Quo Min: “Güc birlikdədir"

04/05/2020 [19:02] - Cəmiyyət (303)



Çin Xalq Respublikasının Azərbaycandakı Səfiri xanım Quo Min “Birləşərək, bəşəriyyətin vahid taleyinin сəmiyyətini quraq” adlı məqalə hazırlayıb.

İstiqlal.az saytı həmin məqaləni oxuculara təqdim edir. 

2020-ci il qaçılmaz olaraq tarixə yazılacaq. Gözlənilmədən meydana çıxan COVID-19  pandemiyası bütün dünyanı sarsıdaraq 200-dən çox ölkəyə və bölgəyə fəlakət gətirdi. İndiyə qədər virusa yoluxmuş insanların ümumi sayı 3.4 milyonu, ölənlərin sayı isə 240 mini keçib. Qloballaşma fonunda dünya kəndində "fasilə" düyməsini basdı. Epidemiya ilə mübarizə bütün ölkələr üçün prioritet hala gələrək, hər birinin idarəetmə sistemi və imkanlarını sınadı. Eyni zamanda hər bir insan bu tarixi yaşayır və onun şahidi olur.

COVID-19 pandemiyasına məruz qalan ilk ölkə olaraq, Çin, xəstəliyin qarşısının alınması və nəzarəti mübarizəsinə hamıdan əvvəl başladı. Cənab sədr Si Cinpinin şəxsi komandanlığı ilə, Çin hökuməti insanların həyatının təhlükəsizliyi və sağlamlığını birinci yerə qoyaraq, çətinliklərdən qorxmayaraq və cəsarətlə vuruşaraq, ölkənin bütün qüvvələrini sürətlə səfərbər etdi, misli görünməmiş profilaktika tədbirləri gördü, virusun yayılmasını qətiyyətlə dayandırdı və xəstələrin müalicəsi üçün hər cür səy göstərdi. Üç aydan çox davam edən gərgin zəhmət, böyük səylər və fədakarlıqdan sonra Çin pandemiya ilə mübarizədə böyük bir mərhələli qələbə qazandı. Ölkə daxilində vəziyyətin yaxşılaşdırılması və dünyanın digər yerlərində pandemiya xəstəliyinin başlaması ilə, Çin layiqli bir böyük dövlətin yüksək məsuliyyətini öz üzərinə götürərək, pandemiyaya qarşı beynəlxalq əməkdaşlıqda fəal iştirak edərək, vaxtında test, dərman və peyvənd tədqiqatları sahəsində əsas elmi tədqiqat nəticələri ilə beynəlxalq ictimaiyyətlə bölüşür; Çin koronavirus ilə ölkə daxilində mübarizə aparan zamanda 140-dan çox ölkəyə və beynəlxalq təşkilatlara tibbi vasitələrlə yardımı edir və 20-dən çox ölkəyə tibbi ekspert qrupları göndərməkdədir; qlobal iqtisadiyyat inkişafının ümumi vəziyyəti əsasında, öz iqtisadiyyatını fəal şəkildə bərpa edir, dünya iqtisadiyyatının böyük depressiyaya düşməməsinin qarşısının alınması üçün ticarət maneələrinin aradan qaldırılmasına kömək edir; Ümumdünya Səhiyyə Təşkilatına, aparıcı, əlaqələndirici rol oynamağı və qlobal ictimai sağlamlıq sahəsində nüfuzlu bir dialoq platformasını təmin etməkdə, çoxtərəfliliyə sadiq qalmaqda və bəşəriyyətin vahid taleyinin сəmiyyəti ruhunda COVID-19 ilə mübarizədə beynəlxalq əməkdaşlığı təşviq etməkdə kömək edir.

COVID-19 ilə mübarizədə Çin və Azərbaycan dünya təhlükəsizlik və inkişaf maraqlarının qorunmasında pandemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə mühüm töhfə verərək, ikitərəfli və çoxtərəfli müstəvidə bir-birini dəstəkləyir və sıx əməkdaşlıq edirlər. İkitərəfli səviyyədə Çin və Azərbaycan hökumətləri və xalqları müxtəlif yollarla qarşılıqlı dəstəyi təmin edərək çiyin-çiyinə vuruşmuşdur: iki ölkənin liderləri bir-birlərinə başsağlığı məktubları göndərmiş, pandemiyanın qarşısının alınması və nəzarəti ilə bağlı təcrübə mübadiləsi aparıldı, qarşılıqlı maddi yardım göstərildi və s., bu da yüksək səviyyədə qarşılıqlı etimad, dərin ənənəvi dostluq və iki ölkə arasında ortaq inkişaf konsepsiyasını nümayiş etdirir. Beynəlxalq aləmdə Azərbaycan Çin ilə birlikdə çoxtərəfli prinsipi dəstəkləyir və COVID-19 ilə mübarizədə beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. Azərbaycan ÜST-ə 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdi, epidemiya əleyhinə dərmanları İran, Gürcüstan və digər ölkələrə köçürdü, COVID-19-ın geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya və başqa ölkələrə dəstək, hörmət və ehtiramını bildirərək, dünya memarlığının abidələrindən biri olan - Heydər Əliyev Mərkəzinin binasında bu dövlətlərin bayraqlarının video proyeksiyası şəklində əks etdirdi. Aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü və başçılığı ilə ÜST-nin Baş direktoru Tedros Adxan Gebreesus və Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan, Macarıstan liderlərinin COVID-19 ilə mübarizə tədbirlərini müzakirə etdiyi video konfrans ilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi. Həmçinin, Qoşulmama Hərəkatının sədri olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 4 may tarixində NAM Əlaqə Qrupunun koronavirusla mübarizəyə həsr olunmuş "Biz COVİD-19 əleyhinəyik" mövzusunda video konfrans keçirildi. Bu çoxtərəfli əməkdaşlığın dərinləşməsi və  çətinlikləri dəf etməyə ÜST-nın çağırışına təsirli addım, Baş Direktor Tedros Adhanom Gebreesus'a güclü dəstək və COVID-19-a qarşı mübarizədə güclü həmrəylik siqnalı oldu. Yuxarıda göstərilən tədbirlər Zaqafqaziyanın lider ölkəsi kimi Azərbaycanın məsuliyyətini aydın şəkildə əks etdirir və Çin bunu çox yüksək qiymətləndirir. İnsanların viruslarla mübarizəsinin tarixi təkrar-təkrar təkrarlanır, lakin bəşəriyyətin tərəqqisini dayandırmaq olmaz. Yüz ildən çox əvvəl, 1918-ci ildə ölümcül qrip virusu Birinci Dünya Müharibəsi ilə birlikdə insanların həyatına əlavə hücum edərək çaxnaşma və xaosa səbəb oldu. O dövrdə təxminən 500 milyon insan virusa yoluxmuş və 50 milyondan çox insan dünyasını dəyişdi. Bu pandemiya bütün dünyanın tarixi prosesinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, sosial tibbin inkişafına və ictimai səhiyyənin irəliləməsinə töhfə vermiş və müəyyən dərəcədə Millətlər Səhiyyə Təşkilatının (indiki ÜST) yaranmasını sürətləndirmişdir.
Yüz ildən çox vaxt keçib, hiyləgər virus inkişaf və mutasiya etməyə davam edərək, hələ də insan sağlamlığı və təhlükəsizliyi təhdid edir. Ancaq dünya iqtisadiyyatının çiçəklənməsi, elm və texnikanın tərəqqisi, mədəniyyətin inteqrasiyası və ünsiyyət rahatlığı əcdadlarımızın təsəvvürlərindən çox uzaqdır. COVID-19-un ortaya çıxması bir daha sübut edir ki, virus sərhədləri görmür, irqləri ayırmır. Bəşəriyyət bir taleyin icmasıdır və bir epidemiya – bizim ortaq düşmənimizdir. Axı " Güc birlikdədir". Yalnız birləşərək, bütün dünya özünün kollektiv müdrikliyini və gücünü qazanaraq, bəşəriyyətin sağlamlığı və rifahı üçün təhlükə yaradan epidemiyaların aradan qaldırılması üçün ümumi səyləri birləşdirə biləcəkdir.

Sinə ilə keçsən, keçilməyəcək bir dağ yoxdur; Birləşsək, aradan qaldırılmayacaq heç bir maneə və çətinlik yoxdur. Yaxın əməkdaşlıq, beynəlxalq birliyin COVID-19 epidemiyasını məğlub etmək üçün ən güclü silahdır. Yekdil əməkdaşlıq - epidemiyanı aradan qaldırmaq üçün beynəlxalq cəmiyyətin ən güclü silahıdır. Çin ÜST-nin rəhbərliyi və koordinasiyası ilə beynəlxalq ictimaiyyət, o cümlədən Azərbaycanla  sıx əməkdaşlıq etməyə, bütün dünyada insanların həyat təhlükəsizliyini və sağlamlığını qorumaqda və qlobal ictimai sağlamlığın daha da inkişaf etdirilməsində COVID-19 ilə mübarizədə Çin müdrikliyini və Çin layihələrini bölüşməyə davam etməyə hazırdır. Sonda qardaş Azərbaycan xalqına Prezident İlham Əliyevin möhkəm rəhbərliyi altında, koronavirusu ən qısa müddətdə məğlub etməsini və social-iqtisadi rifaha nail olmasını  arzulayıram.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
“Ər və arvad” tamaşası nümayiş edilib
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
“Şollerin arxivi” filmi ABŞ-da qranta layiq görülüb
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin