni hökumət yeni tam iş yerlərinin yaradılması istiqamətində vəziyyətin gərgin olduğunu nəzərə alaraq, digər yollarla iş yerini itirmiş, gəlirlərindən məhrum olmuş şəxslərə dəstək verməyə çalışır. Düşünürəm ki, iqtisadi aktivliyin maksimum sürətlə bərpası üçün fəaliyyətlər gücləndirilməlidir. Çünki Azərbaycanda əhali artımı nəticəsində hər il əmək bazarına 100 minədək yeni işçi qüvvəsi daxil olur. Bu il işsiz qalan şəxsləri də əlavə etsək, ölkə üzrə işsiz sayında kəskin artım baş verəcək”.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
12/07/2020 [20:25]:
Ədəbiyyatımızın Mirzə Fətəli əsri
12/07/2020 [18:58]:
Dünyanın ən varlı qadınlarının reytinqi açıqlandı
12/07/2020 [17:24]:
Lionel Messi daha bir tarixi rekorda imza atıb
12/07/2020 [16:52]:
“Türk Hava Yolları” İstanbul-Bakı aviareyslərinin sayını artırır
12/07/2020 [16:43]:
Koronavirusun üçüncü dalğası da gözlənilir
12/07/2020 [16:37]:
Qazaxda minik və yük avtomobili toqquşub
12/07/2020 [16:27]:
Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
12/07/2020 [15:49]:
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb
12/07/2020 [15:41]:
Meksikada koronavirusa yoluxanların ümumi sayı 295,2 mini ötdü
12/07/2020 [15:38]:
Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”
12/07/2020 [15:28]:
Luminar Bug fotomüsabiqəsi elan olunub
12/07/2020 [14:40]:
Almaz bəzəkli tibbi maskalar satışa çıxarıldı
12/07/2020 [14:04]:
Ronaldinyonun apelyasiya şikayəti təmin olunmayıb
12/07/2020 [13:26]:
Müntəzəm aktivlik koronavirusa yoluxmanın qarşısını alır?
12/07/2020 [12:48]:
"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub
12/07/2020 [12:14]:
Tramp Venesuela və Kuba uğrunda "mübarizə aparacağına" söz verdi
12/07/2020 [11:55]:
Leysan yağışlar selə səbəb olub - Faktiki hava
12/07/2020 [11:43]:
Dünyada koronavirusun ilk vaksinin sınağı başa çatdı
12/07/2020 [11:28]:
Zidanın dövründə 500-cü qol
12/07/2020 [10:42]:
Braziliyada yeni virus təşvişi
12/07/2020 [10:00]:
Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?
12/07/2020 [09:57]:
Aya Sofyanın adı dəyişdirilir? - Rəsmi açıqlama
12/07/2020 [09:38]:
Bir Dünya, Bir Günəş, Bir Şəbəkə
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin