Avropa İttifaqı Azərbaycanda 1-ci virtual mədəniyyət Festivalı keçirəcək

05/05/2020 [17:15] - Mədəniyyət (264)



Avropa inteqrasiyası tarixinin bir parçası olan “Şuman Bəyannaməsi”-nin 70 illik yubileyi münasibətilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ Üzv Dövlətlərinin Səfirlikləri ilə birlikdə 5-15 may tarixlərində ilk dəfə rəqəmsal formatda  4-cü IMAGINE Avro Tolerantlıq Festivalı 2020 keçirəcək.

İstiqlal.az xəbər verir ki, Koronavirus (COVID-19) səbəbindən Aİ Nümayəndəliyi ənənəvi IMAGINE Avro Tolerantlıq Festivalını ənənəvi formatında keçirə bilməyəcək, lakin əvəzində müxtəlif mədəniyyət tədbirlərini Azərbaycan evlərinə gətirən virtual formatda Festival keçirməyə qərara gəldi. Bu ilin xüsusi mövzusu bu günlərdə vacib bir dəyər olan həmrəylik olacaq.

IMAGINE Avro Tolerantlıq Festivalı 2020-nin bu buraxılışında əvvəlcədən Bakıda olmuş və ya 2020-ci ildə ziyərət etməyi planlaşdırmış dünyanın müxtəlif yerlərindən olan bir neçə musiqi qrupu, musiqiçilər və müğənnilər Bakı və Azərbaycana “Bakı üçün Bir Mahnı” adlı xüsusi musiqi proqramında bir mahnı həsr edəcəklər. Bu, Azərbaycan xalqı ilə olan həmrəyliyi nümayiş etdirməyin bir yoludur. Bu zəngin və çox müxtəlif musiqi proqramı “Avropa Günü” və ya “Şuman Günü” kimi tanınan 9 mayda canlı yayımlanacaq. Digər konsertlərə Çili-Belçikalı olan tenor və soprano saksafon ifaçısı və bəstəkar Marselo Monkadanın 12 maydakı canlı konserti və 15 mayda dünyanın fərqli yerlərindən olan musiqiçilərin birlikdə ifa edəcəyi “Brasilidade” qrupunun konserti daxildir.
9 mayda keçiriləcək “İdeyalar Forumu”-nda dünyanın müxtəlif yerlərindən olan fəallar, mütəfəkkirlər, ekspertlər “Covid-19 Avropanı və beynəlxalq əlaqələri necə formalaşdırır?” mövzusunda öz fikirlərini və düşüncələrini bölüşəcəklər. Onların düşündürücü videoları Covid-19-un həyatımızı, qlobal siyasi, iqtisadi və sosial nizamımızı necə dəyişə biləcəyi, Avropanın bu misli görünməmiş böhrandan necə çıxacağı mövzularını əhatə edəcəkdir.

Virtual sərgilər zamanı Fransa, Hollandiya və Rusiyadan olan tanınmış fotoqraflar bizə peşəkar həyatlarında çəkdikləri ən vacib fotolara doğru bələdçilik edəcək və arxa planı izah edəcəklər. Özünü təcrid və karantin dövründə Avropalı rejissorlar tərəfindən çəkilən, karantinin yaradıcılığı məhdudlaşdıra bilmədiyini sübut edən unikal eksperimental filmlərin kiçik bir hissəsi Festivalda yer alacaqdır.

Konsertlər, debatlar, master-klasslar, poeziya tədbirləri, incəsənət sərgiləri, film nümayişləri, Festival zamanı hər kəsin əylənə və bəyənə biləcəyi bir çox şey olacaq.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin