Ölkə başçısı: "Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük"

17/04/2020 [19:02] - Gündəm (338)



"Bizim səhiyyə sistemimiz son illərdə böyük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilibdir. O cümlədən 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin vaxtilə mənim təşəbbüsümlə tikilmiş Tədris-Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alır. O cümlədən bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Mənim göstərişimlə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Hesab edirəm ki, bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək".

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

"Yəni biz bütün hazırlıq işlərini görürük. Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Sirr deyil ki, səhiyyə işçilərinin fəaliyyətinə bəzi hallarda tənqidi yanaşmalar da müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var, təkcə Azərbaycanda yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Avropanın, Amerikanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Ancaq bu gün biz yalnız öz imkanlarımıza arxalanırıq. 

Bizim səhiyyə sistemimiz ancaq Azərbaycan həkimləri tərəfindən dövlət dəstəyi ilə inkişaf edir. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması, 18 laboratoriyamız - bütün bunlar bizim gücümüzü artırır. Yəni, bu gün tam əmin ola bilərik ki, bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir. Göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə həkimlərə bir daha təşəkkürümü bildirirəm. Ona görə mən tam əminəm ki, karantin rejiminin uzadılması nəticəsində biz müsbət dinamikanı gücləndirə bilərik", - dövlət başçısı bildirib.
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
"Alverçi deputat" kimdir? - təfsilat
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Xəbər lenti
29/09/2020 [23:58]:
Pens yaxın günlərdə ABŞ-da koronavirusa yoluxanların sayının artcağını hesab edir
29/09/2020 [21:39]:
İsveçrə iqtisadiyyatı 40 illik minimuma enib
29/09/2020 [20:30]:
Qətlə yetirilmiş 100-ə yaxın insanın meyiti aşkarlandı
29/09/2020 [19:59]:
İlham Əliyev “Rossiya-1” kanalının canlı yayımına qoşuldu
29/09/2020 [19:32]:
27 sentyabr
29/09/2020 [19:05]:
Hikmət Hacıyev: “Ermənistana məxsus Su-25 təyyarəsinin vurulduğu barədə xəbərlər cəfəngiyyatdır”
29/09/2020 [18:45]:
Erməni ordusu yaşayış məntəqələrini hədəfə aldı, yaralılar var
29/09/2020 [18:32]:
Misir 2023-cü ilədək benzin idxalından imtina edəcək
29/09/2020 [17:59]:
Hərbi vəziyyət milli birliyə çağırışdır
29/09/2020 [17:35]:
Xalq, dövlət, ordu birliyi
29/09/2020 [17:26]:
"Qarabağ"ın legioneri "Legiya" ilə matçdan danışdı
29/09/2020 [17:20]:
Bütün xalqın birliyi!
29/09/2020 [17:00]:
Dövlət, Xalq, Ordu Birliyi
29/09/2020 [16:49]:
“Srvena Zvezda” Ermənistana getmək istəmir
29/09/2020 [16:41]:
Siyasi həmrəyliyin nümunəsi
29/09/2020 [16:24]:
Ölkənin siyasi partiyaları Prezidentin yanındadır
29/09/2020 [15:44]:
Çin yuanı ABŞ dollarına qarşı son 10 ilin ən yüksək dinamikasını nümayiş etdirib
29/09/2020 [15:33]:
Hərbi vəziyyət elan edilməsi haqqında Fərman tarixi ədalətin bərpa olunması qərarıdır
29/09/2020 [15:17]:
SİYASİ PARTİYALAR AZƏRBAYCAN HÖKÜMƏTİNIN YANINDADIR
29/09/2020 [15:00]:
Xalqı birləşdirən siyasət
29/09/2020 [14:40]:
AZƏRBAYCAN XALQI HAQQ UĞRUNDA MÜBARİZƏYƏ DƏSTƏKDİR
29/09/2020 [14:39]:
Qış hazırlığını edərkən bunlara DİQQƏT EDİN
29/09/2020 [14:12]:
Azərbaycan Respublikası Prezidentinin Hərbi Vəziyyət elan edilməsi haqqında fərmanı.
29/09/2020 [13:50]:
Azərbaycan siyasi partiyaları dövlətin yanındadır
29/09/2020 [13:41]:
Cəmi bir dollara başa gələcək eşitmə cihazı hazırlanır
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
Tanınmış iş adamımdan sensasion açıqlamalar - Mürvət Həsənli yazır- yenilənib
“Qırmızı papaq” tamaşası onlayn nümayiş ediləcək
Azərbaycan və Misir arasında turizm əlaqələri genişləndirilir
"Barselona"nın futbolçusu İngiltərə klubunda
Türkiyə Azərbaycandan qaz idxalını 21 faizdən çox artırıb
Qulamhüseyn Əlibəyli: Tofiq bəyin tezliklə tam azadlıqda olmasını arzu edirəm
"Alverçi deputat" kimdir? - təfsilat
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin