Koronavirusla bağlı bəzi məhdudiyyətləri aradan qaldırılır

06/05/2020 [11:44] - Gündəm (240)



Finlandiya iyunun 1-dən etibarən koronavirus ilə mübarizə çərçivəsində tətbiq olunan bəzi məhdudiyyətləri aradan qaldıracaq.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla bildirir ki, məhdudiyyətlərin ləğvi restoranlar və dövlət xidmətlərinin, o cümlədən kitabxanaların, teatrların və idman qurğularının işini tədricən bərpa etməyə imkan verəcək. Bundan əlavə, ictimai toplantıların keçirilməsi ilə bağlı mövcud qaydaların yumşaldılacağı, həmçinin səyahətə qoyulmuş qadağalara yenidən baxılacağı gözlənilir.

Mayın 14-dən etibarən ölkə vətəndaşlarına vacib səfərlərə, məsələn, işlə bağlı Şengen zonası ölkələrinə getməyə icazə veriləcək.

Finlandiyanın Baş Naziri Sanna Marin son günlər ərzində koronovirus infeksiyasının yayılma səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib. “Biz hazırda Finlandiyada epidemiyanın yayılmasının qarşısını müvəffəqiyyətlə alırıq. Ona görə də artıq geniş yayılmış məhdudiyyətlərdən hibrid test, izləmə, izolyasiya və digər strateji üsullara keçə bilərik”, - deyə S. Marin mətbuat konfransında bildirib.

Məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, koronavirusa qarşı bəzi mübarizə tədbirləri, o cümlədən yaşlı insanlara qulluq göstərən şöbələrə baş çəkməyə, habelə xarıcı ölkələrə məsləhət bilinməyən əhəmiyyətsiz səfərlərə qoyulan qadağalar hələ saxlanılacaq. Finlandiya hökuməti yenə də əvvəlki kimi insanlara məsafədən işləməyi, yaşı 70-dən yuxarı olanlara isə evdə qalmağı, digər insanlarla fiziki təmasdan maksimal dərəcədə çəkinməyi tövsiyə edir.

Mövcud əlverişli vəziyyətə baxmayaraq, Finlandiya hökuməti epidemiyanın yayılma riskinin mövcud olduğunu bəyan edib. Səhiyyə orqanlarının məlumatlarına görə, Finlandiyada koronovirus infeksiyasından 240 nəfər həyatını itirib və 5 min 327 yoluxma halı qeydə alınıb.
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin