Futbol agenti: "Bir mövsüm yarımçıq qalsa, heç nə olmaz"

06/05/2020 [13:23] - İdman (188)



"Əslində əvvəldən elə düşünürdüm ki, karantinin bitmə vaxtı dəqiqləşməli və ondan sonra plan tərtib olunmalı, fikir bildirilməlidir. Peşəkar Futbol Liqasının klublara mayın 5-dən məşqlərə başlayacaqlarını və çempionatın təxmini nə vaxt bərpa olunacağını söyləməsi məni bir qədər təəccübləndirdi. Belə başa düşürəm ki, məsləhətləşiblər və ya əllərində bu cür məlumat var ki, qərar verirlər. Dəqiq bilinmirsə, təxmini məlumat verməyin nə mənası var? Çünki bir ay gözləmişdilərsə, yenə gözləyə bilərdilər".

Bu fikirləri "Report"a açıqlamasında futbol agenti Səbuhi Səfiyarlı Azərbaycan Premyer Liqasının aqibəti barədə danışarkən deyib. 

Keçmiş klub rəsmisi planlarda dəyişikliyin baş verməsinin mümkünlüyünü vurğulasa da, hələ dəqiq heç nəyin bilinmədiyini sözlərinə əlavə edib: "Hazırda nə isə demək çox çətindir. Amma ehtimal etsək ki, komandalar mayın 31-dək məşqə çıxmayacaqlar, ondan sonra mövsümü başa vurmaq çox çətin olacaq. Mayın 31-də məşqlərə başlasalar, futbolçulara hazırlıq prosesi üçün minumum 3 həftə lazım olacaq. Qış transfer fasiləsində də hazırlıq üçün bu qədər müddət verilir, amma həmin vaxt oyunçuların istirahət müddəti az olur, cəmi 15-20 gün dincəlirlər. Onlar tətildə olsalar belə, aktiv həyat yaşayırlar. Amma indiki halda hamısı evdədir, sadəcə, məşqlər edirlər. Bu da onların fiziki durumuna əvvəlki kimi təsir etmir. Bu səbəbdən, 3 həftə də hazırlıq üçün bəs etməyə bilər".

Səfiyarlı belə olacağı təqdirdə, çempionatın iyunun sonunda başlaya biləcəyini söyləyib: "Onda çempionat iyulun sonu və ya avqustda bitə bilər. Bilmirik ki, UEFA avrokuboklarda yeni mövsümü nə vaxt başlamaq istəyir. Hələ mən isti hava ehtimalından danışmıram, axşam saat 9-da da oynamaq olmur. Çempionat gec bitsə, transfer və müqavilə məsələləri də olacaq ki, bunları da həll etmək lazımdır. Transferləri avqust-sentyabra çatdırmaq mümkün olmayacaq. Hələ yeni mövsüm də başlamalıdır. Onun da startı sentyabrın sonu və ya oktyabra qədər gedib çıxacaq. Bütün planlar qarışacaq. Mayın 11-ni gözləmək lazımdır, məhz həmin gün bəzi Avropa ölkələrində karantinin yumşalma ehtimalı var. Bizdə də bəzi yumşalmalara gedilsə və klubların məşqinə icazə verilsə, onda bəlkə nəsə çatdırmaq olar. Mayın sonuna qalacaqsa, mövsümü davam etdirməyə ehtiyac olmayacaq".

Keçmiş menecer bildirib ki, məşqə mayın 31-də başlamaqdansa, mövsümü yekunlaşdırmaq daha yaxşı olar: "Bizim çempionatda bir mübahisəli məsələ var: Avrokuboklara vəsiqə qazanan 4-cü komanda kim olacaq? "Qarabağ"ın çempionluğuna heç kim etiraz etməz, daha doğrusu ədalət pozulmaz. İkinci "Neftçi" və üçüncü "Keşlə" olsa, yenə düzgün qərar olar. Çünki müəyyən xal fərqi ilə irəlidədirlər. Həm də ikinci və ya üçüncü yeri tutmağın əhəmiyyəti yoxdur, çünki hər ikisi avrokuboklara eyni mərhələdən başlayır. Sadəcə, 4-cü vəsiqəyə iddia edən neçə komanda var. Ölkə kubokunun yarımfinalında olanları da bura aid etməliyik. Mövsüm tez yekunlaşsa, 4-cü vəsiqənin sahibi mübahisəli məsələ olacaq".

Səfilarlı FIFA-nın təklif etdiyi "yaz-payız" sxeminin Azərbaycan çempionatına uyğun olub-olmadığı barədə isə bunları deyib: "Bizdə çox uzun illər əvvəl belə çempionat olub. Qazaxıstanda, şimalda və Skandinaviya ölkələrində bu sistemlə oynayırlar. Çünki onlar martda başlayır və noyabrda bitirirlər. Yəqin ki, bu mövsümü uzadıb, noyabrda yekunlaşdırmaq istəyirlər. Çünki Çempionlar Liqası, Avropa Liqası biz deyən kimi iyul, avqustda bərpa olunsa, oktyabr-noyabrda bitəcək. Sonra isə yeni mövsüm martda başlayacaq. Azərbaycan tarixində də qısa çempionat olub. Səhv etmirəmsə, bu, 1993-cü ildə baş tutub". 

İstənilən halda, futbol agenti mövsümü yekunlaşdırmağın mümkünlüyünü vurğulayıb: "FIFA-nın irəli sürdüyü təklifi inanmıram ki, qəbul etsinlər. Onda da çox şey qarışacaq və yayda oynamağa məcbur qalacaqlar. Ölkələrin çoxunda isə bu, mümkün deyil, öyrəniblər ki, yayda tətilə getsinlər. Şimal ölkələri ona görə edirlər ki, qış onlarda çox sərt keçir, oktyabrdan sonra oynamaq çətindir. Bizim ölkədə yayda 40 dərəcədə futbol oynamaq mümkünsüzdür, Avropa ölkələri bunu qəbul etməz. Bu qədər hadisələrin içində bir mövsüm yarımçıq qalsa, heç nə olmaz".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin