Bakıda İtaliya bayrağının videoproyeksiyası bu ölkədə böyük maraqla qarşılanıb

13/04/2020 [11:31] - Siyasət (268)



Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın COVİD-19 virusunun geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliyanın bayrağının videoproyeksiyası İtaliya mətbuatında böyük maraqla qarşılanıb.

Heydər Əliyev Fondundan "Report"a verilən məlumata görə, İtaliyanın nüfuzlu İl Giornale, Askanews, İl Sole 24 Ore, İl Tempo, Libero Quotidiano, Agenzia Nova, Si Viaggia, Today.it, Notizie Tiscali, Quotidiano, Yahoo Finanza, Yahoo Notizie, Notizie Geopolitiche, Virgilio, TPI, Corriere dell’Umbria, Corriere di Siena, Corriere di Arezzo, Corriere di Viterbo, Corriere di Rieti və sair kimi 20-dən çox KİV-ləri video çarxla bağlı məlumatlar dərc edib və videoreportajlar yayımlayıblar. İtaliyanın Telecaprinews və Caprievent televizya kanallarında efirə çıxan “Occhio sulla città” proqramı da bu mövzu ilə bağlı xüsusi reporat hazırlayıb. 12 aprel tarixində hər iki kanalda ilk dəfə nümayiş etdirilən bu reportaj 14 və 15 aprel tarixlərində təkrarən göstəriləcəkdir.

Məlumatlarda Cakomo Puççininin “Nessun Dorma” əsərinin səsləndirildiyi Bakı Media Mərkəzinin video çarxından sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə 8 aprel tarixində paytaxt Bakıda eyni adlı ariyanın sədaları altında Heydər Əliyev Mərkəzinin İtaliya bayrağının rənglərində işıqlandırılması ilə Azərbaycanın İtaliyaya COVİD-19 virusunun yayılmasına qarşı apardığı mübarizədə öz həmrəyliyini bir daha nümayiş etdirdiyi bildirilib.

Yazılarda Heydər Əliyev Fondunun illərdir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və beynəlxalq mədəni əməkdaşlıq layihələrinin reallaşdırılması üçün çalışdığı, o cümlədən İtaliya və Azərbaycan arasında mədəni əməkdaşlıq münasibətlərində xüsusi rola malik olduğu və İtaliyada hər şeydən öncə dərin dostluqla xarakterizə olunan çoxsaylı və mühüm təşəbbüslər həyata keçirdiyi vurğulanıb.

İtaliya bayrağının işıqlandırılması üçün məhz Azərbaycan paytaxtının əsas memarlıq rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzinin seçilməsinin isə mühüm vizual əhəmiyyət daşıdığı və geniş ağ və dalğavari səthləri olan Heydər Əliyev Mərkəzinin İtaliya bayrağını füsunkarlıqla nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bu təşəbbüsün Azərbaycan və İtaliyanın bir-birinə strateji tərəfdaşlıq münasibətləri ilə yanaşı, səmimi və sıx dostluqla bağlandığını təsdiq etdiyi qeyd olunub.

Məlumatlarda, eləcə də Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi memar məşhur Zaha Hadid olduğu, həmin memarın Romada yerləşən XXI Əsr İncəsənəti Milli Muzeyinin (MAXXI) də müəllifi olduğu xatırlanıb.

Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyası ilə bağlı hazırlanmış video çarx sosial media üzərindən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış simalar, sadə vətəndaşlar tərəfindən paylaşılararaq Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə yüksək qiymətləndirilib.
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Xəbər lenti
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
23/09/2020 [19:50]:
Baş Nazir iclas keçirdi
23/09/2020 [19:12]:
“AzGold”un rəhbəri həbs edildi
23/09/2020 [18:33]:
Tramp koronavirusa qarşı xarici peyvəndlərdən istifadə etməyə hazır olduğunu bildirib
23/09/2020 [18:29]:
3 yeni yarımstansiya tikilir
23/09/2020 [18:13]:
Qulamhüseyn Əlibəyli: Azərbaycan işğal olunmuş ərazilərimizi azad etmək üçün hərbi əməliyyatlara başlamalıdır
23/09/2020 [17:42]:
İlham Əliyev və xanımı Balaxanıya getdi
23/09/2020 [17:42]:
TANAP-la Türkiyəyə 6,7 mlrd. kubmetr qaz nəql edilib
23/09/2020 [17:20]:
Daha 146 nəfər COVID-19-a yoluxub
23/09/2020 [16:40]:
Pandemiya ilə mübarizə üçün yeni məhdudiyyətlər tətbiq ediləcək
23/09/2020 [16:16]:
Ramin Bayramlı: “Əhalinin 20 faizinə peyvənd vurulması yetərli sayılır”
23/09/2020 [16:00]:
Ramin Bayramlı: "Ölkəmizdə koronavirusla mübarizəyə dair effektiv tədbirlər öz nəticəsini verib"
23/09/2020 [15:38]:
“Atletiko”nun hücumçusu “Yuventus”a keçib
23/09/2020 [14:22]:
“Oyaq gözəl” yenidən səhnədə
23/09/2020 [13:40]:
Beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edilib
23/09/2020 [13:33]:
R.Colville: "Qurbanların və ailələrinin ədalət, həqiqət və təzminat hüququ var"
23/09/2020 [13:31]:
Səhər yeməyi üçün ən təhlükəli qidalar bunlardır
23/09/2020 [12:39]:
ABŞ əhalisinin rifahı II rübdə tarixi maksimuma çatıb
23/09/2020 [12:10]:
Azərbyacan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
23/09/2020 [11:42]:
Neymar yapon futbolçunu təhqir edib
23/09/2020 [11:16]:
Azərbaycanla Ukrayna arasında uçuşlara hazırlıq gedir
23/09/2020 [10:47]:
Gürcü ekspert: “Ermənistan müxtəlif yollarla gərginliyi daha da artırmağa çalışacaq”
23/09/2020 [10:31]:
Müstəqil Azərbaycanımızın beynəlxalq imici günü-gündən artmaqdadır
23/09/2020 [10:22]:
İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş İclasında videoformatda çıxış edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
KƏBİRƏ MƏMMƏDOVA İSTİNTAQA CƏLB OLNUB... - “Binə” və “Sədərək”də yoxlamalar aparılır
Zeynəb Xanlarova Prezidentə MÜRACİƏT ETDİ
Şəkidəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunur
Avropa Liqasında 42 oyun keçirilib
"Sabah" klubu türkiyəli futbolçu ilə müqaviləni uzadıb
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin