Turizm və otelçilik sektoru ilə bağlı yeni təlimatlar hazırlandı

03/05/2020 [12:23] - İqtisadiyyat (293)



Turizm və otelçilik sektorunda koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair təlimatlar hazırlanıb.

“Report” xəbər verir ki, sənəddə insanların sıx toplandığı digər ictimai yerlərdə olduğu kimi, otellərdə və turizm müəssisələrində yoluxma ehtimalının yüksək olduğu qeyd olunub.

Bu da həmin yerlərdə qonaqların müvəqqəti olaraq yaxın məskunlaşma şəraitində yaşamaqları, öz aralarında və işçilərlə sıx qarşılıqlı münasibətdə olduqları ilə əsaslandırılıb. Məhz bu cəhətlər – qonaqların məskunlaşması ilə bağlı onlara göstərilən xidmətlər(yemək, içki, təmizlik, hər hansı bir fəaliyyətin təşkili və s.) - və bu müəssisələrə xas olanqarşılıqlı münasibətlər (qonaq-qonaq, qonaq-işçi heyəti və işçi heyətin öz arasında) xüsusi diqqət tələb edir.

Qeydiyyat işçiləri COVID-19 barədə kifayət qədər məlumatlandırılmalıdırlar ki, qarşılarında qoyulan tapşırıqları etibarlı şəkildə, təhlükəsiz yerinə yetirsinlər və müəssisə daxilində COVID-19 yayılmasının qarşısını alsınlar. Profilaktika ilə bağlı görülmüş tədbirlərvə ya qonaqların ehtiyacı ola biləcəyi digər xidmətlər (məsələn, ərazidə və ya müəssisənin özündə mövcud olan tibb və əczaçılıq xidmətləri) barədə müəssisənin siyasəti haqqında qonaqlara məlumat verməyi bacarmalıdırlar.

Tənəffüs simptomları olan qonaqlara həkim tərəfindən baxış aparılana qədər otaqlarında qalmaq və əsas gigiyena qaydaları haqqında tövsiyələr verməlidir. Rəhbərlik həmin şəxslərin həkim tərəfindən müayinəsini dərhal təmin etməlidir.

Qeydiyyat işçiləri təyin olduqda yaşa və xroniki xəstəliklərin olmamasına fikir verilməlidir. Qeydiyyat işçilərinin sosial məsafəni qorumaları zəruridir. 
Qonaq qəbulu masasında lazımi avadanlıq və tibbi ləvazimatlar olmalıdır. Profilaktik tədbir olaraq tibbi maskalardan gündəlik həyatda istifadə etmək vacibdir.

Sosial məsafə saxlanması, əl və tənəffüs gigiyenası COVID-19 yoluxmasının qarşısınıalan əsas tədbirlərdir. Qonaqlar bu tədbirlər barədə məlumatlandırılmalıdırlar.Sosial məsafə istər qonaqlar arasında, istər personal arasında, istərsə də qonaq və personal arasında qorunmalıdır. Sosial məsafənin qorunması ən az 2 m məsafəniəhatə edir.

Qeydiyyat işçiləri bütün məlumatları təmkinlə qəbul etməlidir, vəziyyəti qiymətləndirmək və müvafiq qərarları qəbul etməyi rəhbərliyin və tibbi xidmət əməkdaşlarınınüzərinə qoymalıdırlar.

İstifadədə üçün verilən, həmçinin hovuzlarda və ya spa-mərkəzlərdə olan suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlarauyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanması arzu olunandır.

Qabyuyan və camaşırxana avadanlıqlarının işlək olması, temperatur rejiminin riayətolunması üçün vacibdir. Yuyucu və dezinfeksiya edici kimyəvi maddələr qaydalara uyğunistifadə edilməlidir.Qapalı hovuzların ventilyasiyası, hava mübadiləsi, nəm alma cihazının düzgün işləməsiyoxlanmalıdır.

Sabun və dezinfeksiyaedici məhlulların dispenserlərini (dozatorlarını), əl quruducularının, birdəfəlik kağız salfetləri dispenserlərinin və digər aidiyyəti cihazların düzgünişləməsini təmin etmək üçün həmin avadanlıqların, mütəmadi yoxlamaları icra olunmalıdır. Cihazların qüsurlu hissələri sürətlə təmir olunmalı və ya dəyişdirilməlidir.

Otelin müxtəlif ərazilərində, o cümlədən qonaqlar və işçilər tərəfindən istifadə olunanictimai ərazilər dezinfeksiyaedici geldən istifadə etmək üçün qurğularla təmin olunmalıdır.
İctimai iaşə zonalarının işçiləri şəxsi gigiyenaya (müntəzəm olaraq əl yuma, tənəffüsgigiyenası və s.) ciddi şəkildə riayət etməlidirlər.Həmin zonalara daxil və xaric olarkən əllərini dezinfeksiyaedici gel vasitəsi ilə təmizləməyi qonaqlara xatırlatmaq lazımdır. Bunun üçün, həmin obyektlərin girişinin müvafiq cihazlarla təchiz olunması zəruridir.

Bufetlərdə qonaqlar qida məhsullarına əl ilə toxunmaqdan çəkinməlidirlər. Zərurətolduqda, servis əşyaları istifadə olunduqca tez-tez dəyişdirilməlidir və bu əşyalar ayrı konteynerdə saxlanmalıdır. Xidmətdən sonra bufet səthləri təmizlənməli və dezinfeksiya edilməlidir.Qəhvə və s. avadanlıqlarına mütəmadi əl ilə toxunulur. Bu səbəbdən həmin avadanlıqlar hər istifadədən sonra və zərurət olduqda daha tez-tez təmizlənib dezinfeksiya edilməlidir.
Qabların və süfrələrin (masa örtüklərinin) yuyulmasızamanı adi prosedurlardan istifadə edilməlidir. Bütün qablar, qonaqlar və ya işçilərin əlləri ilə

təmasda ola bildikləri səbəbindən istifadə edilməmiş əşyalar da daxil olmaqla, qabyuyanmaşında yuyulmalı və dezinfeksiya edilməlidir.Hər hansı bir səbəbdən əl ilə yumaya ehtiyac yaranarsa, bütün ehtiyat tədbirlərini görərək adi addımlara əməl etmək lazımdır (yuma, dezinfeksiya etmə, durulama). Qurutma

birdəfəlik kağız dəsmallardan istifadə edilməklə aparılmalıdır. Eyni şəkildə, süfrələr və dəsmallar adi qaydada yuyulmalıdır.

Oturacaqların yerləşdirilməsinə gəlincə, 10 kvadrat metr ərazidə ən çox 4 nəfərin olması tövsiyə olunur. Ərazidə oturacaqlarınara məsafəsi 1m-dən az olmamalıdır. Masaların arasındakı məsafə 2m-dən az olmamalıdır.

Təmizləyici personal hər hansı bir otaqda xəstə insan aşkarladıqda dərhal qeydiyyatəməkdaşlarına məlumat verməlidir. Əldə olunan məlumatların məxfiliyi təmin olunmalıdır.

Qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
05/06/2020 [22:41]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
05/06/2020 [21:28]:
“Bentley” ixtisarlara başlayır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin