Rusiya təhlükəsi: Praqadakı rayon meri dövlət tərəfindən mühafizəyə alındı

06/05/2020 [11:22] - Siyasət (184)



Çexiya Respublikasının paytaxtı Praqa şəhərinin Praqa-6 rayonunun rəhbəri Ondrcey Kolarj hökumət tərəfindən xüsusi mühafizə ilə təmin olunur.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə ölkənin “STK” saytı məlumat yayıb.

Rayon bələdiyyə başqanı bununla əlaqədar hətta Avropa Komissiyasının sədri Ursula fon der Leyenə məktub da ünvanlayıb. Burada çexiyalı məmur Sovet İttifaqı marşalı İvan Konevin abidəsinin sökülməsindən sonra Rusiya tərəfinin hərəkətlərindən şikayət edib.

Hazırda Ondrcey Kolarj telefonların çalışmadığı, təhlükəsiz bir yerdə yaşayır. Rayon rəhbəri öz işini məhdud qaydalar çərçivəsində həyata keçirmək məcburiyyətində qalıb.

Məktubda O.Kolarj marşal Konevin heykəlinin demontajına haqq qazandıraraq, abidənin yerləşdiyi yerin Praqa-6 rayonun mülkiyyətində olduğunu qeyd edib. Rayon meri Rusiyanın kobud şəkildə Çexiyanın daxili işlərinə müdaxilə etdiyini bildirərək bunu Kremlin Avropa Birliyinə qarşı apardığı yeni hibrid müharibənin tərkib hissəsi olduğunu vurğulayıb.

Qeyd etmək lazımdır ki, İvan Konevin heykəli Çexiya prezidentinin də etirazlarına rəğmən bu ilin aprel ayının 3-də Praqa-6 rayonun bələdiyyə şurasının qərarı ilə yerindən çıxarılıb. Onun paytaxtın “XX əsr” adlanan muzeyinə təhvil verilməsi gözləniliir. Məsələ ilə əlaədar Rusiya İstintaq komitəsi “Rusiyanın hərbi şöhrətini daşıyan simvolların təhqir edilməsi” faktına görə cinayət işi açıb.

Çexiya hökuməti Kremlin bu addımını hiddətlə qarşılayaraq bunu başqa bir dövlətin müstəqilliyinə qəsd kimi qiymətləndirib.

Bu ilin aprel ayını sonunda isə Çexiyanın “Respekt” jurnalı ölkəyə diplomatik pasportla gələn bir Rusiya vətəndaşında “ritsin” zəhərinin tapıldığını, həmin zəhərin Praqanın meri Zdenek Qrjiba, Praqa-6 rayonunun bələdiyyə başçısı Ondrec Kolarj, habelə Rjeporiye rayonunun bəələdiyyə başqanı Pavel Novotnını öldürmək məqsədilə gətirildiyini xəbər etmişdi. 

Yazıda ölkənin Çexiyadakı səfirliyinin binası qarşısındakı meydanın mərhum müxalifətçi Boris Nemtsovun ismi ilə adlandırmasına, habelə marşal Konevin abidəsinin söküləməsinə görə rusların intiqam aktını həyata keçirmək istədiyi bildirilmişdi.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin