BMT-nin Əhali Fondu təşkilatları zəruri ləvazimatlarla təchiz edib

01/05/2020 [13:00] - Cəmiyyət (886)



Ölkədə geniş vüsət almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə qoşulan BMT-nin Əhali Fondunun (BMTƏF) ölkə nümayəndəliyi xəstəliyin profilaktikası üçün nəzərdə tutulmuş bir sıra tibbi və sanitar-gigiyena ləvazimatlarının tədarükü və təchizatını başa çatdırıb. 

İstiqlal.az xəbər verir ki, Fond əlcək, tibbi maska, rəqəmsal termometr, əl və səthlər üçün dezinfeksiyaedici maye, tibb işçiləri üçün üz sipəri və s. ləvazimatlardan ibarət olan yardım dəstlərini tərəfdaşlıq etdiyi sosial xidmət və qayğı, eləcə də səhiyyə sahələrində fəaliyyət göstərən müəssisələrə təhvil verib. 

Məişət zorakılığına məruz  qalmış qadınların üz tutduğu ünvanlardan biri olan qadın sığınacaqlarının fəaliyyətinin dəstəklənməsi və hazırkı pandemiya şəraitində sığınacaq sakinlərinin koronavirusdan müdafiəsinin təşkilinə töhfə vermək məqsədilə ləvazimatların bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq akkreditasiyası əsasında fəaliyyət göstərən qadın sığınacaqlarına – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə (Bakı) və “Təmas” Regional İnkişaf İctimai Birliyinə (Gəncə) təqdim olunub. 

Pandemiya dövründə hamilələrin, gənc anaların və yenidoğulmuşların sağlamlığının təmin olunmasının ən ümdə məsələlərdən biri olduğunu nəzərə alaraq, BMTƏF ləvazimatların bir hissəsini doğum evləri və qadın məsləhətxanalarına paylanılması üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna təhvil verib. 

Tədarük edilmiş ləvazimatların daha bir qismi Fondun tərəfdaşlarından biri olan “Üçüncü Bahar” İctimai Birliyinə çatdırılıb. Öz fəaliyyətini yaşlı və ahıl vətəndaşların asudə vaxtının səmərəli təşkilinə həsr edən birliyin sözügedən ləvazimatları öz şəbəkəsində olan yaşlı insanların ehtiyacları üçün sərf edəcəyi gözlənilir. 

“BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyi COVID-19 pandemiyasının ilk günlərindən xəstəliklə mübarizə sahəsində müxtəlif tədbirlər həyata keçirir. Bu sırada həm maarifləndirmə, həm də müvafiq sahələrdə zəruri praktik dəstəyin göstərilməsini qeyd edə bilərik. Fond bundan sonra da öz səlahiyyətləri və imkanları daxilində ölkədə koronavirus infeksiyasının yayılmasına qarşı aparılan ölkəmiqyaslı mübarizəyə öz dəstəyini verməkdə davam edəcək”, deyə BMTƏF Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev vurğulayıb.

Qeyd edək ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən BMT-nin Əhali Fondu gender bərabərliyi və gender-əsaslı zorakılıqla mübarizə, reproduktiv sağlamlıq və demoqrafiya və əhali sakinliyi sahələri üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
07/06/2020 [10:43]:
“OPEC plus” ölkələri nazirlərinin növbəti iclasının vaxtı açıqlandı
07/06/2020 [10:00]:
Yaponiyada ötən il yeni doğulan uşaqların sayı rekord səviyyədə azalıb
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
05/06/2020 [22:41]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq
Həftəsonları ictimai və fərdi nəqliyyatın hərəkəti dayandırılacaq
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin