Ermənilərin puç olan “məxməri” arzuları - müharibə “qalibi” səfalət və məyusluq içində

09/05/2020 [17:36] - Siyasət (419)



İnqilabdan keçən 2 ilin acı yekunu: Qarabağ ixtilafı kilid problem kimi qaldıqca işğalçı xalq qurtuluş tapmayacaq...

Erməni xalqının böyük ümidlər bəslədiyi “məxməri” inqilabdan iki il keçdi. Bu müddətdə baş nazir Nikol Paşinyanın işğalçı ölkəni Qərbə bölgənin “demokratiya adacığı” kimi sırıyıb ondan böyük siyasi və  iqtisadi dividendlər qoparmaq, üstəgəl, yeni müttəfiqlər hesabına Azərbaycan torpaqlarının işğalına əlavə tutaraq əldə eləmək üçün göstərdiyi cəhdlər, - guya demokratik dövlət işğalçı ola bilməz, - iflas oldu.

Qərbin siyasi və demokratiya paytaxtlarında “məxməri” baş naziri əməlli-başlı peşman etdilər. Ona birmənalı şəkildə “iki stul”da oturmağın mümkün olmayacağı və Qarabağ məsələsində konstruktiv mövqe tutmadan İrəvanın böyük maliyyə yardımı ala bilməyəcəyi anladıldı.

Artıq üçüncü ildir Ermənistanın demokratikləşməsi üçün Paşinyan hökuməti qarşısında Qarabağ şərtilə yanaşı, Rusiyadan tədricən uzaqlaşmaq tələbi qoyulur. Rusiyadan uzaqlaşmaq üçünsə Qarabağ məsələsində konstruktiv mövqe tutub konfliktin həllinə yardımçı olmaq, qonşu Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb sərt blokada rejimindən qurtulmaq lazımdır. Kremlin regionda vassalı və hərbi qalası olan, apardığı təcavüzkar siyasətə görə blokadada yaşayan Ermənistanda dərin iqtisadi və demokratik islahatların mümkün olmayacağı isə əvvəlcədən məlum idi. 

Təsadüfi deyil ki, mənzil-qərargahı ABŞ-da yerləşən “Freedom House” insan haqları təşkilatının “məxməri inqilab” ərəfəsində açıqladığı hesabatda Paşinyanın gözləntilərinə rəğmən, Ermənistan demokratik yox, yarım-avtoritar rejimli ölkələr sırasında yer alıb. Eyni zamanda işğalçı ölkədə məhkəmə sistemi ilə bağlı narahatlıq ifadə olunub. Hesabat müəllifləri son iki il ərzində Ermənistandakı dəyişikliklərə diqqət çəkərək yazırlar: “Ermənistan baş nazirinin qarşısında gözləntiləri doğrultmaq, etimadı qorumaq və demokratik normalara riayət etməklə korrupsiya sistemini dəyişmək kimi çətin vəzifələr durur”.

Yəni “məxməri” baş nazirin ikiillik siyasi “islahatları”na verilən qiymət belədir - köhnə sistem hələ də de-montaj olunmayıb, islahatlar baş tutmayıb. Bu, heç real da deyildi. Ona görə ki, Ermənistan kimi qeyri-müstəqil, iqtisadiyyatı tənəzzül içində, yoxsulluq səviyyəsi yüksək olan, habelə sanballı təbii qaynaqlardan və dünya okeanına çıxışdan məhrum, izolyasiya edilmiş və xaricə miqrasiya axını davam edən ölkədə buna nail olmaq - ot tayasında iynə axtarıb tapmaq qədər qəliz məsələdir. Artıq Ermənistanın siyasi və ekspert çevrələrində acı gerçəyi etiraf edirlər.

*****

“Həll olunmamış sosial-iqtisadi problemlər və sabaha inamsızlıq nəticəsində biz Ermənistan əhalisinin sayının azalmasının şahidiyik”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-da siyasi şərhçi Tevos Arşakyanın müəllifi olduğu yazıda deyilir.

Müəllif daha sonra yazır: “BMT özünün demoqrafik proqnozlarında daima Ermənistanı əhalinin fəlakətli şəkildə azalması xəbərdarlığını edir. Məsələn, ötən ilin iyununda təşkilat proqnoz vermişdi ki, 2100-cü il üçün Ermənistan əhalisi 2 milyon nəfərədək azalacaq. Bundan az sonra biz Nikol Paşinyanın BMT demoqraflarını yalana çıxarmaq cəhdinin şahidi olduq. Baş nazir 2050-ci ilədək ölkə əhalisinin 5 milyona çatdırmağın əsas hədəflərdən biri olduğunu söylədi. Ancaq öhdəlik götürmək bir şey, onu reallaşdırmaq isə ayrı şeydir”.

Bakupost.az - Azərbaycanlılar İrəvan küçələrində - Ermənistanı ...

Erməni müəllif ardınca hökumətin demoqrafik durumu yaxşılaşdırmaq yönündə səylərinin alınmamasnı Milli Statistik Xidmətin son hesabatına istinadən şərh edərək yazır: “Hesabata görə, 1 yanvar 2020-ci il üçün ölkə əhalisinin sayı 2 milyon 959 min nəfər olub ki, bu da 1 yanvar 2019-cu illə müqayisədə 5600 nəfər azdır. Yəni bu qədər sayda əhali azalıb. İlk baxışda böyük rəqəm deyil. Ancaq unutmayaq ki, bunlar rəsmi rəqəmlərdir. Acı təcrübədən isə bilirik ki, rəsmi rəqəmlər nadir hallarda reallığı əks etdirir. Səbəb təkcə o deyil ki, Ermənistanda hələ də ölüm faizi doğum faizini üstələyir, həm də odur ki, əhalinin xaricə miqrasiya tempi yüksək olaraq qalır. İnsanlar ”məxməri inqilab"dan sonra da ölkədən çıxıb getməyə davam edirlər, hərgah hökumət üzvləri ağzı köpüklənə-köpüklənə bizi inandırmağa çalışır ki, ölkədə məqbul həyat səviyyəsini təmin edə bilib. Guya son iki ildə yaxşı yaşamağa başlamışıq. Aydındır ki, bununla hökumət özünü sakitləşdirməyə çalışır. Əslində isə əsas problemlərin həlli uzaq görünür. Yoxsulluq və işsizliyin səviyyəsi hələ də yüksək olaraq qalır. Əksər sosial problemlər həll olunmamış qalır".

Məqalədə son iki ildə Ermənistandan köç edənlərlə bağlı situasiyanın kardinal şəkildə, mənfiyə dəyişdiyi də qeyd olunur: “Əgər əvvəlki illərdə yalnız iş tapa, özünü və ailəsini təmin edə bilməyənlər çıxıb gedirdisə, inqilabdan sonra həm də az-çox özünü təmin edən ailələr - burada evi, maşını, işi olanlar ölkəni tərk etməyə başladılar. Ona görə onlar çıxıb gedirlər ki, Ermənistanda özlərinin gələciyini və perspektiv görmürlər. Əfsus ki, konkret zaman kəsimində, lap elə uzaq perspektivdə Paşinyanın arzusu elə arzu olaraq qalacaq. Ona əhalinin inam-etimadı sarsılıb”.

*****

Əlavə edək ki, koronavirus pandemiyası Ermənistanın onsuz da ağır olan sosial-iqtisadi vəziyyətini daha da pisləşdirib. Pandemiyadan sonra indikindın də acınacaqlı durumda olacağı şübhə doğurmayan Ermənistandan kütləvi köçün tempi bir az da artacaq. Bunu proqnoz eləmək üçün siyasətçi və ya iqtisadçı olmağa lüzum yox. Bir sözlə, işğalçı xalqın “məxməri” arzuları, bütövlükdə həyatı büsbütün qaralıb, ümidləri puç olub. Regionun “tullantı ölkəsi” kimi Ermənistanda “qalib millət” böyük məyusluq yaşayır...

Analitik xidmət,
“Yeni Müsavat”
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [11:16]:
“Toyota” Çində yeni şirkət yaradır
07/06/2020 [10:43]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin