Ermənistan rəhbərliyi Moskvadan “xilas kəməri” ala bilmir

01/05/2020 [17:36] - Gündəm (829)



Ermənistan rəhbərliyi Moskvadan “xilas kəməri” ala bilmir; Paşinyanın bir sıra kadrlarına Rusiyaya giriş qadağası qoyulub; baş nazir pandemiyadan çıxmaya bilər... 

Pandemiya Rusiya-Ermənistan münasibətlərini yeni və daha ciddi sınağa çəkib. Özü də ən çox rəsmi İrəvanın ziyanına. Doğrudur, işğalçı ölkə Rusiyanın forpostu olaraq qalır. Lakin region hakimiyyətləri arasında hazırda ən qəliz durumda olan düşmən ölkə iqtidarının daxili və xarici siyasəti koronavirus pandemiyası dövründə belə, Moskvanı qıcıqlandırmaqda davam edir. Kremlin “məxməri” baş nazir Nikol Paşinyana qəzəbi soyumaq əvəzinə, deyəsən, güclənir. Bu da növbəti fakt.

“Rusiya hakimiyyəti Ermənistanın bir sıra yüksək çinli xadiminə qarşı sanksiyalar tətbiq etmək qərarı verib. Sanksiyalar ilk növbədə siyasi xarakterli məhkəmə proseslərində iştirak edən hakimlərə şamil ediləcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları maliyyə axını Rusiya ilə bağlı hakimləri nəzarətə götürəcək. “Tamamilə mümkündür ki, onların maliyyə köçürmələri bloklanacaq, mülklərinə isə həbs qoyulacaq, habelə Rusiyaya girişləri qadağan olunacaq”, - deyə erməni qaynağı qeyd edib.

Məlumatlara görə, “qara siyahı”ya hüquq-mühafizə sistemi rəhbərlərinin də adları daxil ediləcək. O sırada baş prokuror Artur Davtyanın və Təhqiqat Komitəsinin başçısı Ayk Qriqoryanın adı çəkilir. “İstisna deyil ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan da ”siyahı"nı bəzəyəcək. Ancaq onunla bağlı informasiya hələlik öz təsdiqini tapmayıb. Habelə Ermənistanın Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryanln adı hallanır. Bundan əlavə, “qara siyahı”dakı şəxslərlə əlaqəli şirkətlər və fiziki şəxslərin də ciddi problemləri yarana bilər. Bu xüsusda baş prokuror Artur Davtyan xüsusilə dişəbatan görünür, çünki onun qardaşının Rusiyada böyük biznesi var".

Qeyd edək ki, adı çəkilənlər baş nazir Nikol Paşinyanın komandasının kadrları və ya ona sadiq adamlar sayılırlar. Bu mənada Rusiyanın həqiqətən belə bir “qara siyahısı” varsa, bu, ilk növbədə Paşinyana özünəməxsus mesaj hesab oluna bilər - Ermənistan rəhbərindən Moskvanın narazı olması haqda mesaj.

Bu narazılıq təzə deyil. Məlumdur ki, Ermənistanda iki il öncə yaşanmış, Rusiyanın əsla xoşlanmadığı “məxməri inqilab”dan sonra “qərbyönlü” Nikol Paşinyanla Putinin “ulduzları” hələ də barışmayıb. Vəziyyəti qəlizləşdirən həm də Paşinyanın Ermənistanın sabiq prezident, Putinin dostu Robert Köçəryanı bu günədək həbsdə saxlamasıdır. Moskvadan bir neçə dəfə İrəvana  diplomatik kanallarla “burax” göstərişi gəlsə də, erməni baş nazir hər dəfə Putinin xahişini yerə salıb. Ötən ilin oktyabrında isə bir neçə saatlıq İrəvanda olan Kreml başçısı Rusiya səfirliyində nümayişkaranə şəkildə Köçəryanın arvadı ilə görüşmüşdü.

Bu mənada Moskvanın “qara siyahısı”nda ilk növbədə “siyasi xarakterli məhkəmə proseslərində iştirak edən hakimlər”in yer alması diqqət çəkməyə bilməz. Hərçənd Rusiyanın özü də demokratik və şəffaf idarəçiliyə malik, müstəqil məhkəmələri və hakimləri olan dövlət deyil. Rusiyada Kremlin göstərişi ilə həyata keçirilən siyasi təqiblər və siyasi sifarişli məhkəmə proseslərinə və hökmlərinə dair onlarla nümunə gətirmək olar.

Siyahının indi - koronavirus pandemiyası dövrünə, işğalçı ölkənin Rusiyadan daha güclü asılılığa düşdüyü dönəmə təsadüf eləməsi də diqqət çəkməyə bilməz. Yeri gəlmişkən, Paşinyan hökuməti pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin güzəranına vurduğu ağır zərbələri yumşaltmaq üçün neçə vaxtdır təbii qazın qiymətini aşağı salmaq üçün Rusiya tərəfini razı salmağa çalışır. Lakin nəticə yoxdur. “Qazprom”dan açıq bildirilib ki, endirim gözlənilmir (hazırda qiymət min kub metr üçün 165 dollardır).

*****

Bu arada düşmən ölkədə Paşinyan hökumətinə qarşı narazılıq dalğası güclənməkdədir. Artıq ac-yalavac əhali kiçik qruplar şəklində olsa da, hökumət binası qarşısında etirazlar keçirməyə başlayıb. Bu isə Rusiyanı sevindirməyə bilməz. Çünki “qərbyönlü Paşinyanın reytinqi düşdükcə, Kremlin ”B ssenarisi"nın reallaşma şansı artır.

Moskvaya sadiq kadrlardan biri də Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Nikol Paşinyanla konfliktdə olduğu üçün vəzifədən istefa verən general Artur Vanetsyandır. Bir ara onun Robert Köçəryanın oğlu Sedrak Köçəryanla birgə indiki hakimiyyətə qarşı müxalif partiya yaratmağa hazırlaşması barədə məlumatlar da yayılmışdı. Dünən isə Vanetsyan iddia edib ki, Paşinyan bir müddət öncə hüquq-mühafizə orqanları ilə görüş keçirib və görüş zamanı ona qarşı “istənilən bəhanə ilə cinayət işi qaldırılmasını” tələb edib.

Bu yandan isə koronavirus pandemiyası Paşinyanın barmaqla sayılacaq uğurlarını da sıfırlamaqdadır. Bir sözlə, “məxməri” baş nazirin başı iqtidar olduğu iki ildə heç vaxt olmadığı qədər dərddədir...         

“Ermənistandakı hazırkı hökumət hakimiyyətdə qalmağa davam edərsə, həm özünü, həm də Ermənistanı məhv edəcək. Bu, bütövlükdə Ermənistanın dövlətçiliyinə təhdiddir. Buna görə Paşinyan və onun komandasının hakimiyyətdən getməsi respublikanın siyasi qüvvələrinin gündəmində olmalıdır”.

Bu barədə məlumatı isə Aysor.am saytı yayıb (Axar.az). Məqalədə bildirilib ki, Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb.

“Uğursuzluqlar hər yerdədir: iqtisadiyyatdan tutmuş xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş koronavirusla mübarizəyə qədər. Xarici siyasətdəki uğursuzluqlar Rusiya yönündə daha çox gözə çarpır - Sergey Lavrovun verdiyi açıqlamalar, Ermənistan liderinin Ağ Evə girməsinə belə icazə verilmədiyi məqam və Nikolun səfərlərinin, ümumiyyətlə, turist ziyarətlərinə bənzəməsi, orta vəzifəli şəxslərlə görüşü bunları təsdiqləyir. Qarabağ məsələsi barədə danışmağa isə ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı”, - deyə məqalədə qeyd edilib.

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, pandemiya dövründə reytinqi daha sürətlə düşən  Ermənistan hökumətinin Rusiyadan “xilas kəməri” alması, ümumiyyətlə, mümkün olmaya, Paşinyan pandemiyadan, sadəcə, çıxmaya bilər... 

Analitik xidmət,
“Yeni Müsavat”
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
06/06/2020 [23:58]:
COVID-19 ilə mübarizəyə 20 milyard dollardan çox vəsait ayırılacaq
06/06/2020 [22:27]:
Gəncə sakinindən narkotik götürülüb
06/06/2020 [21:33]:
Taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb
06/06/2020 [21:05]:
Sosial Məsafə və Tibbi maska vacibdir
06/06/2020 [20:46]:
“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək
06/06/2020 [18:35]:
Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub
06/06/2020 [17:58]:
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb
06/06/2020 [17:48]:
Avropa ölkəsində "Formula 1" 2027-ci ilə qədər keçiriləcək
06/06/2020 [16:33]:
Qlobal polad tələbatı bu il 6,4% azalacaq
06/06/2020 [16:08]:
Tətbiq olunan qaydalara əməl etmək hər birimizin borcudur
06/06/2020 [15:40]:
“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq
06/06/2020 [14:28]:
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb
06/06/2020 [13:38]:
Andrey Şevçenko Ukrayna millisi ilə yeni müqavilə imzalayıb
06/06/2020 [13:10]:
Tramp İranın neft ixracatına embarqonun müddətini artırdı
06/06/2020 [12:46]:
Yeni "iPhone"un buraxılışı ləngiyəcək
06/06/2020 [12:15]:
Versal sarayı yenidən ziyarətçilərini qəbul edəcək
06/06/2020 [11:42]:
“Google”: “Trampa Çindən, rəqibinə isə İrandan olan hakerlər hücum edib”
06/06/2020 [11:14]:
Yunanıstan Türkiyə ilə hərbi konfliktə hazırdır: “Mümkün hər şeyi edəcəyik”
06/06/2020 [10:48]:
Ölümündən dəqiqələr əvvəl anasına selfi göndərdi
06/06/2020 [10:00]:
Rasim Quliyev: "Uyğun məqamı gözləyirik və o məqam mütləq gələcək!” - Müharibə anonsu
06/06/2020 [10:00]:
Ronaldo ilk milyarder futbolçu oldu
05/06/2020 [23:58]:
"Neftçi"nin baş məşqçisi: "Geryenin qalmasını istəmədim"
05/06/2020 [22:41]:
Rusiya “Armata” tanklarının ixracına hazırlaşır
05/06/2020 [21:28]:
“Bentley” ixtisarlara başlayır
05/06/2020 [20:43]:
Azor adaları 2020-ci ildə Avropada ən təhlükəsiz yerlərdən biri sayılır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
“Təklif. Elçilik” tamaşası onlayn göstərilib
"Real" yay transferlərindən məhrum ola bilər
Futbolçunun evindən külli miqdarda oğurluq edildi
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
Napoleon Bonapartın fotoportreti yaradıldı
“Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş olunub
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin