Pandemiyanın Türkiyəyə vurduğu iqtisadi zərbələr

09/05/2020 [18:25] - Gündəm (294)



Ölkənin ticarət kəsiri böyüyür, lirəni necə xilas etməli?

Koronavirusla bağlı sərt məhdudiyyətlər Türkiyənin ticarət əlaqələrində ciddi azalmaya səbəb olub. Belə ki, Ticarət Nazirliyinin ilkin məlumatına əsasən, aprel ayında ixrac həcmləri 2019-cu ilin eyni dövründəkindən 41,38 faiz az olmaqla 8 milyard 993 milyon dollar, idxal isə 28,31 faiz azalmaqla 12 milyard 957 milyon dollar təşkil edib. Beləliklə, Türkiyə xarici ticarətində 3 milyard 965 milyon dollarlıq mənfi saldo qeydə alınıb. Ümumi ticarət həcmi ötən ilə nisbətən 34,31 faiz azalıb. Bu ilin 4 ayında ölkənin ümumi ticarət dövriyyəsində mənfi saldo 24,6 faizə bərabər olub.

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın Türkiyə iqtisadiyyatına təsirləri getdikcə daha çox hiss olunmaqdadır. Belə ki, son iki gündə türki lirəsi ciddi məzənnə itkisinə məruz qalaraq 1 dolların dəyəri 7,26 lirəyə yüksəlib. Beləliklə də, lirənin ilin əvvəlindən bəri dəyərsizləşməsi 21 faizə çatıb.

Mart ayında Türkiyənin dövlət büdcəsinin gəlirləri 47,4 milyard lirə, xərcləri isə 91,2 milyard lirə təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə büdcənin gəlirləri 12,7 faiz azalıb, xərcləri isə 15,6 faiz artıb. Birinci rübdə isə büdcə gəlirləri ötən ilin eyni dövründəkindən 17,2 faiz çox olmaqla 255 milyard 749 milyon lirə, büdcə xərcləri isə 12,1 faiz artmaqla 285 milyard 330 milyon lirə təşkil edib. Beləliklə, birinci rüb üzrə 29 milyard 581 milyon lirə olan büdcə kəsiri mart ayında 43 milyard 719 milyon lirəyə yüksəlib.

Məlumdur ki, Türkiyə iqtisadiyyatı xarici sərmayədən çox asılıdır. Xarici sərmayə cəlbi üçünsə xarici borcun məbləği çox önəmlidir. 2019-cu ilin dekabrına Türkiyənin xarici borcu 473 milyard dollar təşkil edib. Bunun 124 milyard dolları qısamüddətli borclardır ki, bu məbləğin də 93 milyard dolları özəl sektorundur. 2020-ci ildə ölkə 169 milyard dollara yaxın xarici borc qaytarmalıdır. Bu, ölkə ümumi daxili məhsulunun 23 faizi deməkdir.

Bu şəraitdə son aylarda xarici investorların Türkiyə bazarından qaçışı sürətlənib. Bu ilin əvvəlindən aprelin 24-dək xaricdə yaşayan şəxslər tərəfindən Türkiyə mənşəli səhmlərin satışı 2,7 milyard dollar, dövlət istiqrazlarının satışı isə 5,5 milyard dollar təşkil edib.

Türkiyə Statistika Qurumunun məlumatına görə, ölkədə iqtisadi inam indeksi aprel ayında mart ayına nisbətən 44,1 faiz azalıb - 91,8-dən 51,3-ə düşüb. Bu, 2007-ci ildən bəri ən aşağı səviyyədir. İqtisadi inam indeksinin azalması istehlakçı, real sektor (emal sənayesi), xidmət, pərakəndə ticarət və inşaat sənayesi inam indekslərinin azalmasına görə bu qədər aşağı düşüb. Statistika Qurumunun digər açıqlamasına görə, mart ayında Türkiyədə işsizlik səviyyəsi 13,8 faiz olub.
Böhranın ən çox təsirinə məruz qalan, əlbəttə, turizm sektorudur. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, karantinin ilk ayı olan mart ayında Türkiyəyə gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65 faiz azalmaqla 968 min 537 nəfər təşkil edib. Bunun 85 faizə yaxını xarici, 15 faizini isə yerli vətəndaşlar təşkil edib. Türkiyəyə gələn xarici ölkə vətəndaşlarının sayındakı azalma 68 faiz olub. Xatırladaq ki, Türkiyə əksər ölkələrlə hava əlaqələrini martın ortalarından dayandırıb. Buna görə də xaricdən gələnlərin sayı çox olub. Aprel-may aylarında bu sayın sıfıra bərabər olacağı gözlənilir. Ötən ilin aprel-mayında ölkəyə ümumilikdə 8,3 milyon giriş olub. Bu il isə, ümumiyyətlə, olmayacaq. Bu da turizm üçün böyük itkilər deməkdir. Üstəlik, iyunun əvvəlində qadağalar götürülsə belə, ayın sonuna, hətta turizm mövsümünün sonunadək əvvəlki gəliş sayının bərpa olunması gözlənilən deyil. Bu isə ötən il turizm sektorundan əldə olunan 34 milyard dollarlıq gəlirin bu il ərzində 16 milyard dollarından məhrum olunmasına səbəb olacaq. Türkiyə turizm mütəxəssisləri bildirirlər ki, bütün dünyada olduğu kimi, bu ölkədə də turizm koronavirus pandemiyasından ən çox zərərçəkən sahə olacaq.

Türkiyə Turizm, Restoran İnvestorları və Qastronomiya Müəssisələri Birliyinin rəhbəri Qaya Dəmirərin bildirdiyinə görə, evdən kənar istehlak adlandırılan qida və içki sənayesi bu il 2019-cu illə müqayisədə 50 faizdən çox itkiyə məruz qalacaq. Dəyər ifadəsində bu itki 60 milyard lirə təşkil edəcək. Birlik rəhbəri qeyd edir ki, Türkiyənin qida və içki sənayesində 100 mindən yuxarı irili-xırdalı müəssisə fəaliyyət göstərir. 2 milyon nəfərin çalışdığı bu sahənin illik gəlir həcmi 125 milyard lirə təşkil edir. Üç ay - 15 mart-15 iyun aralığında qapalı qalan müəssisələr ən azı bu gəlirin dörddə birindən - yəni 30 milyard lirədən məhrum olacaqlar.

pandemi | Independent Türkçe

Dəmirərin fikrincə, zərər bununla bitməyəcək - karantin tədbirləri qaldırılandan sonra da bu sektorda fəaliyyət tam bərpa oluna bilməyəcək. Bu sektorun əsas bazarı olan turizm sahəsində fəaliyyətin bərpası daha uzunmüddətli dövr üçün gözləniləndir. Ona görə də zərərlərin daha da artaraq 60 milyard lirəyə çatması gözlənilir.

Bütün bunların fonunda Türkiyə hökuməti borc almaq üçün xarici mənbələrlə təmasları artırır. Belə ki, iki gün əvvəl xəzinə və maliyyə naziri Berat Albayrak xarici investorlarla videokonfrans keçirib. Konfransı “Citigroup” və “Societe Generale” təşkil etmişdi. Mətbuata qapalı olsa da, konfransda Albayrakın Türkiyənin bir neçə mənbə ilə svop (valyuta mübadiləsi) əməliyyatlarının təşkili üzrə danışıqlar aparıldığını, bununla bağlı bir neçə sazişin imzalanmasının mümkün göründüyünü dediyi bildirilir. Əldə edilən məlumata görə, Albayrak Türkiyə iqtisadiyyatının 2020-ci ili artımla başa vuracağını gözlədiklərini bildirib və həm bankların, həm də özəl sektorun xarici valyutada olan borclarının, demək olar ki, hamısını çevirməyə imkanların olacağını deyib. Nazir həmçinin ölkənin valyuta ehtiyatlarının yetərincə olduğunu və üzən məzənnə rejiminin davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 204 milyon dollar, yaxud 0,2 faiz azalaraq 86,243 milyard dollar təşkil edib. Qurumun bununla bağlı yaydığı hesabata görə, ümumi valyuta ehtiyatlarının 34,786 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Qızılın dünya bazar qiymətindəki artım nəticəsində ehtiyatların dəyərində 1 milyard ABŞ dolları, yaxud 3 faiz artıq qeydə alınıb. Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,204 milyard ABŞ dolları, yaxud 2,3 faiz azalaraq 51,457 milyard ABŞ dolları təşkil edib.

Ərdoğan Türkiyə Mərkəzi Bankının sədrini işdən çıxardı

Türkiyə Mərkəzi Bankı (TMB) uçot dərəcəsini azaltmaqla iqtisadiyyata və bank sektoruna dəstək verməyə çalışır. Aprelin 22-də Bankın Pul siyasəti komitəsi uçot dərəcəsinin 1 faiz bəndi azaldılaraq 9,75 faizdən 8,75 faizə endirilməsinə qərar verib. Xatırladaq ki, TMB bu il yanvarında uçot dərəcəsini 0,75 faiz bəndi azaldaraq 11,25 faizə, fevralda 0,5 faiz bəndi azaldaraq 10,75 faizə, martında isə 1 faiz azaltmaqla 9,75 faizə endirmişdi.

Müstəqil ekspertlər lirənin ucuzlaşması fonunda Mərkəzi Bankın ehtiyatlarından istifadəni doğru vasitə hesab etmirlər. “Reuters” agentliyinin yazdığına görə, Türkiyədəki böyük xarici sərmayəçilər bu siyasətlə bağlı narazılıqlarını bildirməyə başlayıblar. Agentlik bildirir ki, Mərkəzi Bankın xarici valyutada olan ehtiyatlarının həcmi ilin əvvəlindən bəri 40 milyard dollardan 25 milyard dollara düşüb. Bildirilir ki, Mərkəzi Bank svop əməliyyatları ilə ölkə banklarına valyuta dəstəyi göstərir, onlar da həmin valyutanı satmaqla lirənin məzənnəsini dəstəkləyirlər.

Türkiyənin yaxın 12 il ərzində qaytarmalı olduğu xarici valyutada olan borcun həcmi 170 milyard dollardır. Valyuta ehtiyatlarının azaldığı bir şəraitdə bu məbləğ lirə üzərində təzyiqləri daha da artırır. Agentliyə danışan ekspertlər Türkiyə hökumətinin eyni vaxtda çox iş görməyə çalışdığını deyirlər. Mərkəzi Bankın ehtiyatlarının azaldığı bir şəraitdə  bir tərəfdən faizləri aşağı həddə saxlamaq, digər tərəfdən isə məzənnəni qorumaq çox çətindir.

Ekspertlər hesab edirlər ki, Türkiyə Mərkəzi Bankı ilə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) arasında svop razılaşması əldə olunarsa, lirənin məzənnəsindəki ucuzlaşma çox çəkməyəcək. Məlumdur ki, TMB bu istiqamətdə FED-lə müzakirələrə başlayıb. B.Albayrak xarici investorlarla videokonfransda da G20 ölkələri ilə svop sazişi üzrə danışıqlar aparıldığını və bu məsələdə nikbin olduğunu deyib. O həmçinin BVF ilə borclanma haqqında hər hansı müzakirə aparılmadığını vurğulayıb.

Avropa Birliyi Komissiyasının hesablamalarına görə, 2020-ci ilin sonuna Türkiyədə 5,4 faizlik iqtisadi kiçilmə qeydə alınacaq. Komissiya hesab edir ki, buna xarici ticarətdə, turizm, daşımaçılıq sektorlarındakı böyük tənəzzül səbəb olacaq. Bu tənəzzül 2021-ci ildə də ölkədə qeyri-müəyyənliyə, məşğulluq bazarında zəifləməyə və iqtisadiyyatın çətinliklə bərpasına gətirib çıxaracaq. Nəticədə gələn il Türkiyə iqtisadiyyatında 4,4 faizlik artıma nail oluna biləcək.

Quruma görə, bu il Türkiyədə işsizlik 16,9 faiz, inflyasiya isə 11,4 faiz təşkil edəcək.

“Yeni Müsavat”
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
05/06/2020 [22:41]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
05/06/2020 [21:28]:
“Bentley” ixtisarlara başlayır
05/06/2020 [20:43]:
Azor adaları 2020-ci ildə Avropada ən təhlükəsiz yerlərdən biri sayılır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Futbolçunun evindən külli miqdarda oğurluq edildi
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Tramp Makronla "G7" sammitindən, Honkonq və Liviyadan danışıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin