Yeni reallıq, yeni peşə səriştələri

13/04/2020 [20:33] - Mədəniyyət (775)



Bu gün dünyada müşahidə olunan pandemiya fəlakəti dövlətlərin, habelə konkret sahələrin davamlı inkişafının təmin olunmasında elmin və təhsilin əhəmiyyətini ön plana çəkmişdir. Ölkəmizdə təhsil, əlavə təhsil və onun bir istiqaməti olan ixtisasartırmanın inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin həyata keçirilməsinə xidmət etmək məqsədilə daima bu sahədə çalışan əməkdaşların təhsil səviyyəsinin yüksəldilməsinə, onlarda yeni peşə səriştələrinin, kreativ bacarıqların formalaşmasını diqqət mərkəzində saxlayıb, müxtəlif təyinatlı təlimlər həyata keçirib. Hazırda ölkəmizdə yaranmış mürəkkəb vəziyyəti, əhalinin sosial təcrid dövrünü nəzərə alaraq, mərkəz tərəfindən respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələri işçiləri üçün təlimlər onlayn, elektron formatda keçirilməyə başlanıb.

AZƏRTAC xəbər verir ki, internet təlimlərin mövzu və prioritet istiqamətləri müəyyən olunaraq, Mərkəzin, habelə ölkəmizin digər ali təhsil və elmi müəssisələrin kadr potensialından istifadə edərək, yaranmış vəziyyətin xüsusiyyət və tələblərini nəzərə alaraq, konkret istiqamətlər üzrə adaptasiya olunmuş mühazirələr mədəniyyət işçilərinin diqqətinə təqdim olunur. Belə ki, “Sosial izolyasiya çərçivəsində kitabxanaların fəaliyyət istiqamətləri”, “Evdə qal, sağlam qal, kitabla mənəvi inkişafa yol al!”, “Müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə onlayn kitabxana-informasiya xidmətinin təşkili”, “Mədəniyyət müəssisələrində informasiya texnologiyalarından istifadə qaydaları”, “Mədəniyyət sosial şəbəkələrdə”, “Rəqəmsal mədəniyyətin fəlsəfəsi”, “Yeni reallıq fərqli mədəni xidmətlər” və digər bu kimi aktual mövzuları əhatə edən mühazirələr mədəniyyət əməkdaşlarında müasir peşə təfəkkür və səriştələrinin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Mərkəz tərəfindən, eyni zamanda, sosial çarxlar hazırlanaraq sosial şəbəkələrdə yayımlanır. Belə ki, təkcə mədəniyyət işçiləri üçün deyil, bütün ölkə vətəndaşları üçün maarifləndirici elektron layihələr hazırlanaq yayımlanmaqdadır. Burada “Evda qal evdə yarat”, “Biz birlikdə güclüyük”, “Elektron Hökumət Portalından istifadə qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hərəkət qaydalarının sərtləşdirilməsi ilə bağlı qərara əsasən tətbiq edilən icazə qaydaları haqqında “Karantin dövrünün icazə qaydaları” adlı və digər bu kimi videomateriallar ölkə əhalisinə metodiki dəstək məqsədilə hazırlanıb.
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
23/09/2020 [10:22]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasında videoformatda çıxış edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin