İran Dağlıq Qarabağa çəkilən körpülərlə bağlı: - “Azərbaycanla bağlanmış sazişə əsasən salınıblar”

06/05/2020 [15:07] - Cəmiyyət (265)



“İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir”. Avrasiya.net-in məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi tərəfindən açıqlama verilib.

Səfirliyin Mətbuat katibliyindən İstiqlal.az-a verilən məlumata görə, həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları “DQR”-na yox, Azərbaycan Respublikası ərazisinə çəkib: “Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq”.

İran-Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyətinin saf olmadığını, iki qardaş ölkə arasında xoş münasibətlərə xələl gətirmək istənildiyini vurğulayan Səfirlik belə informasiyaları ciddi qəbul etməməyi məsləhət görür.
Bir sözlə, Səfirliyin açıqlamasından aydın olur ki, xəritələrdə görünən körpülər Azərbaycanla İran arasında əldə edilən razılığa əsasən tikilib və məqsəd heç də tanınmamış “DQR” ilə iqtisadi əlaqələr qurmaq deyil.

Həqiqətən də Xudafərin SES-in inşası ilə əlaqədar İran İslam Respublikası və Azərbaycan Respublikası arasında rəsmi saziş bağlanıb. 2016-cı ildə bağlanan sazişdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi nəzərdə tutulub. Sazişdə həmçinin bir-birini tamamlayan iki körpününü tikilməsi ilə əlaqədar maddə də var.
Bu barədə AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında da xəbər verilir. Xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki dövlət başçısının verdiyi tapşırığa müvafiq olaraq, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Sazişdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.
Sazişdə, həmçinin hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respublikası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.
Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində azərbaycanlı mütəxəssislər iştirak edəcəklər.

Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür”, xatırladaq ki, AzərTAC-ın 25 fevral 2016-cı il tarixli buraxılışında dərc olunan ““Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və SES-lərinin tikintisinin davam etdirilməsinə dair mühüm Saziş” sərlövhəli xəbərində belə deyilir.

“Xudafərin” və “Qız Qalası” bəndlərinə gəlincə, hər iki bənd Xudafərin su-elektrik stansiyasına aiddir. Bu SES Araz çayı üzərində İran – Azərbaycan sərhəddində Araz və Marazad su bəndlərinin 196 km şərqə tərəf olan hissəsində Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəri hüdudlarında Təbriz şəhərinin 240 km şimal şərqində Xudafərin körpüsü ilə Sarıcalı kəndi arasında yerləşir.

Xudafərin və Qız Qalası bəndləri və elektrik stansiyalarının inşası və istismarı haqqında müqavilə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında 13 fevral 2016-ci il tarixində Tehranda imzalanmış və iki ölkə parlamentləri tərəfindən də təsdiqlənmişdir.

Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdır.

Körpülər “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi məqsədilə inşa olunmuşdur. Haqqında danışılan iki rabitə körpüsü bu bəndin qurğularına aiddir.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin