Ədəbiyyat Muzeyində Heydər Əliyevə həsr olunmuş video-konfrans keçirilib

10/05/2020 [12:51] - Mədəniyyət (438)



Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əməkdaşlarının iştirakı ilə “Davam edən böyük yol” adlı video-konfrans keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan Milli Məclisin deputatı, muzeyin direktoru, akademik Rafael Hüseynov ümummilli lider Heydər Əliyevin xatirəsinin sessiya və konfranslarla anılma ənənəsinin bu günlərdə onlayn şəkildə davam etdiyini vurğulayıb.

O, faşizm üzərində Qələbənin qəhrəmanlıq tariximizdəki xüsusi yerindən danışaraq, dahi öndərin bu zəfər gününə böyük rəğbətini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin bütün həyatını və çoxşaxəli fəaliyyətini qələbələr silsiləsi adlandırmaq olar. Ulu Öndər Azərbaycan Respublikasını yüksəltmək, Azərbaycan adını dünyada təsdiqlətmək istiqamətində çox böyük işlər görüb. Heydər Əliyevin siyasi fəaliyyətinin və mücadiləsinin 1993-cü ildən sonrakı dövrünü şərh edən alim bu illəri Azərbaycan tarixində yeni səhifə adlandıraraq deyib: “Azərbaycan bu gün istiqlal içərisində yolunu davam edirsə, burada Heydər Əliyevin müstəsna xidmətləri var. Müasir Azərbaycan dövlətinin quruculuğu yolunda onun əməyi hər zaman Azərbaycan insanının şüurunda, ürəyində minnətdarlıq duyğuları ilə anılacaq”.

Daha sonra video-konfrans muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin “Heydər Əliyevin ədəbiyyat siyasəti”, Komprativistika və bədii tərcümə şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin “Heydər Əliyev: həyat həqiqətləri”, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlunun “Azərbaycançılıq ideyasının inikasında Nizami muzeyinin rolu” mövzusunda məruzə və çıxışları ilə davam edib.

Məruzə və çıxışlarda Ulu Öndərin Azərbaycan xalqının ədəbi-bədii irsinə, ədəbiyyat xadimlərinə və onların adının əbədiləşdirilməsinə göstərdiyi xüsusi qayğıdan və bunun əməli təzahürlərindən bəhs olunub, Heydər Əliyev şəxsiyyəti, onun ölməz xatirəsi haqqında fakt və mülahizələr öz ifadəsini tapıb.

Video-konfransa yekun vuran akademik Rafael Hüseynov vurğulayıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi onillər boyunca yorulmaz fəaliyyətindən çox yadigarlar qalıb. Bunlar müxtəlif istehsalat müəssisələri, tədris ocaqları, möhtəşəm tikililər, yollar, körpülər, ən müxtəlif istiqamətlərdə qazanılan zəfərlərdir. Lakin Heydər Əliyevin xalqa ən böyük yadigarı onun yaratdığı böyük yoldur. Həmin yol bu gün Ulu Öndərin sədaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı inamla daha böyük zəfərlərə doğru aparır.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [11:16]:
“Toyota” Çində yeni şirkət yaradır
07/06/2020 [10:43]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin